Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər.
Şəhər | |
Yar Çallı | |
---|---|
Набережные Челны Яр Чаллы | |
55°43′ şm. e. 52°22′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1626 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 100 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 8552 |
Poçt indeksi | 423800–423899 |
Digər | |
nabchelny.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir.
Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır. Bununla belə 1988-ci ildə şəhərin əvvəlki adı geri qaytarılmışdır.
Şəhər Tukayev və Yelabuğ rayonları ilə sərhəddir. Əsas çayları: Kama, Çallı, Şilnadır. Nijnekamska qədər olan məsafə 35 km, Kazana kimi olan məsafə 237 km-dır.
İqlimi mülayim, mülayim-kontinentlar və kontinentaldır. İllik temperatur amplitudası yüksəkdir. Qışı uzun və sərt olmaqla 5 aya qədər davam edir. Noyabrdan martadək orta temperatur 0 dərəcədən aşağı olur. Yanvar ayı ən soyuq ay hesab edilir. Yayı isti olmaqla üç ay davam edir. Yayda orta temperatur +15 dərəcədən yuxarı olur. Ən isti ay iyuldur. Yağıntı il boyu bərabər paylanır. Bununla belə yayda və payızda yağıntılar qismən artır.
Nijnekamsk su anbarı şəhərin havasının daim rütubətli olmasını təmin edir. Yağıntıların orta illik miqdarı 652 mm-dır. Orta illik temperatur +4.0 °C, küləyin orta illik sürəti 4.6 m/s, havanın illik rütubətliliyi 79% təşkil edir.
Əhali sayı 508 700 nəfər (2009-cu il) Tatarıstan əhalisinin 13,5 % -ni təşkil edir, Rusiya şəhərləri arasında 31-ci yerdədir.
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |