Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naməniya qəzası
Nömaniyyə qəzası (ərəb. قضاء النعمانية‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Nömaniyyə şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.116 km² ərazini əhatə edir. İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Nömaniyyə nahiyyəsi (ərəbcə: ناحية النعمانية) və Ahrər nahiyyəsi (ərəbcə: ناحية الاحرار). 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 107.618 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Nömaniyyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 11,78%-ni təşkil edirdi. Qəzada əhali əsasən ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar.
Nanisa (Əcəbşir)
Nansa (fars. نانسا‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 899 nəfər yaşayır (234 ailə). Əhalisi Azərbaycan türkləridir. Bu kəndin əhalisi türkcə danışırlar.