Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aminat Abdulmanapova
Aminat Abdulmanapova (15 may 1946, Dahadayev rayonu, Dağıstan MSSR) — Sovet və dargin şairi, yazıçı, tərcüməçi, jurnalist və publisist. 1991-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. 2000-ci ildən Rusiya Jurnalistlər Birliyinin və Şimali Qafqaz Yazıçılar Klubunun üzvüdür. Aminat Abdulmanapova Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisidir. 1985-ci ildə Moskvada gənc yazıçıların 8-ci Ümumittifaq toplantısının iştirakçısı olmuşdur. "Böyüyürük" kitabına görə beynəlxalq "Xeyriyyəçi", A. S. Qriboyedov və Rəsul Qəmzətov mükafatları laureatı olur. Dağıstan Respublikası Prezidentinin qrant mükafatçısıdır. Dağıstan Respublikası Prezidentinin və Mahaçqala Bələdiyyə Başçısının şəxsi saatı ilə təltif edilmişdir. Dağıstan Respublikası Başçısının və Dağıstan Respublikası Hökumətinin fəxri fərmanları, Rusiya və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin Fəxri Fərmanı, habelə Gürcüstanın Fəxri fərmanı ilə təltif edilmişdir. == Bioqrafiya == Atası Hacıyev Abdulmanap kəndin partiya təşkilatçısı olur.
Aminat Şayan
Aminat Şayan (1993, Male) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. == Olimpiya Oyunları == Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Naziat Surəsi
79-cu surə
Vikram-samvat
Samvat təqvimi (Vikram-samvat) — Hindistanda geniş istifadə edilən təqvimdir. Burada günəş ilinin uzunluğu ay aylarının uzunluğu ilə əlaqələndirilir. Müasir Nepal təqvimi onun əsasında yaradılmışdır. Samvat təqvimindən əsasən Şimali və Mərkəzi Hindistanda istifadə olunurdu. Bu sistem əsasında hesablanma eramızdan əvvəl 57-ci ildən başlayır və hökmdar Vikramın və ya Vikramadityanın adı ilə əlaqələndirilir. Onu milli qəhrəman və ideal bir hökmdar kimi xarakterizə edən çoxsaylı əfsanələr həsr olunmuşdur. O, xarici işğalçıları Hindistandan qovan hökmdar kimi xatırlanır. Əfsanələrin çoxunda Vikramın xalqına xeyir vermək istəməsindən və özünü və şəxsi maraqlarını başqalarının xeyrinə qurban verməyə hazır olduğundan bəhs edilir. Hökmdar Vikram səxavətli olması, başqalarına xidməti, cəsarəti və təkəbbür olmaması ilə məşhurlaşmışdır. Sezar adı kimi Vikramadityanın adını da bir simvol və titul qismində ondan sonrakı bir çox hökmdarlar da öz adlarına əlavə etmişlər.
Qaragöz və Xacivat
Qaragöz və Xacivat — təqlidə və qarşılıqlı dialoqa əsaslanan iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyunudur. Qaragöz oynadana qurğusal, xəyalbaz deyirlər. Köməkçiləri çıraq, yardaq, dayrezen, sandıqkardır. Oyunda dialoqların dəyişməsi baş rollarla edilir. Bu iki xarakterin həqiqətən yaşayıb yaşamadığı, yaşayıbsa, harada necə yaşadığı dəqiq olaraq bilinmir. Danışılanlar rəvayətlərə əsaslanır, həqiqətən yaşamış olsalar da, böyük ehtimalla bəhs edilən dövrdə tarix kitablarına girəcək qədər əhəmiyyətli görülməyiblər. Folklorşünaslar Qaragözün bəzi oyunlarda qaraçı olduğunu öz dili ilə deməsi və Bulqar qaydası çalmasını əsas götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər. Bir digər rəvayətə görə isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Xacivat və Trakyada yerləşən Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də imkan vermirdilər. Orhan Qazinin "məscid vaxtında bitməsə, kəlləni alaramm" dediyi məscid memarı məscidin inşaatının vaxtında bitməməsinə görə Qaragöz və Xacivatı şikayət edir.