Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nаşiçе
Nаşiçе (xorv. Našice) — Xorvatiyanın Оsiеçkо-Bаrаnskаya vilayətində yerləşən şəhər. == Tarixi == Şəhər ilk dəfə 1229-cu ildə "Nekche" adı ilə xatırlandı. 13-cü əsrdə Məbəd cəngavərləri Naşiçeyə gələrək kilsə qurdular. Şəhər 1945-ci ilə qədər Pejaçeviç ailəsinin feodal mülkü idi. 1541-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth edildi və 1687-ci ildə Avstriyanın fəthinə qədər Poyeqanın Sanyak hissəsi oldu. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Naşiçe, Xorvatiya-Slavoniya krallığının Virovititsa qraflığında bir paytaxt rayonu idi. 1991-ci ilin sentyabrında Xorvatiya qüvvələri Naşiçedə Yuqoslaviya Xalq Ordusunun hərbi kazarmalarını ələ keçirdilər. == Əhalinin məskunlaşması == 2011-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə 7,888 əhali var, bütün bələdiyyədə isə 16,224 nəfər. Əhalinin 88%-ni xorvatlar təşkil edir.
Nailə
Nailə — Azərbaycan adı. Nailə Bağırova — Azərbaycan iqtisadçısı və dövlət xadimi Nailə Vəlixanlı — tarix üzrə elmlər doktoru, professor Nailə Sultan (II Əbdülhəmidin qızı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Nailə Əsgərzadə — Azərbaycan əsilli Rusiya jurnalisti Nailə Mehdibəyova — Azərbaycan televiziyasının ilk diktorlarından Nailə Mirməmmədli — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Dadaşova — kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Nailə İslamzadə — televiziya aparıcısı, Azərbaycanın əməkdar artisti (1998). Nailə Rəhimbəyli — AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. Nailə İsayeva — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru Nailə Allahverdiyeva — Rusiya art-meneceri, rəssam Nailə Musayeva — Azərbaycan Memarlıq və İnşaat Universitetində alim.
Aqios Vasilis
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Enriqueta Basilio
Norma Enriqueta Basilio — meksikalı yüngül atletika idmançısı. O, Olimpiadanın məşəlini yandıran ilk qadın kimi tarixə düşüb. O, 1968-ci il 12 oktyabrda Mexikoda keçirilən XIX Yay Olimpiya Oyunları zamanı məşəli daşıyan sonuncu idmançı idi. O, 80 metr məsafəyə maneələrlə qaçışda milli yüngül atletika üzrə çempionu idi. 1967-ci il Panamerika Oyunlarında o, maneələri dəf etməklə qaçış yarışlarında yeddinci olub. O, həmçinin 2004-cü il Afina Olimpiya Oyunları zamanı Olimpiya məşəlinin estafeti Mexikodan keçərkən məşəli daşıyıb.
Natalie Hermann
Natalie Hermann (d. 27 avqust 1999) — Almaniyanı təmsil edən bədii gimnast. Natalie Hermann, 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Natalie Hermann 2016-cı ildə Almaniya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Xmelnitska, Daniela Potapova, Yuliya Staviçkaya və Sina Tkaltşeviş ilə birgə təsnifat mərhələsində 32.400 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Natalie McQiffert
Natalie McQiffert (d. 14 mart 1997) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Natalie McQiffert, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. McQiffert həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Natalie McQiffert 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Alisa Kano, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Phytoseius rasilis
Phytoseius rasilis (lat. Phytoseius rasilis) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius rasilis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Proterorhinus nasalis
Proterorhinus nasalis — Proterorhinus cinsinə daxil olan balıq növü. Azov və Xəzər dənizinin hövzələrinin qaranlıq sularında yaşayan balıq növüdür. Volqa çayının yuxarı hissəsinin delta içərisindəki kürüləyir. Bu növ sürətlə çökən çaylar və bitki örtüyünə malik suları üstün tutur. 9 sm uzunluğuna çata bilirlər. Proterorhinus semipellucidus növü ilə eyni növ olması ehtimal edilir.
Typhlodromus rasilis
Typhlodromus rasilis (lat. Typhlodromus rasilis) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus rasilis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Böyük Vasili
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330—379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır. == Əsərləri == Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına , «Zəbur» kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon mag­num sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.
