Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asmera
Əsməra (tiqr. ኣስመራ, Asmera) — Eritreyanın paytaxtı və ən böyük şəhəri. Adı əvvəllər "Asmara" kimi tələffüz edilirdi. Toxuculuq, tikiş, ayaqqabı, yeyinti, keramika sənayesi müəssisələri vardır. Şəhərdə yerli universitet, aeroport və dəmiryol vağzalı vardır. Şəhər italyan memarlığı əsasında inşa olunduğu üçün "Kiçik Roma" ləqəbinə malikdir. == Əhalisi == Əhalisi 2009-cu ilin hesablamalarına görə 649 000 nəfərdir. Əsas etnik qruplar tiqrai (77 %) və tiqredir (15 %). Əhalinin 60 % Eritreya pravoslav kilsəsinin inancları, 15 % — katoliklər, 25 % — müsəlmanlardır (sünnülər). == Qardaşlaşmış şəhərlər == Fransa Never == Coğrafiyası == Dəniz səviyyəsindən hündürlüyü 2325 metrdir.
Kaşmər
Kaşmər — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kaşmər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 81,527 nəfər və 21,947 ailədən ibarət idi.
Narmer
Narmer (e. ə. XXXII əsr – e.ə. 3125) — e.ə. 3100-cü illərdə hökm sürmüş və bir çox alim tərəfindən Misirdəki ilk sülaləni qurmuş olan firon olaraq adlandırılır. Keçmişdə Ka-nın (Əqrəb Kralın) vəliəhdi olaraq taxta çıxıb, Aşağı və Yuxarı Misiri birləşdirən firon olaraq tanınmaqda olan Narmerin son vaxtlarda kəşf edilən tapıntılar ilə Əqrəb Kralla eyni adam ola bilmə ehtimalı güclənməkdədir. 1898-ci ildə Hierakonpolda tapılan məşhur Narmer tabletlərində Aşağı və Yuxarı Misirin birləşməsndən bəhs edən Narmerin bu tabletlər sayəsində Misirin ilk fironu ola biləcəyi düşünülür, ancaq ənənəvi tarixçilərin keçərli saydığı Manethonun firon siyahısında sözügedən birləşdirici firondan Menes olaraq bəhs edilir. Bu çərçivədə Misirin ilk fironu məsələsi, hələ də tarix və arxeologiya dünyasında mübahisələrin davam etdiyi bir mövzu olaraq gündəmdə qalmağa davam etmişdir. Bu dövrə aid arxeoloji məlumatların çox dəqiq olmaması səbəbilə, bəzi elm adamları Manethonun siyahısında yer alan Menes ilə Narmerin görünüş bənzərliyi səbəbi ilə eyni şəxs olduğunu önə sürərkən, bəzi elm adamları ilə Narmerin oğlu və vəliəhdi olan Hor-Aha ilə Menesin eyni adam olduğunu önə sürmüşdür. Ortaya atılan başqa bir teoremə görə isə, Narmerin Misiri əsl olaraq birləşdirən və Əqrəb Kral olaraq adlandırılan bir Yuxarı Misir fironunun yerinə təcili olaraq taxta keçmək məcburiyyətində olan vəliəhdi olduğu önə sürülmüş, və Misirin birləşdirilməsi qələbəsinin bu təcili dəyişiklik səbəbilə Narmerə ithaf edildiyi iddia edilmişdir.
Bulbophyllum nasseri
Bulbophyllum nasseri (lat. Bulbophyllum nasseri) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Kaşmər şəhristanı
Kaşmər şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kaşmər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 146,536 nəfər və 39,554 ailədən ibarət idi.
