Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narumi Miura
Narumi Miura (d. 3 iyul 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Narui Alaverdyan
Nairuhi İsaakovna Alaverdyan (25 iyun 1941, Stepanakert – 10 noyabr 2021, Xankəndi) — erməni müğənnisi . Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == 25 iyun 1941-ci ildə Xankəndidə anadan olmuşdur. Xankəndi şəhəri Sayat-Nova adına musiqi məktəbini bitirib.1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978-ci ildən isə "Qarabağ" estrada ansamblının solisti kimi çıxış etmişdir.
Naruto
Naruto (ナルト) — Masaşi Kişimoto tərəfindən yazılan və çəkilən manqa seriyası. Əsas mövzusu baş qəhrəman Naruto Uzumakinin cəmiyyət tərəfindən qəbul edilməsi arzusu və bunun üçün əlindən gələni etməsidir. Manqa iki hissədən ibarətdir. Birinci hissədə Naruto 12 yaşında, digərində isə 16–17 yaşındadır. Naruto manqasının 1999-dan 2014-cü ilə qədər Shueisha jurnalında tankobon şəklində 72 cildi çap edilib. Bu manqa əsasında anime də çəkilmişdir. Animenin ilk 220 seriyası Yaponiyada Studio Pierrot və Aniplex studiyaları tərəfindən 2002–2007-ci illər arası çəkilmişdir. "Naruto: Shippuden"-in orijinal seriyaları Yaponiyada 2007-ci ildən göstərilmıyə başlanmış, 2017-ci ildə 500-cü seriyada final etmişdir. Animenin ingilis versiyası isə 2005–2009-cu illər arasında Cartoon Network kanalında göstərilmişdir.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Narni
Narni — İtaliyanın Umbriya regionunda yerləşən kommunadır. == Əhalisi == 2017-ci ilin siyahıya alınmasına görə kommunada 19,252 nəfər yaşayır.
Afşin Noruzi
Afşin Noruzi (22 aprel 1985) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Afşin Noruzi İranı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Diasperus niruri
Phyllanthus niruri (lat. Phyllanthus niruri) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.
Dilan Naputi
Dylan Pinaula Naputi (4 yanvar 1995-ci ildə anadan olub) — Quam milli komandasının futbolçusu. == Karyerası == Naputi öz futbol karyerasına Quamın Barriqada şəhərində yerləşən Corc Vaşinqton adına Ali Təhsil Məktəbində təhsil alarkən Kişilərdən ibarət Quam Futbol Liqasında mübarizə aparan Qualiti Distributors klubunda başlamışdır. 2013-cü ildə klubu tərk etdikdən sonra Payless Supermarket Straykers FK klubuna transfer olmuşdur.5 yanvar 2016-cı ildə Naputi PDL klublarından olan Ventura Kantri Fujin klubuna transfer olmuşdur. == Milli komanda == Naputi Quam milli futbol komandası ilə ilk oyununa 2011-ci ildə çıxmışdır. === Milli komanda qolları === Nəticələr və qollar Quam hesablamasının birinci siyahısındadır.
Dylan Naputi
Dylan Pinaula Naputi (4 yanvar 1995-ci ildə anadan olub) — Quam milli komandasının futbolçusu. == Karyerası == Naputi öz futbol karyerasına Quamın Barriqada şəhərində yerləşən Corc Vaşinqton adına Ali Təhsil Məktəbində təhsil alarkən Kişilərdən ibarət Quam Futbol Liqasında mübarizə aparan Qualiti Distributors klubunda başlamışdır. 2013-cü ildə klubu tərk etdikdən sonra Payless Supermarket Straykers FK klubuna transfer olmuşdur.5 yanvar 2016-cı ildə Naputi PDL klublarından olan Ventura Kantri Fujin klubuna transfer olmuşdur. == Milli komanda == Naputi Quam milli futbol komandası ilə ilk oyununa 2011-ci ildə çıxmışdır. === Milli komanda qolları === Nəticələr və qollar Quam hesablamasının birinci siyahısındadır.
Haruki Murakami
Haruki Murakami (yap. 村上 春樹; 12 yanvar, 1949 Kioto) — müasir yapon tərcüməçi və yazıçısı. == Həyatı == Haruki Murakami 12 yanvar 1949-cu ildə Kioto şəhərində dünyaya gəlmişdir. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki hələ gənc yaşlarından bəri ədəbiyyata meyl göstərmişdir. Uşaqlıq dövrünü öz əsərlərində tez-tez əks etdirən yazıçı bir çox müsahibələrində uşaqlıqda valideynlərindən öyrəndiyi faktların onun üçün əvəzsiz olduğunu bəyan etmişdir. Gənc Haruki gəncliyinin böyük bir hissəsini Kobe şəhərində keçirmişdir. Tokiyonun Vaseda Universitetinin ədəbiyyat fakültəsini bitirmiş yazıçı universitet illərində üslubiyyatın dərin sirlərini öyrənmiş, müxtəlif doğma və xarici əsərlərdən rəngarəng təəssüratlar almışdır. Yazıçı gənc yaşlarından kitablara, xüsusən də qərb ədəbiyyatına xüsusi meyl göstərmişdir. Bir çox əsərlərində bu marağı diqqət mərkəzinə çevirmiş yazıçı, tələbə olarkən Truman Kapote, Kurt Vonnequt, Frans Kafka, Kenzaburo Oe, Yasunari Kavabata kimi dahilərin əsərlərinə daha çox meyl göstərmişdir. Taleyin yollarında nicat ümidi ilə yaşayan Murakami əsərlərinin qəhrəmanları sanki daimi axtarışdadırlar.
Kamal Faruqi
Kamal Faruqi (27 avqust 1910, Konstantinopol – 27 yanvar 1988, Qahirə) Türkiyənin keçmiş milli futbolçusudur . == Həyatı və karyerası == Kamal Faruqi 27 avqust 1906-cı ildə İstanbul şəhərində anadan olmuşdur. === Klub komandalarında karyerası === İstanbul Futbol Liqasının 1924–25 mövsümündə "Qalatasaray" ilə debüt edən Kamal 3 matçda meydana çıxdı. 1925–26 mövsümündə daha sonra 3 oyuna daxil edildi. 1926–27 mövsümündə komandasının oynadığı 7 liqa oyununun yalnız birində oynadığı zaman, irəli mövqedə Rəbii Ərkal, Muslihiddin Peykoğlu və Mehmet Ləbləbi arxasında ehtiyat oyunçular skamyasında oturdu. 1928–29 mövsümündə Billi Hanter rəhbərliyində komandada mütəmadi olaraq oynamaq şansı qazanan Kamal 8 qol vuraraq liqanı bombardir olaraq başa vurdu və komandasının çempionluğuna töhfə verdi. 1929–30 mövsümündə komandanın yenilənməsi və genişlənməsi sayəsində cəmi 2 matçda iştirak etdi və qol vurdu. 1930–31 mövsümündə, Qalatasarayın çempion olduğu dövrdə komandanı digər üç komanda yoldaşı Lətif Yalınlı, Rəbii Ərkal və Mehmet Ləbləbi ilə meydana gətirən Kamal, 14-də 13 qolla ikinci dəfə liqanın "bombardiri" adını qazandı. 1931–32 mövsümündə liqanın təşkil olunmadığı üçün komandası ilə yoldaşlıq görüşləri keçirdi. 1932–33 mövsümündə genişlənən və gəncləşən komandada özünə yer tapa bilməyən və yaşı irəliləyən Kamal, 1932–33 mövsümündə cəmi 2 matç oynadı, 1 qol vurdu və futbol karyerasına 32 yaşında son verdi.
Marumi Yamazaki
Marumi Yamazaki (d. 9 iyun 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Maruni Kilsəsi
Maruni Kilsəsi (ərəb. الكنيسة المارونيّة‎; lat. Ecclesia Maronitarum), və ya rəsmi adı ilə Əntakiyə Süryani Maruni Kilsəsi (ərəb. الكنيسة الأنطاكية السريانية المارونية‎; süry. ܥܕܬܐ ܣܘܪܝܝܬܐ ܡܪܘܢܝܬܐ ܕܐܢܛܝܘܟܝܐ) qədim xristian kilsəsidir, patriarxlıq statusuna sahib olan altı Şərqi Katolik kilsəsindən biridir. Tarixi kilsə icmalarının əksəriyyəti Suriyada və Kiprdə olduğu kimi Livanda da yerləşir. Marunilərin Livandan davamlı mühacirəti son illərdə Argentina, Braziliya, Amerika Birləşmiş Ştatları, Meksika, Avstraliya və digər əyalətlər və ölkələrin diasporalarında icmaların yaranmasına səbəb oldu. == Tarix == Livan Marunilərinin tarixi IV əsrin sonlarında, bir qrup şagirdin Müqəddəs Marun ətrafında toplandığı vaxtdan başlayır. Daha sonra Hələbdən Əntakiyəyə qədər bir yolda bir monastır inşa etdilər. V-VI əsrlərdə Mübarək Kirskinin Teodoretinin teoloji məktəbini qurduğu monastır, Xalkidon Kilsə Məclisinin xristologiya təlimini dəstəkləyərək Monofizitlərə və Miafizitlərə qətiyyətlə qarşı çıxdı.
Mikio Naruse
Mikio Naruse (20 avqust 1905[…], Tokio[d] – 2 iyul 1969, Tokio[d]) — Yaponiya kinorejissoru. == Həyatı == Mikio Naruse 20 avqust, 1905-ci ildə Tokio şəhərində anadan olmuşdu. Mikio Naruse 2 iyul 1969-cu ildə Tokio şəhərində vəfat edib.
Nairuhi Alaverdyan
Nairuhi İsaakovna Alaverdyan (25 iyun 1941, Stepanakert – 10 noyabr 2021, Xankəndi) — erməni müğənnisi . Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == 25 iyun 1941-ci ildə Xankəndidə anadan olmuşdur. Xankəndi şəhəri Sayat-Nova adına musiqi məktəbini bitirib.1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978-ci ildən isə "Qarabağ" estrada ansamblının solisti kimi çıxış etmişdir.
Naruto boğazı
Naruto boğazı (yap. 鳴門海峡) — Avaci və Şikoku adalarını bir-birindən ayıran boğaz. Onaruto körpüsü Kobe-Avaci-Naruto ekspres yolunun cənubunda yerləşir və Avaci ilə Şikoku adalarını birləşdirən əsas bağlantıdır.Naruto boğazı burulğanları ilə məşhurdur. Bu boğaz Yaponiyanın ən sürəti burulğanlarına sahibdir və burulğanların diametri 20 metrə çata bilir.
Natufi mədəniyyəti
Natufi mədəniyyəti — əsasən, qədim Fələstində, qismən də indiki Suriya və Türkiyə ərazisində Mezolit dövrünə (e.ə. XX–VII minilliklər) aid arxeoloji mədəniyyət. İsrailin Yerusəlim şəhərindən 27 kilometr (17 mil) şimal-şərqdə, 1928–1932-ci illərdə Natufi vadisində Şüqba mağarası tapıntılarına əsasən müəyyən edilmişdir. Əhalisi mağaralarda, yarımqazmalarda yaşamış, ovçuluq, balıqçılıq və yığıcılıqla (yabanı taxıl da) məşğul olmuşdur. Qəbirlərdə 3–5 skeletə təsadüf olunur. Bəzi tədqiqatçılar ibtidai əkinçiliyin bu dövrdən yarandığını ehtimal edirlər. Natufi mədəniyyəti üçün çaxmaqdaşıdan həndəsi formalı mikrolitlər, yığma-oraq dişləri iri qaşov və kərkivarı alətlər, sürtgəclər səviyyəvidir. Azərbaycanda Qobustanın "Firuz-1" düşərgəsində bir qəbirdə on skeletin mövcudluğu, "Kənizə" düşərgəsində bir qəbirdə on skeletin mövcudluğu, Kənizə düşərgəsində ibtidai divar qalıqları, mikrolitlər və s. Natufi mədəniyyəti tapıntıları ilə oxşardır. == İstinadlar == == Əlavə ədəbiyyat == Balter, Michael, The Goddess and the Bull, New York: Free Press, 2005, ISBN 978-0-7432-4360-5 Bar-Yosef, Ofer, "The Natufian Culture in the Levant, Threshold to the Origins of Agriculture" (PDF), Evolutionary Anthropology, 6 (5), 1998: 159–177, doi:10.1002/(SICI)1520-6505(1998)6:5<159::AID-EVAN4>3.0.CO;2-7 Bar-Yosef, Ofer; Belfer-Cohen, Anna.
Phyllanthus niruri
Phyllanthus niruri (lat. Phyllanthus niruri) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.
Şibukava Harumi
Şibukava Şunkay və ya Şibukava Harumi (渋川 春海, 27 dekabr 1639, Kioto[d] – 1 noyabr 1715 və ya 6 oktyabr 1715, Edo[d]) – Yaponiya astronomu, təqvim alimi, qo oyunçusu və samurayı. Atasının adı olan Yasui Santetsu (安井 算哲) ilə tanınmış, lakin özünə Şibukava Sakuzaemon adını da götürmüşdür. O, təqvim hazırlayan ilk yapon alimdir. == İlk illəri və karyerası == Şibukava 1639-cu ildə Yaponiyanın Kioto şəhərində yaşayan Yasui ailəsində doğulmuşdur. Atası peşəkar qo oyunçusu idi. Uşaq olanda Rokuzo adı ilə çağırılmışdır. Atasının 1652-ci ildəki ölümündən sonra qo oyununu peşəsi kimi qəbul etmiş və atasının Santestu adını götürmüşdür.O, gənc yaşlarından etibarən astronomiya və təqvim elmi sahəsində bacarıqlarını nümayiş etdirməyə başlamışdır. Ansay Yamazakidən konfusiçilik və şintozim dərsləri, Cyunşo Matsuda, Tayfuku Abe və Qentey Okanoydan təqvim elmi dərsləri almışdır.Şibukava həyatının böyük hissəsini Edo şəhərində keçirsə də, qo oynamadığı vaxtlar Kiotoda olmuşdur. Mito əyalətinin daymyosu Mitsukuni Tokuqava və Ayzu əyalətindən Masayuki Hoşina onu mühazirə verməyə dəvət etmişdirlər. Hoşina Şibukavanı şoquna təqvim islahatı üçün ən münasib şəxs kimi göstərmişdir.
Naruto Uzumaki
Naruto Uzumaki (うずまき ナルト Uzumaki Naruto), Masaşi Kişimoto tərəfindən yazılmış və çəkilmiş, 1999-cu ildən etibarən yayımlanan Naruto adlı manqa seriyasının baş qəhrəmanıdır.Eyni zamanda 2002-ci ildən başlayaraq anime seriyası da yayımlanmışdır.
Baruj (Urmiya)
Baruj (fars. باروژ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (28 ailə).
Nauli Canaşia
Nauli Canaşia (gürc. ნაული ჯანაშია; d. 1 mart 1947, – ö. 17 mart 2015, Tbilisi, Gürcüstan) — Gürcüstan parlamentinin müxalifət fraksiyasını təmsilçisi, "Vahid Milli Hərəkat" partiyasının üzvü. == Həyatı == 1 mart 1947-ci ildə anadan olmuşdur. == Fəaliyyəti == 2012-ci ilin oktyabrında Gürcüstan parlamentinə keçirilən seçkilərdə Sameqrelo-Zemo Svaneti bölgəsinin Martvili rayonundan mojaritar qaydada deputat seçilmişdir. Parlamentdə fraksiya katibi, həmçinin beynəlxalq işlər və aqrar məsələləri üzrə komitələrin, Moldova, Belarus və Qazaxıstan dostluq qruplarının üzvü olmuşdur.17 mart 2015-ci ildə Tbilisidə vəfat etmişdir.
Mirzə Cavad Tarumi
Mirzə Cavad Tarumi (1844-1907)—İran Məşrutə hərakatının fəal üzvü. == Həyatı == Mirzə Cavad 1844-cü ildə Tarumda anadan olmuşdu. Nəcəf şəhərində mükəmməl mədrəsə təhsili almışdı. Savadlı оlduğundan dоlayı mirzə ünvanı daşıyırdı. Zəncan şəhərində Quran elmləri, təfsir, fiqh və üsul fənləri üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Həkim, filosof kimi tanınmışdı. Mirzə Cavad Tarumi 1907-ci ildə vəfat edib.
Naruto personajlarının siyahısı
Naruto (yaponca: ナルト) anime və manqa seriyası Masaşi Kişimoto tərəfindən yaradılmışdır və bir çox xəyali obrazı özündə ehtiva edir.Seriya 2 hissədən ibarətdir. İlk hissə 220 epizoddan ibarətdir və Narutonun 12,13 yaşlarını əhatə edir. İkinci hissə isə 500 epizoddan ibarətdir və Narutonun 15,16,17 yaşlarını əhatə edir. İkinci hissə həmçinin "Naruto Shippūden" adlandırılır. Seriyanın baş qəhrəmanları Naruto Uzumaki, Sakura Haruno, Sasuke Uçiha və onların müəllimi olan Kakaşi Hatakedir. Aşağıdakı siyahıda seriyanın bütün obrazları yox, daha yadda qalan obrazları göstərilmişdir.
Arji (En)
Arji (fr. Argis) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Ramber-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01017. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 421 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 259 çərşənbə axşamı (15-64 il) 192 il iqtisadi fəal, 67 - zərərsizləşdirmə (təmiz aktivlər - 74,1%, 1999-cu il 56,3%) olmuşdur. İz 192 aktivny jiteley rabotali 167 çelov (91 muşina və 76 qadın), bezrabotnыh son 25 (8 mufta və 17 qadın). Sredi 67 neaktiv, 16 yaşdan yuxarı bir tələbə, 32 - təqaüdçü, 19 yaşındakı fəaliyyətsizdir.