Cırtdanın nağılı
"Cırtdanın nağılı" — Azərbaycan xalq nağılı. Nağılın mövzusu uşaqları Azərbaycan mifologiyasından mifik bir məxluq olan Divdən qurtaran Cırtdan adlı ağıllı bir gənc oğlandan bəhs edir. == Məzmun == Cırtdan qonşunun uşaqları ilə birlikdə meşəyə odun yığmaq üçün gedir. Geri qayıdarkən qaranlıqda itirlər və gördükləri işığa tərəf irəliləyirlər. Onlar beləliklə, Divin yaşadığı evə çatırlar. Canavar uşaqları gecə yemək üçün özünə cəlb edir. Cırtdan öz ağlından istifadə edərək uşaqları xilas edir və onlar sağ-salamat evlərinə qayıdırlar.Cırtdan Azərbaycan nağıllarının ən populyar personajlarından biridir. Ənənəvi azərbaycanlı görünüşü, cəsarəti və zəkası ilə seçilir. Cırtdan bəzən kənd oğlanlarını meşədən odun toplamağa və sonra onu bellərində gəzdirməyə məcbur etdiyi üçün tənbəl bir şəxs kimi təsvir edilir. Buna baxmayaraq, Cırtdan Div ilə qarşılaşdıqda cəsarət göstərir.
III Vasili
III Vasili İvanoviç (rus. Василий III Иванович; 25 mart 1479, Moskva, Böyük Moskva Knyazlığı – 3 dekabr 1533, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1505-1533), Büten Rusun hökmdarı. Onun hakimiyyəti dövründə Qızıl Orda süqut etdi və müstəqil Moskva knyazlığı qonşu əraziləri ilhaq edə bildi ki, bu da sonralar “rus torpaqlarının birləşdirilməsi” adlandırıldı. Mərkəzləşdirilmiş Rusiya dövlətinə (o zaman - Moskva knyazlığı) Pskov, Smolensk və Ryazan daxil oldu.
II Vasili
Vasili Vasiliyeviç (rus. Василий Васильевич; 10 mart 1415 – 27 mart 1462-ci il, həmçinin II Kor Vasili (Василий II Тёмный) kimi tanınan Moskvanın Böyük Knyazı idi, onun hökmranlığı dövründə (1425–1462) Qədim Rusiya tarixinin ən böyük vətəndaş müharibəsi ilə üzləşdi. Vasili müharibədə düşmənləri tərəfindən ələ keçirilib kor edildi, lakin sonra taxt-tacını geri qaytara bildi. Ömrünün son illərində oğlu İvanı vəliəhd təyin etmişdir.
I Vasili
Vasili I Dmitriyeviç (rus. Василий I Дмитриевич; Rom: I Vasili Dmitriyeviç; 30 dekabr 1371, Moskva, Böyük Moskva Knyazlığı – 27 fevral 1425, Moskva, Böyük Moskva Knyazlığı) Moskvanın Böyük Knyazı (1389–1425), Dmitri Donskoyun (h. 1359–1389) varisi idi. O, 1389–1395-ci illərdə və 1412–1425-ci illərdə Qızıl Orda vassalı kimi hökm sürmüşdür. 1395-ci ildə türk-monqol əmiri Teymurun Volqa zonalarına basqını Qızıl Orda üçün anarxiya vəziyyəti və Moskvanın müstəqilliyi ilə nəticələnmişdir. O, 1392-ci ildə Litva Böyük Hersoqluğu ilə ittifaqa girmiş və Böyük Vitautanın yeganə qızı Sofiya ilə evlənmişdir.
Kauçi hasili
Kauçi hasili — riyaziyyatda a n {\displaystyle a_{n}} və b n {\displaystyle b_{n}} şəklində iki ardıcıllığın c n = ∑ k = 0 n a k b n − k {\displaystyle c_{n}=\sum _{k=0}^{n}a_{k}b_{n-k}} formasında ifadə edilən hasilidir. Düstur Auqustin Kauçi tərəfindən kəşf edilmişdir.
