Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ncamena
Ncamena (fr. Ndjamena, ərəb. نجامين‎ Nijāmīnā "istirahət yeri"), 1973-cü ilə qədər Fort-Lami (fr. Fort-Lamy)) — Çadın paytaxtı, Şari-Bağirmi nahiyəsinin inzibati mərkəzi. Şari çayının sağ sahilində, Loqon çayı tökülən yerdə yerləşir. Qonşu ölkə Kamerunun Kousseri şəhəri ilə körpüylə birləşir. Ncamena Çadın 22 regionundan biridir və "arrondisment" adı verilən şəhərdən daha kiçik 10 inzibati vahidə bölünür. Ncamenanın xüsusi idarə statusu var. Ncamenanın əsas prospektləri Şarl de Qol və Feliks Eboue prospektləridir. Həmin prospektlərdə "Ncamena Milli Katedralı" (kilsəsi) və "Milli Muzeyi" yerləşir.
Mənat
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Aminat Abdulmanapova
Aminat Abdulmanapova (15 may 1946, Dahadayev rayonu, Dağıstan MSSR) — Sovet və dargin şairi, yazıçı, tərcüməçi, jurnalist və publisist. 1991-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. 2000-ci ildən Rusiya Jurnalistlər Birliyinin və Şimali Qafqaz Yazıçılar Klubunun üzvüdür. Aminat Abdulmanapova Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisidir. 1985-ci ildə Moskvada gənc yazıçıların 8-ci Ümumittifaq toplantısının iştirakçısı olmuşdur. "Böyüyürük" kitabına görə beynəlxalq "Xeyriyyəçi", A. S. Qriboyedov və Rəsul Qəmzətov mükafatları laureatı olur. Dağıstan Respublikası Prezidentinin qrant mükafatçısıdır. Dağıstan Respublikası Prezidentinin və Mahaçqala Bələdiyyə Başçısının şəxsi saatı ilə təltif edilmişdir. Dağıstan Respublikası Başçısının və Dağıstan Respublikası Hökumətinin fəxri fərmanları, Rusiya və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin Fəxri Fərmanı, habelə Gürcüstanın Fəxri fərmanı ilə təltif edilmişdir. == Bioqrafiya == Atası Hacıyev Abdulmanap kəndin partiya təşkilatçısı olur.
Aminat Şayan
Aminat Şayan (1993, Male) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. == Olimpiya Oyunları == Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.