Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nanosnıy adası
Nanosnıy — Anju adaları qrupuna daxil olan və Şərqi Sibir dənizində yerləşən ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Bunqe Torpağı yarımadasından şimal-qərbdə bir necə km aralıda yerləşir. Adından da göründüyü kimi buzların qazıma fəaliyyəti məticəsində yaranmışdır. Qumlarla örtülmüşdür. Maksimal hündürlüyü 2 metrdir. Qeyri müəyyən formaya malikdir. Adada daimi yaşayış yoxdur.
Narodnaya dağı
Narodnaya dağı, komi На́рода-Из, Şablon:Lang-mns) — Uralın ən yüksək zirvəsi. Dəniz səviyyəsindən yüksəklik 1895 metrdir. Dağ Komi Respublikası ilə Xantı-Mansi muxtar dairəsi sərhədində yerləşir. Zirvə Qütbönü Uralının ərazisində yerləşir. == Tarix == Zirvəyə bu adı A. N. Aleşkov 1927-ci ildə SSRİ EA-nın Şimali Ural Kompleks Ekspedisiyası və Şimali Uralın ən yüksək dağlıq bölgəsini əvvəlcə ətraflı araşdıran 1924–1928-ci illərdəki Uralplan Kompleks Ekspedisiyasının tədqiqat işləri zamanı vermişdir (Sonralar bu ərazi Qütbönü Ural kimi tanınmağa başlayır). Sonra bir neçə qonşu zirvə də, Uralın tədqiqatçıları və ictimai xadimlərinin şərəfinə adlandırır: Karpinski, Didkovski. Ədəbiyyatda dağın adı ilə bağlı iki variant vardır. Birincisi variant dağın ətəyindən axan Naroda çayının olması ilə bağlıdır. İkinci variant isə Sovetlər Birliyi dövründə yeni dövlətin ideoloji simvollarına adlar qoymaq meyli ilə bağlıdır. Bu misal olaraq Lenin zirvəsi və Komunizm zirvəsini göstərmək olar.
Narodnaya volya
Narodnaya volya (rus. Народная воля; azərb. Xalqın iradəsi‎) — Rusiyada inqilabi xalqçı təşkilatı. 1879-cu ildə "Zemlya i volya"nın parçalanmasından sonra yaranmışdı. Təşkilata İcraiyyə komitəsi (A.D.Mixaylov, A.İ.Jelyabov, S.K.Perovskaya, V.N.Fiqner və b.) başçılıq edirdi. 1879-1885-ci illərdə təşkilat eyniadlı qəzet buraxmışdır. Xalqçı utopik sosializmi mövqeyində qalan narodovolçular siyasi mübarizə yolu ilə mütləqiyyəti devirməyi ən mühüm vəzifə sayırdılar. Lakin onlar bu mübarizəni sosializmlə əlaqələndirə bilməmişdilər. "Narodnaya volya"nın proqramında ümumi seçki hüququ, demokratik azadlıqlar, torpağın xalqa paylanması, əzilən xalqlara öz müqəddəratını təyin etmək hüququ verilməsi və s. tələblər var idi.
Nikolay Zarudnıy
Nikolay Alekseyeviç Zarudnıy