Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narsis Yameoqo
Narsis Yameoqo (19 noyabr 1980, Uaqaduqu) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş Burkina-Faso yarımmüdafiəçisi 1980-ci ilə təvəllüdlü Yameoqo Portuqaliyanın məşhur "Portu" klubunun yetirməsi hesab olunur. O, 1989-91-ci illərdə bu komandanın müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib. 1999-cu ildə vətəninə yollanıb və iki mövsüm "ASFA Yennega" klubunda çıxış edib. Ardınca Seneqala üz tutaraq "Janna D'Ark"la anlaşıb. 2003-cü ildə Portuqaliyaya qayıdıb. Bir mövsüm "Braqa"nın heyətində olub. Bu müddətdə Portuqliya çempionatında 4 oyun keçirməyə imkan tapıb. 2004-cü ildə Portuqaliyanın aşağı dəstə təmsilçisi "Portimonense" transfer olunub. 2006-cı ilə qədər bu klubda çıxış etdikdən sonra başqa bir aşağı dəstə təmsilçisi – "Olhanense"yə keçib. Onun növbəti dayanacağı isə Portuqaliyanın "Ribeirao" klubu olub.
Mohsen Namjoo
Mohsen Namjoo (fars. محسن نامجو‎; 4 mart 1976, Türbət Cam, Rəzəvi Xorasan ostanı) — İran musiqi ifaçısısı, bəstəkarı və yazıçısı. Mohsen Namcu Məşhəd şəhərində, yerli adət-ənənəyə uyğun şəkildə böyüyüb. Uşaqkən ədəbiyyata və musiqiyə marağı yaranmış və oxuduğu məktəbdəki incəsənət tədbirlərində aktiv iştirak etmişdir. 12 yaşında ikən, atasını itirmiş və anası və böyük qardaşları tərəfindən musiqi məktəbinə göndərilmişdir. Burada onun müəllimi Nəsrullah Naşəpur olmuşdur. Ailəsinin etiraz etməsinə baxmayaraq, peşəkar musiqi karyerasına başlamaq qərarı verdi və musiqi təhsilinə Tehran Universitetində davam etmək üçün Tehrana köçdü. Qəbul sınağından keçmək üçün istənilən bir musiqi alətində ifa edə bilməli idi. Maddi vəziyyəti yalnız sətar almağa çatırdı. 1994-cü ildə universitetə qəbul oldu.