Kayum Nasiri
Qabdelkayum Qabdennasır oğlu Nasıri (Kayum Nasiri) (tat. Qayum Nasıri, Kayum Nasiri, d. 2 [14] fevral, 1825 — ö. 20 avqust, 1902) — tatar alim-etnoqraf, ədəbiyyatçı və XIX əsrin maarifçisi. == Həyatı == Tatar milli oyanışı və maarifçiliyinin simvolu olan Abd-ül-Kayum Nasiri, 14 (2) Fevral 1825-ci ildə Yaşıl Üzən bölgəsinin Yuxarı Şırdan kəndində 6 uşaqlı ailənin 2-ci övladı olaraq dünyaya gəlmişdir. İlk təhsilini atası Əbdünnəsirdən alan Kayum 1841-ci ildə təhsil almaq məqsədi ilə Qazana getmiş və Qazanın Beşinci Məhəllə Mədrəsəsinə yazılmışdır. Kayyum Nasiri 1855-ci ilə qədər bu məktəbdə təhsil almış, ərəb və fars dilləri ilə yanaşı gizlincə rus dilini də öyrənmişdir. O vaxt Rusca öyrənmək üləma (din alimi) tərəfindən qadağan edildiyinə görə Kayum Nasiri bu addımı ilə həm də bir ilk imza atmışdır. Rus dilini öyrənməsi ona asanlıqla iş tapmaq imkanı vermişdir. 1855-ci ildə Kayum Nasiri, oğlan və qız uşaqları üçün dini ibtidai məktəb olan Ruhani Seminariyada tatar dili müəllimi kimi fəaliyyətinə davam etmişdir.
Nadili (Azərşəhr)
Nadili (fars. ناديلو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,116 nəfər yaşayır (821 ailə).
Nadilə Sultan
Nadilə Sultan (d. 30 sentyabr 1856 - ö. 18 yanvar 1882) - 31. Osmanlı padşahı I Əbdülməcidin Şayəstə Qadınəfəndidən doğulan qızıdır. == Həyatı == Bacısı Mədiha Sultanla eyni ildə dünyaya gəlmişdir. Hələ 5 yaşında ikən atası vəfat etdi və Nadilə Sultan əmisi Sultan Əbdüləzizin hərəminə alınaraq burada böyüdüldü. Gənclik illərində tüberklozdan əziyyət çəkən Nadilə Sultan 6 oktyabr 1876 tarixində Dolmabağça Sarayında Çərkəz Mehmed Paşa ilə evləndi. 18 yanvar 1876 tarixində evliliyinin 6-cı ilində hələ övladı belə olmadan vəfat etdi. Məzarı Yeni Məsciddə yerləşir. Onun ölümündən sonra Çərkəz Mehmed Paşa Sultan Əbdüləzizin qızı Əsma Sultanla evləndi.
Nasiri (Qəzvin)
Nasiri (fars. ناصري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 9 nəfər yaşayır (4 ailə).
Nazilə Səfərli
Nazilə Səfərli-Cəlilova (25 yanvar 1979, Dmanisi) — Azərbaycan şairəsi, AYİ-nın üzvü, == Həyatı == Nazilə Cəfərova (Səfərli) 1979-cu il 25 yanvar Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Orta məktəbə Bolnisi rayon Kazreti qəsəbəsi 2№-li orta məktəbdə qədəm qoyub. 1993-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşüb. Suraxanı rayonunda məskunlaşıb. 9-cu sinfi 270№-li orta məktəbdə davam etdirib. 10-11-ci sinifləri isə Xətai rayonunda 269 saylı orta məktəbdə başa vurub. Ali məktəbi Rusiyada oxuyub. Vladimir şəhər Aviamexanika institutunun hüqüq fakültəsini bitirib. Evlidir. 2 oğlu var (Nurlan və Turan).
