Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalamit
Kalamitlər (Calamitales) - paleozoyda mövcud olmuş qatırquyruğuna oxşar ağac bitkiləri qrupunu əhatə edir. Kalamitlər hündürlüyü 20 m-ə çatırdı. Xarici görünüşünə (gövdənin bu­ğum­lu quruluşu, buğum və yarpaqların çiçək göbə düzülüşü) görə onlar nəhəng qatırquyruğuları xatırladır. Gövdənin səthi hamar və ya uzununa şırımlarla örtülü olub. Qazıntı halında ən çox özəyin izlərinə rast gəlinir. Neştərəoxşar yarpaqlarının sayı çiçək köbəsində adətən 20-dən çox olur. Nisbətən erkən kalamitlər yarpaqları dəfələrlə şaxələnən sapşəkilli elementlər seriyasını xatırladır. Kalamitlər sporongiləri bərabər- və müxtəlifsporlu olub adətən kompakt strobillərdə (qozalar) toplanmışdır. Üst devon – alt perm. == Həmçinin bax == Paleozoy Qatırquyruğu Bitkilər Devon dövrü Perm dövrü == İstinadlar == Geologiya terminlərinin izahlı lüğəti.
Malaxit
Malaxit – Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Bu qeyri-şəffaf, yaşıl zolaqlı mineral monoklinik kristal sistemində kristallaşır və ən çox su təbəqəsi və hidrotermal mayelərin kimyəvi çökmə üçün vasitələr təmin etdiyi sınıqlarda və dərin, yeraltı boşluqlarda botrioidal, lifli və ya stalagmitik kütlələr əmələ gətirir. Fərdi kristallar nadirdir, lakin acicular prizmalara qədər incə olurlar. Daha çox cədvəlli və ya bloklu azurit kristallarından sonra psevdomorflar da baş verir. == Xassələri == Rəng – parlaq-yaşıl, tünd-yaşıl, qaramtıl-yaşıl, bozumtul-yaşıldan ağadək; konsentrik-zonal aqreqatları müxtəlif rəngə boyanmış zonaların növbələşməsi ilə səciyyələnir; Mineralın cizgisinin rəngi – açıq-yaşıl; Parıltı – aqreqatlarda ipəyi (məxməri malaxit), tutqun, kristallarda–şüşə; Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf; Sıxlıq – 4,0; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {010} üzrə orta; Sınıqlar – qabıqvari; Morfologiya – kristallar: nadir rast gəlir; prizmatik, iynəvari; İkiləşmə: {100} üzrə; çox vaxt qarşılıqlı nüfuzetmə, nisbətən az hallarda–polisintetik; Mineral aqreqatları: radial-şüalı quruluşlu böyrək-və salxımvari əmələgəlmələr, sızmalar, torpaqvari (mis yaşıllığı), sıx kütlələr, stalaktitlər, qabıqlar, qaysaqlar, yaxmalar, aruzit, kuprit, sərbəst mis və b. üzrə psevdomorfozalar. Malaxitin çəkisi bir neçə tona çatan qaymaları məlumdur, onlardan ən böyüyü (çəkisi 300 t) Uralda Mednorudyanski yatağında tapılmışdır. == Mənşəyi və yayılması == Mis yataqlarının tipik hipergen mineralı olub, ilkin missaxlayan mineralların oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: azurit, xalkopirit, bornit, xalkozin, kovellin, kuprit, tenorit, sərbəst mis, hötit, hidrohötit və b.
Aladin
Aladin – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Aladin kəndi Dağlıq ərazidədir. 1826-28-ci illər, Rusiya-İran müharibəsindən sonra Cənubi Azərbaycanın Aladin kəndindən gəlmiş azərb. ailələr tərəfindən salınmışdır. Şərur r-nunda Aralıdağ yaxınlığındakı kənd xarabalığı da Aladin adlanır. Tədqiqatçılar bu oykonimin alan və dən sözlərindən ibarət olub, "hamar, düz yer" və "vilayət, dairə" mənasını ifadə etdiyini söyləyirlər. Lakin əslində bütün türkdilli xalqların toponimiyasında geniş yer tutan ala topokomponenti "müxtəlif rəngli; qonur rəng; böyük, geniş" mənalarını bildirir. 1917-ci ildə Lənkəran qəzasında Alabin kəndi qeydə alınmışdır.
Naadım
Naadim ( Tuvan : Наадым - Naadim) Tuva Respublikasında ənənəvi bir festivaldır. Tuva Respublikasının maldarlarının bayram şənliyi və bayramı. Son tədbir avqustun ortalarında. Naadim, 1922-ci ildə Tuva Xalq Respublikasının qurulmasından bəri qeyd olunmağa başladı. Nadim festivalı hər il baş verir. Festivaldan əvvəl Tuvadakı bütün vilayətlər arasından keçir və son mərhələsi vahid olaraq reallaşır. Baş vermə vaxtı: iyul-avqust-sentyabr. Festival zamanı yarışlar, güləş, at yarışı və ox atma kimi fəaliyyətlər keçirilir. Tiva Xalq Respublikası yarandığı gündən bəri bir tətil kimi qeyd olunur. Sovet dövründəki qadağalarla aradan qalxsa da, 1993-cü ildə yenidən milli bayram kimi qeyd olunmağa başladı.
Valadi
Valadi (fr. Valady, oks. Valadin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12288. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 17 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 1467 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 909 nəfərdən (15-64 yaş) 711 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,2%, 1999-cu ildə 76.7%).