Maks Vasmer
Maks Vasmer (28 fevral 1886, Sankt-Peterburq – 30 noyabr 1962[…], Qərbi Berlin) — alman filoloq-slavyanşünası və balkanşünası, SSRİ Elmlər Akademiyasının əcnəbi müxbir üzvü. 1907–08-ci illərdə Yunanıstanda yunan dialektlərini və alban dilini araşdırmışdır. 1908–10-cu illərdə Krakov və Vyana universitetlərində təhsilini davam etdirmişdir. Bir sıra təhsil müəssisəsində dərs demiş, o cümlədən Ali qadın (Bestujev) kurslarının (1912), Saratov (1917–18), Tartu (1918–21), Leypsiq (1921–25), Berlin (1925–45), Stokholm (1947–49) universitetlərinin, Qərbi Berlində Azad universitetinin professoru olmuşdur. Slavyanların digər xalqlarla dil əlaqələrinə, slavyan, Baltika, İran, fin-uqor xalqlarının Şərqi Avropada məskunlaşması tarixinə, Şərqi Avropa antroponimiya və toponimiyasına, slavyan dillərinin alban dili və digər dillərə təsirinə dair əsərlərin müəllifidir.
Nasser Daudu
Nasser Daudu M'Sa (26 fevral 1998-ci ildə anadan olub) — İsveçrə Super Liqası təmsilçilərindən olan Sion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Daudu Dransi akademiyası vasitəsilə inkişaf etmişdir. O, Dransi klubu ilə debütünü 20 may 2017-ci ildə Dyeppe klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Arnold Abelintini əvəz etmişdir. National 2 görüşündə Dransi rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 25 iyul 2018-ci ildə Daudu Sion klubu ilə 3 illik olan ilk peşəkar müqaviləsini imzalamışdır. Daudu klub ilə debütünü 29 iyul 2018-ci ildə Sent-Qallen klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Filippe ilə əvəz olunmuşdur. İsveçrə Super Liqası görüşündə Sion rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. Daudu Fransada anadan olmuşdur.
Nasser Taqvay
Nasser Taqvay (fars. ناصر تقوایی‎; 11 iyul 1941, Abadan, Xuzistan ostanı) İran rejissor və ssenarist.
Sami Naseri
Sami Naseri (fr. Samy Naceri ərəb. سعيد ناصري‎; doğ. 2 iyun 1961, Paris) — bərbər əsilli Fransa aktyoru. O, 1961-ci il iyulun 2-də Parisdə anadan olub. Naserinin anası fransız olsa da, atası Cilali Naseri əslən Əlcəzairdə yaşayan müsəlman bərbər xalqının nümayəndəsi idi. 1998-ci ildə “Taksi” filminin ekranlara çıxması ilə populyarlıq qazanan aktyor 2006-cı ildə “Patriotlar” filmindəki roluna görə nüfuzlu Kann kinofestivalının mükafatını qazanıb. Çılğın temperamentə malik Sami Naseri bir neçə dəfə qanun pozuntusuna görə inzibati və cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin S. Naseri 15 iyun 2013 tarixində azərbaycanlı müğənni və əməkdar artist Röya Ayxanın "Günahsız Günahım" adlı klipində də çəkilmişdir.
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Əli Bin Nasser
Əli Bin Nasser (2 mart 1944, Tunis) — tunisli keçmiş futbol hakimi. 1986-cı ildə keçirilmiş futbol üzrə dünya çempionatında məşhurlaşmışdır. Əli Bin Nasser 1986-cı il futbol üzrə dünya çempionatında tarixin ən maraqlı və ziddiyyətli matçlarından sayılan Argentina-İngiltərə oyununda referilik etmişdir. Həmin matçda argentinalı Dieqo Maradona "Tanrının əli" və "Əsrin qolu" adlanan 2 qolla komandasına 2–1 hesablı qələbə qazandırmışdır. Qolların birincisini Maradona əli ilə tora daxil etsə də, Bin Nasser qolu hesaba almış, sonralar bu epizodda əllə oyunu görmədiyini iddia etmişdir. Həmin mundialda tunisli hakim həmçinin Polşa-Portuqaliya matçında da baş hakimlik etmiş, daha 3 oyunda laynsmen olmuşdur. 1986-cı il turnirindən sonra Bin Nasser dünya çempionatlarında daha iştirak etməmişdir. 2015-ci ilin avqustunda Tunisdə Əli Ben Nasseri ziyarət edən Dieqo Maradona üzərində öz imzası və "Əbədi dostum Əliyə" sözləri olan Argentina formasını ona bağışlamışdır. Öz növbəsində tunisli hakim oyun öncəsi Maradona və Şiltonla olan şəklini argentinalıya hədiyyə etmişdir.