Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kainat
Kainat — zaman, məkan və onların bütün tərkib hissələrini əhatə edir. Kainata planetlər, təbii peyklər, cırtdan planetlər, ulduzlar, qalaktikalar, qalaltikalararası boşluqlar, ən kiçik subatom zərrəciklər və bütün materiya və enerji daxildir. Müşahidəolunan kainatın diametri hal-hazırda 28 parsek və ya 93 milyard işıq ilidir. Kainatın ölçüləri məlum deyil və sonu olub-olmadığı bilinmir. Müşahidələr və fiziki nəzəriyyələrin inkişafı kainatın tərkibi və təkamülü barədə nəticə çıxarmağa imkan verib. Ulduzlar kainatın müşahidə edilən hissəsindəki cisimlərdir. Hər böyük qalaktikada təqribən bir neçə yüz milyard ulduz, Metaqalaktikada isə təqribən 100000 qalaktika olduğundan, kainatdakı ulduzların sayı 1019-dan çoxdur.Qədim zamanlardan insanlar kainatı öyrənməyə başlayıblar. Onlar səmaya baxıb ulduzlar haqqında müxtəlif fikirlər irəli sürmüşdülər. Hələ o zamanda yaşayıb yaradan Biruni teleskop olmadan belə ulduzlar haqqında dəqiq məlumatlar vermişdir. İlk teleskopu isə elmdən kənar, amma "yandırıcı" güzgü həvəskarı olan Yakob Metenus düzəltmişdir.
Aechmea racinae
Aechmea racinae (lat. Aechmea racinae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Madinat-İsa
Madinat-İsa (ərəb. مدينة عيسى‎) — Manamadan cənub-qərbdə yerləşən, Bəhreyn krallığının Mərkəzi müzəfazasında yerləşən şəhərdir. Şəhərin əsası 1963-cü ildə qoyulmuşdur. 2010-cu il məlumatlarına əsasən şəhərin əhalisi 40000 nəfərdən azdır. == Etimologiya == Şəhər İsa ibn Salman Al-xəlifənin adı ilə adlandırılmışdır. Xəlifə 1961-ci ildən 1999-cu ilə qədər Bəhreynin kralı olmuşdur. == Tarixi == Madinat-İsa dövlət maliyyələşdirilməsi nəticəsində yaranmışdır və əsas plana əsasən tikilmişdir. Gələcəkdəki layihələrin daha çox ambisiyası üçün bu layihə nümunə oldu. Buna Həməd şəhərinin və Faşt-əl-Adxam şəhərlərinin layihəsini misal göstərmək olar. Şəhərin əsası 16 dekabr 1963-cü ildə qoyulmuşdur.
Aminat Abdulmanapova
Aminat Abdulmanapova (15 may 1946, Dahadayev rayonu, Dağıstan MSSR) — Sovet və dargin şairi, yazıçı, tərcüməçi, jurnalist və publisist. 1991-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. 2000-ci ildən Rusiya Jurnalistlər Birliyinin və Şimali Qafqaz Yazıçılar Klubunun üzvüdür. Aminat Abdulmanapova Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisidir. 1985-ci ildə Moskvada gənc yazıçıların 8-ci Ümumittifaq toplantısının iştirakçısı olmuşdur. "Böyüyürük" kitabına görə beynəlxalq "Xeyriyyəçi", A. S. Qriboyedov və Rəsul Qəmzətov mükafatları laureatı olur. Dağıstan Respublikası Prezidentinin qrant mükafatçısıdır. Dağıstan Respublikası Prezidentinin və Mahaçqala Bələdiyyə Başçısının şəxsi saatı ilə təltif edilmişdir. Dağıstan Respublikası Başçısının və Dağıstan Respublikası Hökumətinin fəxri fərmanları, Rusiya və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin Fəxri Fərmanı, habelə Gürcüstanın Fəxri fərmanı ilə təltif edilmişdir. == Bioqrafiya == Atası Hacıyev Abdulmanap kəndin partiya təşkilatçısı olur.
Aminat Şayan
Aminat Şayan (29 oktyabr 1993) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. == Olimpiya Oyunları == Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Andrey Qaçina
Andrey Qaçina (21 may 1986) — Xorvatiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Andrey Qaçina Xorvatiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 7-ci pillənin sahibi olub. Daha sonra Andrey Qaçina Xorvatiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub. Andrey Qaçina Xorvatiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Apaloderma narina
Apaloderma narina (lat. Apaloderma narina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin apaloderma cinsinə aid heyvan növü.
Kainat Abdullayev
Kainat Məhəmmədəli oğlu Abdullayev (d. 1989; Azərbaycan - ö. 30 iyul 2013; Tərtər Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2013-cü ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Kainat Abdullayev 1989-cu ildə anadan olub. == Hərbi xidməti == Gizir Kainat Abdullayev 2013-cü ildə, iyulun 30-u saat 20.45 radələrində Azərbaycan-Ermənistan təmas xəttinin Tərtər rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. İyulun 31-i isə Kainat Abdullayev son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Abdullayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Kainat modelləri
Kainatın infişafının ümumi qanunauyğunları kosmoloji modellərin qurulmasına imkan verir. 0.(Kainat sinqulyar haldadır). Böyük partlayış. 10-43 san.(on üstü 43 oxuyun) sonra. Plank dövrü (erası). Plank anı, bu zaman qravitasiya qarşılıqlı təsiri ayrılır. Bu vaxt Kainatın ölçüsü 10-35 м (on üstü 35) olmuşdu, buna Plank uzunluğu deyilir. 10-37 san. müddəti kainatın infilyasiya genişlənməsi adlanır 10-35 san. (on üstü 35) Böyük birləşmə erası: Güclü və elektrozəif qarşılıqlı təsirlər ayrılır.
Naziat Surəsi
79-cu surə
Qainat şəhristanı
Qainat şəhristanı və ya Qain şəhristanı — İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Qain şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,357 nəfər və 35,783 ailədən ibarət idi.
Stiven Kainat
Stiven Kainat (ing. Steven Universe) — Rebekka Şuqar(en) tərəfindən Cartoon Network üçün yaradılmış amerikan cizgi serialı. Serialda Çimərlik şəhərində (ing. Beach City) yaşayan Stiven Kainat(en) və onun minerallardan təşkil olunmuş kristal yadplanetli dostları — Qarnet(en), Ametist(en) və Perl(en) dünyanı təhlükə yaradacaq şeylərdən müdafiə edir. Serialın pilot epizodu ilk dəfə 2013-cü ilin mayında efirə çıxdı və sonra serial 2013-cü ilin noyabrından başlayaraq 2019-cu ilin yanvarına qədər beş mövsüm olmaqla davam etdi. 2019-cu ilin sentyabrında serialın filmi "Steven Universe: The Movie(en)" buraxıldı, bunun ardınca iyirmi epizoddan ibarət "Steven Universe Future(en)" 2019-cu ilin dekabrından 2020-ci ilin martına qədər yayımlandı.
Qaragöz və Xacivat
Qaragöz və Xacivat — təqlidə və qarşılıqlı dialoqa əsaslanan iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyunudur. Qaragöz oynadana qurğusal, xəyalbaz deyirlər. Köməkçiləri çıraq, yardaq, dayrezen, sandıqkardır. Oyunda dialoqların dəyişməsi baş rollarla edilir. Bu iki xarakterin həqiqətən yaşayıb yaşamadığı, yaşayıbsa, harada necə yaşadığı dəqiq olaraq bilinmir. Danışılanlar rəvayətlərə əsaslanır, həqiqətən yaşamış olsalar da, böyük ehtimalla bəhs edilən dövrdə tarix kitablarına girəcək qədər əhəmiyyətli görülməyiblər. Folklorşünaslar Qaragözün bəzi oyunlarda qaraçı olduğunu öz dili ilə deməsi və Bulqar qaydası çalmasını əsas götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər. Bir digər rəvayətə görə isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Xacivat və Trakyada yerləşən Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də imkan vermirdilər. Orhan Qazinin "məscid vaxtında bitməsə, kəlləni alaramm" dediyi məscid memarı məscidin inşaatının vaxtında bitməməsinə görə Qaragöz və Xacivatı şikayət edir.
Naina İbrahimova
Naina Ağəli qızı İbrahimova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2010). == Həyatı == Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil almışdır. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir.20 dekabr 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.Teatrda işlədiyi müddətdə bir neçə rollar oynamışdır. Onların arasında: Nisə xanım (M.F.Axundov "Lənkəran xanlığın vəziri"), Züleyxa (Elçin "Poçt şöbəsində möcüzələr"), Katya Volkova (A.Qalin "Konkurs"), Marion Dübua (M.İbrahimbəyov "Neft bumu"), Şirin (S.Vurğun "Fərhad və Şirin") kimi rolları qeyd etmək olar. N.İbrahimova bir çox kliplərdə çəkilib, fotomodel kimi tanınır. == Şəxsi həyatı == Aktrisa Naina İbrahimova rəssamlar Ağəli İbrahimovun və Nadejda İbrahimovanın qızıdır. 2013-cü ilin oktyabr ayında Fərid adlı fotomodellə ailə qurub. Bu cütlüyün 2015-ci ilin fevralın 23-də oğul övladı olub. == Filmoqrafiya == Bəyaz həyat (film, 2003) "Moskva-Bakı" qatarı (film, 2005) Bir dəfə Qafqazda (film, 2007) Qüdsi (film, 2007) Sonuncu dərviş (film, 2009) Vəkil hanı?
Naçit (Bükan)
Naçit (fars. ناچيت‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,552 nəfər yaşayır (269 ailə).
Stasionar Kainat Nəzəriyyəsi
Televisión Nacional de Chile
Televisión Nacional de Chile (TVN) Çili bir ictimai xidmət televiziya yayımçısıdır. Prezident Eduardo Frei Montalva'nın əmri ilə quruldu və 18 Sentyabr 1969-cu ildə ölkə miqyasında başladıldı. O vaxtdan bəri şirkət bir neçə dəfə yenidən təşkil edildi və fəaliyyət sahələri bu illər ərzində artaraq Çilinin aparıcı televiziya yayımçılarından biri halına gəldi. və Cənubi Amerika. 1970-ci il tarixli 17 377 saylı qanun, TVN-nin ictimai, muxtar, plüralist və təmsilçi bir ictimai xidmət olması lazım olduğunu təsbit etdi. TVN-in ictimai missiyası milli mədəni kimliyi, demokratiya dəyərlərini, insan haqlarını, ətraf mühitə qayğı və müxtəlifliyə hörməti təşviq etmək vəzifəsini müəyyənləşdirir. Bundan əlavə, Televisión Nacional, xidmətlərinin proqramlaşdırılmasını Milli Televiziya Şurası (CNTV) tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq idarə edir.