Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antrasit
Antrasit — İ. İ. Amosova (1963) görə, kömürləşmənin ən yüksək mərhələsi olan daş kömür, metamorfizmin VIII–X mərhələsi. Mikroəlamətləri (az küllü olan növləri üçün): rəngi bozumtul qara və qara-boz, cizgisi məxməri-boz, parıltısı parlaq metallik, endogen ayrılma çatlarının arasındakı məsafə 2–20, bəzən 80 mm-dək, şliflərdə işığı pis keçirir. Əks olunmuş işıqda gelləşmiş komponentləri parlaqdan sarımtıl ağ, açıq boz və bozadək; anizotropdur. Sıxlığı – 1,37–1,68 q/sm3, üzvü kütlənin xüsusi çəki – 1,5–1,7 və daha yüksək; Wa – 1–3 %, Vr – 2–4 çəki %, Cr – 94–97 %, Hr –1–3 %, istilik törətmək qabiliyyəti (Q) – 8100–8200 kkal/kq. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Eritreya nakfası
Nakfa (ISO 4217 kodu: ERN) — Eritreyanın pul vahidi. 8 noyabr 1997-ci ildə Efiopiya birrini əvəz edərək istifadə olunmağa başlamışdır. Valyuta adını Nakfa şəhərindən almışdır. 1 nakfa 100 sentdə bərabərdir. == Sikkələr == Nakfa sikkələri nikel örtüklü poladdan hazırlanır. 1 nakfa 100 sentə bərabərdir. Aşağıdakı sikkələrdən istifadə olunur: 1 sent 5 sent 10 sent 25 sent 50 sent 1 nakfa (100 sent) == Əsginaslar == Nakfa əsginasları 1994-cü ildə ABŞ Qravür və Çap Bürosundan Klarans Holbert tərəfindən dizayn edilmişdir. Əsginaslara aiddir: 1 nakfa 5 nakfa 10 nakfa 20 nakfa 50 nakfa 100 nakfa Əsginaların 4 buraxılışı var. İlk buraxılış tarixi 24 may 1997-ci ildir. İkinci buraxılış tarixi (ancaq 50 və 100 nakfa əsginasları üçün) 24 may 2004-cü ildir.
Narast (Sərdəşt)
Narast (fars. نارست‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (20 ailə).