Homo naledi
Homo naledi — CAR-ın Yohannesburq şəhərinin yaxınlığındaki Rayzinq-Star mağarasında tapılan qalıqların əsasında müəyyən edilmiş nəsli kəsilmiş Homo (İnsan cinsi) növü. Bədən quruluşu ilə kiçik insanlar populyasiyasına bənzəyir. Lakin endokraniumun kiçik olması onu avstralopiteklərə bənzədir. Kəlləsinin quruluşu başqa hominidlərdən çox fərqlənir, müqayisə etdikdə daha çox Homo cinsinin erkən nümayəndələri Erektus, Homo habilis və Homo rudolfensislə oxşarlığlar tapmaq olar. Fosillərin 2.5 million yaşı olduğu təxmin olunur. Naledi Soto dilində "ulduz" deməkdir.
Şamil Aladin
Şamil Aladin (d. 12 iyul 1912, Bağçasaray, Rusiya imperiyası – 21 may 1996, Simferopol, Ukrayna) – Krım tatarı olan yazıçı, şair, tərcüməçi və insan haqları aktivisti. Şeirlə başladığı ədəbiyyat həyatına daha sonra nəsr və qurğusal olmayan əsərlərlə davam etmişdir. Kamil Şamil Aladin 12 iyul 1912-ci ildə Rusiya imperiyasına tabe olan Bağçasarayın Mahuldur adlı tatar kəndində anadan olmuşdur. 21 may 1996-cı ildə Ukraynaya aid olan Simferopolda vəfat etmiş və Simferopoldakı Abdal məzarlığında dəfn edilmişdir. Baxçasarayda 7 illik təhsil görmüşdür. Ağməsciddə (Simferopol) Pedoqogika Tenxikomunu bitiridkdən sonra, Pedinstitutda təhsil almışdır. 1932-ci ilin sonunda Qırmızı Orduya çağırılmış, Qızıl Kazak Atlılar bölüyündə xidmət etmişdir. 1935-ci iıdə Qızıl qazaxın yırları adlı ikinci şer kitabı nəşr edilmişdir. 1937-ci ildə SSRİ Yazıçılar Birliyinə üzv kimi qəbul edilmişdir.
Nalayiq lətifə (roman)
Nalayiq lətifə (rus. Скверный анекдот) — 1862-ci ildə Dostoyevskinin "Vremya" jurnalında çap olunub. Hekayə dövlət qulluğunda olan general İvan Pralinkski haqqındadır ki, o, öz liberal-humanist sosial ideallarını daha iki general qarşısında qürurla müdafiə edir. Evə qayıdarkən o, kortəbii şəkildə özünün ən aşağı tabeliyində olanlardan birinin toy mərasimində dəvət olunmadan özünü təqdim edərək nəzəriyyəsini sınamaq qərarına gəlir. Əsl dövlət müşaviri İvan İliç Pralinski öz müdiri Nikiforov Stepan Nikiforoviçin yanına gedir, burada onların başqa bir tanışı da var. Şampan içdikdən sonra onların arasında humanizmlə bağlı mübahisə yaranır, hər kəs öz fikrində qalır. Pralinski qonaqlardan evə qayıdanda pəncərələrindən musiqi səslənən evin yanından keçdi. Bələdiyyə sədrindən soruşandan sonra bildi ki, tabeliyində olan qeydiyyat işçisi Pseldonimovla toy gedir. Şampanla qızarmış Pralinski fikrində dayanır. O, öz dincliyini necə bərpa etmək, sosial statusu aşağı olan insanlardan üstünlüyünü hiss etmək fikri ilə yeyilir.
Karantinnı burnu (Kalamit körfəzi)
Karantinnı burnu (ukr. Карантінний) — Krım yarımadasının qərbində yerləşən burun. Burun Qara dənizə daxil olan Kalamit körfəzinə daxil olur. Ərazisində Mirmek antik şəhəri yerləşir. Kalamit körfəzinə doğru uzanan burun Evpatoriya buxrtası ilə əhatələnir. Ərazisində Kerkinitida antik yunan şəhəri yerləşir. Burunun şimalında Evpatoriya dəniz limanı, şərqində isə çimərlik vardır. Sahilləri isə su altı və üstü daşlarla sahibdire. şimal hissəsində isə Evpatoriyaya aid yaşayış binaları vardır.
Qış sarayının Malaxit zalı
Malaxit zalı (rus. Малахитовая гостиная) - Sankt-Peterburqdakı Qış sarayının qonaq zallarından biridir. Zal, İmperator I Nikolayın xanımı İmperatriça Aleksandra Fyodorovnanın qonaq qəbul etdiyi şəxsi zalı kimi istifadə olunmuşdur. 1837-ci ildə Qış sarayında baş verən yanğın zamanı Yəşəm zalı tamamilə yanaraq məhv olmuşdur. Malaxit zalı isə Yəşəm zalının yerində inşa edilmişdir. Zalın interyerinin layihə müəllifi A.P.Bryulovdur. Memar şəxsən çarın tələbi ilə bu zalın dizaynında nadir yarımqiymətli daş olan malaxitdən istifadə etmişdir. 1830-cu illərdə Demidovların Uraldakı mədənlərində nəhəng malaxit yataqlarının aşkarlanmasından sonra, bu daşın Rusiyada geniş istifadəsinə başlanılmışdır. Çarın hakimiyyəti dövründə Malaxit zalı yalnız İmperatriçanın qəbul otağı olmamışdır, İmperator ailəsinin üzvləri rəsmi mərasimlərdən əvvəl bu zalda toplaşırdılar. Romanovlardan gəlin köçən qızlar gəlinlik donlarını bu zalda geyinərək bəzənir daha sonra Ərəb zalına keçir, oradan isə mərasim üçün Böyük kilsəyə keçirdilər.