Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanthium natalense
Adi pıtraq (lat. Xanthium strumarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin pıtraq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20–60 sm olan qısa xovlu-tüklü birillik bitkidir. Gövdəsi budaqlıdır. Yarpaqları uzun saplaqlı, enli yumurtavari, üçdilimli, azacıq ürəkvaridir, qıraqları qeyri-bərabər diş-dişli, altdan bir qədər solğundur. Səbətləri sünbül şəklində yarpaq qoltuğunda yığılmışlar. Dişi səbətlərin meyvəyanı sarğısı 10–15 mm uzunluqda, elliptik, bozumtul-yaşıl rəngdə, tüklücədir, ucunda iki haçalanan tikan olan qopartikanla örtülmüşdür. İyun-avqust aylarında çiçəkləyir, avqustoktyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi pıtraq boreal coğrafi tipinin avropa sinfinin aralıq dənizi-avropa qrupuna aiddir. Avropa, Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələri, Şimali Amerika, İran, Əfqanıstan, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır.