Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miconia nasella
Miconia nasella (lat. Miconia nasella) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Bulbophyllum nasica
Bulbophyllum nasica (lat. Bulbophyllum nasica) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Mariya Paseka
Mariya Valeriyevna Paseka (19 iyul 1995; Moskva, Rusiya) — Rusiyanı təmsil edən idman gimnastı. Mariya Paseka 2012 və 2016-cı ildə Rusiyanı Yay Olimpiya Oyunlarında təmsil edib və üç gümüş, bir bürünc medal qazanıb. == Karyerası == Mariya Paseka birinci dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın London şəhərində XXX Yay Olimpiya Oyunlarında qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Viktoriya Komova, Kseniya Afanasyeva və Anastasiya Qrişina ilə birgə finalda 178.530 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, bürünc medala layiq görülüb. Mariya Paseka 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Seda Tutxalyan, Angelina Melnikova və Dariya Spiridonova ilə birgə finalda 176.688 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, gümüş medala layiq görülüb.
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
Naska mədəniyyəti
Naska mədəniyyəti — Kolumbdan öncə mövcud olmuş mədəniyyət. Perunun cənub sahillərində, Naska platosunda, Moçika mədəniyyətindən cənubda yerləşmişdir. E.ə. II əsrdən b.e. VI əsrə kimi mövcud olmuşdur. Paytaxtı - Kauaçi şəhəri idi. Şəhərdə arxeoloji qazıntılar nəticəsində 6 piramida aşkar edilmişdir. Ehtimala görə, Parakas mədəniyyətindən yaranmışdır. Naska mədəniyyətinin keramik məhsulları əsasən polixrom və dördrəngli idi. Ağ və qırmızı fonda qara və narıncı şəkillər.
Naska plitəsi
Naska plitəsi — Perunun cənubundakı regionun adıyla adlandırılıb və Sakit okeanın şərqində Cənubi Amerika sahilində yerləşir. Peru-Çili çökəkliyi boyunca baş verən subduksiya nəticəsində (Cənubi Amerika plitəsinin altına) And dağ əmələ gəlmə proseslərinin əsas səbəbidir. Naska plitəsi qərbdə Sakit okean plitəsi ilə, cənubda isə Antarktika plitəsi ilə (Şərqi-Asiya qalxması və Çili qalxması boyunca) həmsərhəddir. Naska plitəsinin bir neçə isti nöqtələr üzərində hərəkəti bir neçə vulkanik adanın əmələ gəlməsinə səbəb olub. Naska həm süxurların yaşı, həm də müstəqil plitə olmaq baxımından nisbətən cavan plitə hesab olunur. Şərq hissədə Cənubi Amerika plitəsinin altına subduksiya edir və bu ərazidə konvergent sərhədlərə sahibdir, Peru-Çili çökəkliyini əmələ gətirir. Cənubda Antarktik plitə ilə (Çili qalxması) divergent sərhədlərə sahibdir. Şimalda isə sərhədlər Kokos adasıyladır (Qalapaqos qalxması). Naska plitəsinin Çilinin cənubunda subduksiya etməsi tarixin ən böyük zəlzələlərindən bəzilərini əmələ gətirib. (məsələn, Valdivia zəlzələsi (1960) - 9.5 bal) == Xarici keçidlər == Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.
Naska xətləri
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb.
Naska xətti