Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ametist
Ametist — bənövşəyi rəngli kvars. Öz müalicəvi əhəmiyyətindən başqa sahibini spirtli içkidən, ona olan aludəlikdən qoruyur. Qədim vaxtlarda ametisti gecə səhərədək su olan qabın içinə saxlayır və ondan qızdırma və soyuqdəyməsi olanlara içirdirdilər. Ametist amuleti keçici xəstəliklərdən qoruyur. Üzdə olan qırışlara və çillərə qarşı istifadə edilir. Maraqlıdır ki, çilləri yox etmək üçün onu müntəzəm olaraq çilin üzərinə sürtmək lazımdır. Evdə ametistin olması ailə üzvləri arasında sülhün və harmoniyanın olmasına yardım edir. Bu gün ametistin köməyi ilə psixi gərginliyi, depressiyanı və yuxusuzluğu müalicə edirlər. Bu daş yanığı regenerasiya etmək, immuniteti möhkəmləndirmək xüsusiyyətinə malikdir, qulaqda gəzdirilən ametist görmə qabiliyyətini gücləndirir. Daxili harmoniyanı tənzimləyir, mənəvi düşkünlüyün, qorxunun, özünə inamsızlığın "dərmanıdır".
Naib Nametov
Naib Firqət oğlu Namətov (11 fevral 1998; Kotanarx, Ağdaş rayonu — 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Naib Namətov Firqət oğlu 1998-ci il 11 fevral tarixində Ağdaşın Kotanarx kəndində anadan olub. 2005-2016-cı illərdə Bakı şəhər Nərimanov Rayon 47 nömrəli tam orta məktəbin Rus dili bölməsində təhsil almışdır. 2016-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirmişdir. == Hərbi xidməti == 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Naib Namətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə olub. Naib Namətov oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağdaş rayonu Qarağan Sədi kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Naib Namətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Naib Namətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Naib Namətov

Ametist mineral bulağı
Şahbuz rayonundakı Gömür kəndindən 7 km aralıdakı dərədədir. Oksidlər sinfinə aid bənövşəyi rəngli Kvars (SiO2) mineralından (süxurundan) əmələ gəlmiş duzlu mineral sudur. Orta dərəcədə minerallaşmış karbon qazlı suyun tərkibində xeyli miqdarda ametist olması ilə əlaqədar həkim məsləhəti ilə dəri xəstəliklərinin müalicəsində (20–30 Cº) vanna qəbul etmək olar. Qədim Yunanıstanda Ametist duzundan sərxoşluğa qarşı dərman kimi istifadə etmişlər. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.