Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nanosnıy adası
Nanosnıy — Anju adaları qrupuna daxil olan və Şərqi Sibir dənizində yerləşən ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Bunqe Torpağı yarımadasından şimal-qərbdə bir necə km aralıda yerləşir. Adından da göründüyü kimi buzların qazıma fəaliyyəti məticəsində yaranmışdır. Qumlarla örtülmüşdür. Maksimal hündürlüyü 2 metrdir. Qeyri müəyyən formaya malikdir. Adada daimi yaşayış yoxdur.
Nasosnı aviabazası
Nasosnı aviabazası — Azərbaycan Respublikasının Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. == Tarixi == Burada 1940-cı ilin aprel ayından 1941-ci ilin aprel ayınadən 25-ci qırıcı aviasiya polku yerləşirdi. Əsasən İ-15bis və İ-16 təyyarələri istifadə edilirdi. 1945-ci ildən 1992-ci ilə qədər burada ayına kimi burada 82-ci qırıcı aviasiya polku yerləşdirilmişdir. Bazanın hədəfi neft buruqlarının təhlükəsizliyini təmin etmək olmuşdur. Burada vaxtı ilə aviatəmir zavodu olmuşdur (MiQ-25 qırıcıları üçün). == Avia qəzalar == 1977-ci ilin yazı 82-ci qırıcı aviasiya polkunun baş leytenantı MiQ-25 təyyarəsi ilə dənizə düşmüşdür. Nəticədə baş leytenant Peleşenko həlak olmuşdur. 1977-ci ilin payızı 82-ci qırıcı aviasiya polkunun baş leytenantı Rəhimov yüksəkliyi düzgün müəyyən etməməsi səbəbindən enərkən qəzaya uğramışdır. Təyyarəçi həlak olmuşdur.