Nazilə İsgəndərova
Nazilə Telman qızı İsgəndərova (20 sentyabr 1975, Sumqayıt) — psixoterapiya və ilahiyyat elmləri doktoru, professor, yazıçı və ictimai xadim. == Həyatı == Nazilə Telman qızı İsgəndərova 1975-ci il sentyabrın 20-də Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Ailəsi əslən Qərbi Azərbaycandandır. 1992-ci ildə Sumqayıt şəhəri 35 nömrəli orta məktəbi bitirmişdir. 1992–1997-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 2000-ci ildə din və psixoterapiya üzrə doktorantura təhsilinə Türkiyənin Mərmərə Universitetində başlamış, sonra 2011-ci ildə Kanadada Vilfrid Laurier Universitetində (Wilfrid Laurier University) davam etdirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1994-cü ildə "Millət" qəzetində jurnalist kimi başlamışdır. 2011-ci ildən Toronto Universitetinin nəzdindəki Emmaneul Kollecinin professordur. Nazilə İsgəndərova müsəlman qadınlara qarşı məişət zorakılığı mövzusunda apardığı araşdırmaya görə nüfuzlu İlahiyyat Tədqiqatları Forumu (Forum for Theological Exploration) tərəfindən mükafatlandırılmışdır. Eyni zamanda digər araşdırmalarına görə Kanada Mənəvi Danışmanlıq Assosiyasiyası (Canadian Association for Spiritual Care) və Pastoral Terapiya Cəmiyyəti (Society for Pastoral Counselling) professional və tədqiqat mərkəzlərinin mükafatlarına layiq görülmüşdür.
Naşide Göktürk
Naşide Göktürk (1 aprel 1965, İstanbul – 30 avqust 2016, Bodrum, Muğla ili) — türk pop musiqisi müğənnisi.
Qış nağılı
Qış nağılı — məşhur ingilis dram yazıçısı Uilyam Şekspir tərəfindən yazılmış bir teatr əsəridir. 1611-ci ildə ilk dəfə Şekspirin Saray (Court) Teatrında səhnəyə qoyulmuşdur. 1623-cü ildə ilk dəfə Uilyam Şeksprin əsərlərinin hamısının nəşr olunduğu Birinci Folio kolleksiyasında göstərilmişdir. Əsər ilk dəfə təqdim olunduğu zaman komediya janrında yazıldığı qeyd edilsə də, bəzi müasir redaktorlar bu dramın roman janrında olduğunu iddia edirlər.Bu pyes ingilis dilinin istifadə olunduğu ölkələrin səhnələrində tam mətni ilə deyil, müxtəlif teatrlarda nümayiş edilmişdir. 18-ci əsrdə çox tanınmış Şekspir aktyoru olan Devid Qarrik bu pyesindəki bir personajı canlandırmaqla çox şöhrət qazanmışdır. 19-cu əsrdə isə üçüncü pərdə pastoral xarakterli olmuş və böyük məşhurluq qazanmışdır. Ancaq 20-ci əsrin ikinci yarısında "Qış nağılı" pyesi tamamilə və Birinci Folio kolleksiyasındakı mətninin hamısını əhatə edərək, ilk dəfə səhnəyə qoyulmuşdur. == Personajlar == Siciliya Leontes – Siciliyanın Kralı Hermion – Sicilyanın səxavətli və gözəl kraliçası. Kamillo – Bir dürüst siciliyalı zadəgan. Paulina – Siciliyalı bir zadəgan qadın.
Vasile Florea
Vasile Florea (25 oktyabr 1967) — Rumıniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Vasile Florea Rumıniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Vasili Abayev
Vasili İvanoviç Abayev (oset. Абайты Васо; 2 (15) dekabr 1900, Kobi[d], Tiflis quberniyası, Rusiya imperiyası – 18 mart 2001[…] və ya 12 mart 2001, Moskva) — sovet və Rusiya filoloqu, dilçisi, iranşünası, diyarşünası. == Həyatı == Vasili İvanoviç Abayev 15 dekabr 1900-cü ildə indiki Gürcüstanın Kobi kəndində anadan olmuşdu.Sankt-Peterburq Universitetinin ictimai elmlər fakültəsini bitirmişdi. (1925). Vasili Abayev 12 mart 2001-ci ildə Moskva şəhərində vəfat edib. == Elmi fəaliyyəti == Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V.İ. Abayev olmuşdur. Bütün bu müəliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də Herodot da daxil olmaqla bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici "iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər. == İstinadlar == == Xarici keçidlər == Абаев В. С. Общегуманитарные аспекты теоретического языкознания Статья в электронной энциклопедии «Кругосвет» V. İ. Abayev.