Eritreya nakfası

Nakfa (ISO 4217 kodu: ERN) — Eritreyanın pul vahidi. 8 noyabr 1997-ci ildə Efiopiya birrini əvəz edərək istifadə olunmağa başlamışdır. Valyuta adını Nakfa şəhərindən almışdır. 1 nakfa 100 sentdə bərabərdir.

Eritreya nakfası
1 nakfa əsginası
Kod və simvol
ISO 4217 kodu ERN (4217)
Simvol Nfk (latın) ናቕፋ (efiopiya) نافكا (ərəb)
Dövriyyə ərazisi
Emitent ölkə
  Eritreya Eritreya
Əvəzedici və paralel vahidlər
Kiçik sent (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 1, 5, 10, 25, 50 sent, 1 nakfa
Əsginas 1, 5, 10, 20, 50, 100 nakfa
Tarixi
Dövriyyəyə buraxılma 8 noyabr 1997
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Eritreya bankı
İnflyasiya
İnflyasiya 18 %
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nakfa sikkələri nikel örtüklü poladdan hazırlanır. 1 nakfa 100 sentə bərabərdir. Aşağıdakı sikkələrdən istifadə olunur:

  • 1 sent
  • 5 sent
  • 10 sent
  • 25 sent
  • 50 sent
  • 1 nakfa (100 sent)
Nakfa əsginasının üzərində təsvir olunan ağac.

Nakfa əsginasları 1994-cü ildə ABŞ Qravür və Çap Bürosundan Klarans Holbert tərəfindən dizayn edilmişdir.

Əsginaslara aiddir:

  • 1 nakfa
  • 5 nakfa
  • 10 nakfa
  • 20 nakfa
  • 50 nakfa
  • 100 nakfa

Əsginaların 4 buraxılışı var. İlk buraxılış tarixi 24 may 1997-ci ildir. İkinci buraxılış tarixi (ancaq 50 və 100 nakfa əsginasları üçün) 24 may 2004-cü ildir. Üçüncü buraxılış tarixi (ancaq 50 və 100 nakfa əsginasları üçün) 24 may 2011-ci ildir. Dördüncü buraxılış tarixi (ancaq 10 və 20 nakfa əsginasları üçün) 24 may 2012-ci ildir. Buraxılış tarixlərinin 24 may seçilməsinin səbəbi bu tarixin Eritreyada Müstəqillik Günü kimi qeyd edilməsidir.[1]

17 mart 2013-cü ildən bəri 1 ABŞ dolları 10 nakfaya bərabərdir. 1 yanvar 2005-ci ildən isə 15 nakfa bir ABŞ dollarına bərabərdir.

Hazırkı ERN mübadilə məzənnəsi
Google Finance əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
Yahoo! Finance əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
XE.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
OANDA.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
fxtop.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
Currency.wiki əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
  1. Linzmayer, Owen. Eritrea // The Banknote Book. San Francisco, CA: www.BanknoteNews.com. 2012. 2018-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]