Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naberejnıe Çelnı
Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər. Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir. == Etimologiyası == Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır.