Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pablo Neruda
Pablo Neruda (isp. Pablo Neruda — əsas adı yerinə qəbul edilən ləqəbi; doğum adı: Rikardo Elieser Neftali Reyes Basoalto, isp. Ricardo Eliécer Neftalí Reyes Basoalto; 12 iyul 1904[…] – 23 sentyabr 1973[…], Santyaqo, Çili) — Çili şairi, diplomat, siyasi xadim, Çili Respublikası Senatının senatoru (1941-1949), Çili Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1958-1973), Çilinin Fransadakı səfiri (1970-1972), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1971). == Həyatı == Əsl adı Rikardo Elieser Neftali Reyes Basoalto olan Çili şairi və diplomatı Pablo Neruda ölkənin mərkəzi hissəsində, Parral adlı kiçik şəhərdə doğulmuşdu. Şeir yazmağa on yaşında başlamışdı. Atası daha ciddi işlə məşğul olmasını istədiyindən Neftali Rikardo sirrinin açılmaması üçün şeirlərini Pablo Neruda təxəllüsü ilə çap etdirmişdi. Deyilənə görə, Pablo adı məşhur fransız şairi Pol (ispanca Pablo) Valerinin, Neruda soyadı isə çex şairi Yan Nerudanın soyadından götürülmüşdü. Sonralar bu ədəbi təxəllüs şairin həqiqi adına çevrilmişdi. Məşhur Çili şairəsi, ölkənin ilk Nobel laureatı Qabriela Mistralla tanışlıq gənc poeziya həvəskarının gələcək ədəbi bioqrafiyasında mühüm rol oynamışdı. 1921-ci ildə Pablo Santyaqo pedaqoji institutunun fransız dili bölümünə daxil olsa da, paytaxtın mədəni həyatı onu institut məşğələlərindən daha çox cəlb edirdi.
Yan Neruda
Yan Neruda (çex. Jan Nepomuk Neruda, 9 iyul 1834[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 22 avqust 1891[…], Praqa, Sisleytaniya[…])—Çexiya yazıçısı, şairi. == Həyatı == Neruda Yan 1934-cü il iyul ayının 9-da Praqa şəhərində anadan olmuşdur. Neruda Akademik gimnaziyanı qurtarmış, Praqa Universitetində oxumuş, orada fəlsəfə və hüquq fakültələrində mühazirələr dinləmişdir. Bir neçə il Praqa idarələrində işləmiş, gimnaziyada alman dilindən dərs demişdir. Onun ilk şeirləri 50-ci illərin əvvəllərində çap olunmuşdur. "Qəbristanlıq çiçəkləri" (1857), "Şeirlər kitabı" (1868), "Kosmik nəğmələr"(1878), "Balladalar və romanslar" (1883), "Övliya cüməsi nəğmələri" (1896) və s. kitabların müəllifidir. Vətənpərvərlik və sosial azadlıq duyğularının tərənnümü, xalq gücünə inam poeziyasının ideya məzmunudur. Nerudanın familiyasını çili şairi Pablo Neruda ozünə təxəllüs seçmişdir.
Dekada
Dekada (q.yun. δεκάς, δεκάδος — "onluq") — on tərkib hissəsi olan məcmu. Azərbaycan dilində daha çox "on günlük dövr" mənasında işlənir. Dekada həm də 10 illik dövrü əhatə edən zaman ölçüsü kimi işlənə bilər. Dekadalar adətən tarix, mədəniyyət və planlaşdırma da daxil olmaqla müxtəlif kontekstlərdə istifadə olunur ki, bu da müəyyən bir vaxt çərçivəsini qruplaşdırmaq üçün əlverişlidir.
Nebula
Dumanlıq və ya Nebula — astronomik səma cisimləri yığını. Bizim Qalaktikanın tərkibində hətta teleskopda belə ləkələr kimi görünən, əsasən qaz və tozdan ibarət olan dumanlıqlar da vardır. === Növləri === ==== Planetar dumanlıqlar ==== Bəzi dumanlıqlar formasına görə planetlərə bənzəyir və buna görə də planetar dumanlıq adlanır. Bu tip dumanlıqlara Lira bürcündə yerləşən dumanlıqları nümunə göstərmək olar. ==== Diffuz dumanlıqlar ==== Qeyri-müntəzəm formaya malik olan dumanlıqlardır. Bu tip dumanlıqlara nümunə olaraq Orion bürcündəki dumanlıqları göstərmək olar. == Tarixi rəvayət və əfsanələr == Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır. Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim maya təqvimi ilə yanaşı, mayaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir. Mayaların "Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı. Maya sivilizasiyası məhv oldu, Nebula unuduldu.
Nevada
Nevada (ing. State of Nevada) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Karson şəhəridir.
Nəqusa
Nəqusa (ərəb. النقوسة‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Eyniadı dairənin inzibati mərkəzidir və buradakı yeganə kommunadır. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 540 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 125 metr yüksəkdir. Ngusa kommunası Uarqla, Əl-Aliyə, Əl-Həcirə, Hassi-Ben-Abdullah və Sidi-Xuiled kommunaları ilə həmsərhəddir. Sahəsi 2907 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,3 °C-dir.
Yəhuda
İudeya (ivr. ‏יְהוּדָה‏‎ [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud, Yəhuda (ərəb. يهودا‎) və ya Yəhudiyyə — İsrail torpağında, müasir Fələstin və İsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir. İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir. B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur.
Henderson (Nevada)
Henderson - ABŞ-nın Nevada ştatında şəhər.
Kyuiti Tokuda
Kyuiti Tokuda Yapon dili:|Kyuichi Tokuda|徳田 球一|Tokuda Kyūichi, 12 sentyabr, 1894 - 14 oktyabr, 1953— yapon kommunisti, YKP-nin baş katibi. == Həyatı == 1948-ci ilin on doqquz iyulunda ən cənubi yapon adası Kyusyudakı kiçik şaxtaçı şəhəri olan Saqada qeyri-adi bir canlanma hökm sürürdü. Hələ səhərdən hər yerdə elanlar asılmışdı ki, bələddiyə idarəsinin konfrans zalında məxfi şəraitdən çıxmış Yaponiya Kommunist Partiyası tərəfindən təşkil edilən mitinq olacaqdır. Axşam saat 6-ya yaxın zal ağzına kimi dolu idi, mitinqə üç minə qədər adam toplaşmışdı. YKP Mərkəzi Komitəsinin Baş katibi–parlamentin deputatı Kyuiti Tokuda «Yaponiya Kommunist Partiyası və müasir vəziyyət» barədə məruzə ilə çıxış etdi. Şaxtaçılar yapon xalqının mənafeyi uğrunda, sülh uğrunda qəhrəman mübarizi hərarətlə qarşıladılar. O, həyatının on səkkiz ilini ən dəhşətli yapon həbsxanalarının zindanlarında keçirmiş, lakin heç bir işgəncə və məhrumiyyətlər onu marksizm-leninizmin böyük ideyalarından əl çəkməyə məcbur edə bilməmişdi. Tokuda öz məruzəsində müharibədən sonrakı dövrdə yapon iqtisadiyyatının fəlakətli vəziyyətinin və zəhmətkeşlərin həyatının dözülməz ağır şəraitinin səbəblərini açıb göstərdi. Hərbçilərin törətdikləri təcavüzkar müharibələr üçün bütün xərclərin fəhlə və kəndlilərin həyatı hesabına ödənilməsindən, daxili irticanın fitnəkarlığından, ölkənin bütün demokratik qüvvələrinin birliyi uğrunda kommunist partiyasının apardığı mübarizədən danışdı. Kyuiti Tokuda dedi: –Yaponiya iflas ərəfəsindədir, biz buna qarşı mübarizə aparmasaq, çox güman ki, Yaponiya asılı ölkəyə çevriləcəkdir.
Kyuiçi Tokuda
Kyuiti Tokuda Yapon dili:|Kyuichi Tokuda|徳田 球一|Tokuda Kyūichi, 12 sentyabr, 1894 - 14 oktyabr, 1953— yapon kommunisti, YKP-nin baş katibi. == Həyatı == 1948-ci ilin on doqquz iyulunda ən cənubi yapon adası Kyusyudakı kiçik şaxtaçı şəhəri olan Saqada qeyri-adi bir canlanma hökm sürürdü. Hələ səhərdən hər yerdə elanlar asılmışdı ki, bələddiyə idarəsinin konfrans zalında məxfi şəraitdən çıxmış Yaponiya Kommunist Partiyası tərəfindən təşkil edilən mitinq olacaqdır. Axşam saat 6-ya yaxın zal ağzına kimi dolu idi, mitinqə üç minə qədər adam toplaşmışdı. YKP Mərkəzi Komitəsinin Baş katibi–parlamentin deputatı Kyuiti Tokuda «Yaponiya Kommunist Partiyası və müasir vəziyyət» barədə məruzə ilə çıxış etdi. Şaxtaçılar yapon xalqının mənafeyi uğrunda, sülh uğrunda qəhrəman mübarizi hərarətlə qarşıladılar. O, həyatının on səkkiz ilini ən dəhşətli yapon həbsxanalarının zindanlarında keçirmiş, lakin heç bir işgəncə və məhrumiyyətlər onu marksizm-leninizmin böyük ideyalarından əl çəkməyə məcbur edə bilməmişdi. Tokuda öz məruzəsində müharibədən sonrakı dövrdə yapon iqtisadiyyatının fəlakətli vəziyyətinin və zəhmətkeşlərin həyatının dözülməz ağır şəraitinin səbəblərini açıb göstərdi. Hərbçilərin törətdikləri təcavüzkar müharibələr üçün bütün xərclərin fəhlə və kəndlilərin həyatı hesabına ödənilməsindən, daxili irticanın fitnəkarlığından, ölkənin bütün demokratik qüvvələrinin birliyi uğrunda kommunist partiyasının apardığı mübarizədən danışdı. Kyuiti Tokuda dedi: –Yaponiya iflas ərəfəsindədir, biz buna qarşı mübarizə aparmasaq, çox güman ki, Yaponiya asılı ölkəyə çevriləcəkdir.
Masahiro Fukuda
Masahiro Fukuda (d. 27 dekabr 1966) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 45 oyun keçirib, 9 qol vurub.
Nebula mükafatı
Nebula mükafatı (ing. Nebula Award) Amerika Elmi Fantastika və Fentezi Yazıçıları tərəfindən hər il əvvəlki iki il ABŞ-də yayımlanan ən yaxşı elmi fantastika və fentezi işlərinə verilən mükafat. Şəffaf bir blok içinə basdırılmış spiral nebula formasındakı mükafatla birlikdə pul verilmir.
Nevada (gəmi)
"USS Nevada (BB-36)" (ing. USS Nevada (BB-36)) — ABŞ hərbi-dəniz donanmasının xətt gəmisi. ABŞ-nin 36-cı ştatının şərəfinə adlandırılmış ikinci hərbi gəmi. "Nevada" xətt gəmiləri tipli ilk gəmi. 1914-cü ildə suya salınmış "USS Nevada (BB-36)" drednout texnologiyasında irəliyə atılmış addım idi və onun dörd yeni xüsusiyyəti ABŞ-də ondan sonra tikilmiş bütün gəmilərdə öz əksini tapmışdı: üçqat silah qülləsi, yanacaq kimi kömür əvəzinə mazut işlətməsi, üzmə məasəfisni artıran mühərrikli buxar turbinləri və "hər şey yaxud heç nə" zirehlənmə prinsipi. Bu xüsusiyyətlər "USS Nevada (BB-36)"ın ABŞ HDQ-nin ilk "super-drednoutu" adlandırmağa imkan verirdi. Yanacaq kimi neft məhsullarının seçilməsi çox vacib və uğurlu qərar idi. Kömür neftlə müqayisədə uduzurdu. Gəmilərin neft məhsulları ilə işləməsi onları kömürün bunkerdən sobaya daşınması, sobaların kömürün yanma məhsullarından təmizlənməsi (hər üç saatdan bir), çirk və kömür tozunun toplanması (xüsusilə də, optika üzərində), kömür şaxtalarında qaz yığılması səbəbindən əlavə ventilyasiyaya ehtiyac yaranması və sair kimi problemlər dən xilas edirdi. == İlk super-drednout == Hələ 1903-cü ildə qərara alınmışdı ki, ABŞ-nin "Monro doktrinası"nı həyata keçirməsi üçün 11 min km hərəkət radiusuna malik hərbi gəmilərin olması zəruridir.
Robert Sekuta
Robert Sekuta (1954, Roçester[d], Nyu-York ştatı) — ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən)
Sekudu adası
Sekudu (malay Pulau Sekudu) — Sinqapur dövlətinin ərazisinə daxil olan ada. İnzibati cəhətdən Şərq regionunun Çanqi rayonuna daxildir. Ubin adası yaxınlığımnda yerləşir. Bəızən "Qurbağa adası" olaraq adlandırılır. Sahilə yaxın ərazidə yerləşməsinə baxmayaraq ora ancaq qayıq ilə getmək mümkündür. Adanın uzunluğu 200 m, eni isə 50 metrdir. == Əfsanə == Əfsanəyə görə qurbağa, donuz və fil Cohor boğazını keçmək niyyətində idi. Qurbağa ilk olaraq suya atılır və boğularaq sekudu adasını əmələ gətirir. Donuz və fil isə Ubin adasına çevrilirlər.
Tule (Nevada)
Tule - Nevadanın cənubunda yerləşən səhra. Mormon və Klover dağları ilə əhatələnmişdir. Maksimal hündürlük 1300 metrdir.
Villar-Reküla
Villar-Rekyula (fr. Villard-Reculas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38550. Kommunanın 1999-cı il üçün əhalisi 57 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 826 ilə 2058 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənubda, Qrenobldan 27 km şimal-qərbdə yerləşir.
Yehuda Bauer
Yehuda Bauer (ivr. ‏יהודה באואר‏‎; 6 aprel 1926, Praqa) — İsrail tarixçisi və tədqiqatçısı. O, Holokost tarixi üzrə ixtisaslaşmışdır. Bauer Yerusəlim Yəhudi Universitetində Avraam Harman adına Müasir Yəhudilik İnstitutunun Holokost Tədqiqatları üzrə professorudur. Yehuda Bauer Çexoslovakiyanın Praqa şəhərində anadan olmuşdur və çex, slovak və alman dillərini mükəmməl bilir. O, daha sonra ivrit, yidiş, ingilis, fransız və polyak dillərini öyrənmişdir. Atası güclü sionist əqidəsinə malik idi və 1930-cu illərdə ailəsini Britaniya Fələstininə köçürmək üçün pul toplamağa başlamışdır. Nasist Almaniyasının Çexoslovakiyanı ilhaq etdiyi gün – 15 mart 1939-cu ildə o, ailəsi ilə Fələstinə köçmüşdür. == Əsərləri == == İstinadlar == == Xarici keçidlər == Bio at ADL interview at KQED Forum Arxivləşdirilib 2008-12-05 at the Wayback Machine January 11, 2005 (audio) Address to the Bundestag January 27, 1998 1998 Interview (PDF) 1993 Interview at Yad VaShem at HUJI Lectures at Researchchannel The "Final Solution" — A Bureaucratic Process or an Ideological Genocide? Excerpt from interview with Bauer Yehuda Bauer at Memory of Nation site.
Yehuda Pen
Yehuda Pen (5 iyun 1854 - 1 mart 1937) — Rus və Belarus rəssamı, müəllim, XX əsrin əvvəllərində sənətdə "Yəhudi İntibah" ın görkəmli xadimi. O, Mark Şaqalın müəllimidir. == Bioqrafiya == Yehuda Pen 1854-cü il 24 mayda (5 iyun) Novoaleksandrovsk şəhərində anadan olub. Erkən yetim, 1867-ci ildən Dvinskda çıraq rəssamı kimi çalışmışdır. 1879-cu ildə o, Sankt-Peterburq şəhərinə köçdü və 1880-ci ildə İncəsənət Akademiyasına daxil oldu. Akademiyanın sonunda (1886) Dauqavpils və Riqada yaşamış, burada baronla ilə tanış olub, baron onu Vitebsk əmlakına dəvət edir, burada Baron dostları olur: İlya Repin və başqaları. 1891-ci ildə Vitebsk şəhərinə yerləşdi və bir il sonra Rusiyada ilk yəhudi incəsənət məktəbini açdı. Onun şagirdləri Mark Şaqal, Zair Azqur, İlya Çaşnik olub. 1907 və 1914-cü illərdə Pen və onun tələbələri arasında sərgilər keçirildi. Yehuda Pen rəsmlərində yəhudi kasıblarının həyatını göstərdi.
Yəhuda Haləvi
Yəhuda Haləvi (təq. 1075, Tudela – təq. 1141, Qüds) — orta əsrlərdə İspaniyada yaşayıb-yaratmış tanınmış yəhudi alimi və mütəfəkkiri. == Həyatı == Tanınmış yəhudi ilahiyyatçı və şairi Yəhuda Haləvi 1075-ci ildə müsəlman İspaniyasının Tudela şəhərində doğulmuşdur. O, öz dövrünə görə mükəmməl təhsil almış, ərəb və yəhudi dillərini öyrənmişdir. Təhsilini İshaq Əlfazidən almışdır. Haləvinin digər məşhur yəhudi mütəfəkkiri İbn Əzra ilə yaxın münasibətləri olduğu tədqiqatçılara məlumdur. O, daha sonra İspaniyanın ən böyük mədəniyyət mərkəzi olan Qranada şəhərinə köçmüşdür. Burada uzun müddət yaşayıb-yaradan mütəfəkkir daxili müharibələr nəticəsində Əndəlüsü tərk etmiş, Toledo, Sevilya, Kordova, Lusena şəhərlərində yaşamışdır. Həyatının sonlarına yaxın Fələstini ziyarət etmək niyyətinə düşmüş, lakin İsgəndəriyyədə xəstəlikdən vəfat etmişdir.
Yəhuda aslanı
Yəhuda aslanı (ivr. ‏אריה יהודה‏‎, Aryeh Yehudah) — ənənəvi olaraq Yəhuda qəbiləsinin simvolu kimi qəbul edilən yəhudi milli və mədəni simvolu. Yəhuda övladları ilə aslan arasındakı əlaqəni ilk olaraq Yəhudi Bibliyasının Yaradılış kitabında Yaqubun dördüncü oğlu Yəhudaya verdiyi xeyir-duada tapmaq olar. Bu, xristian teologiyasına görə, Əhdi-cədidin Vəhy Kitabında Nazaretli İsanı təmsil edən bir termin kimi də xatırlanır. Yəhuda aslanı Süleyman sülaləsindən olan Efiopiya imperatorlarının istifadə etdiyi titullardan biri idi. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Yəhuda aslanı ilə əlaqəli mediafayllar var.
Neka
Nika — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Nika şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,152 nəfər və 11,941 ailədən ibarət idi.
Böyük Nefud
Böyük Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının şimalında yerləşən səhra. Səhra 290 km uzunluğa, 225 km enə malikdir. Səhranın sahəsi 103 600 km² təşkil edir. Böyük Nefud səhrası özünün qəfil güçlü küləkləri ilə məşhurdur. Səhranın qumları qırmızıdır. Böyük Nefud Rub-əl-Xali və Dəhnə səhraları ilə birləşir. Akaba şəhərini ələ keçirməzdən öncə ərəb üsyançılarının başçısı Auda ibn Tayi limana zəif qorunan hissədən türk ordusuna hücum təşkil edir. Bu ordu Böyük Nefud səhrasını keçdikdən sonra çətinliklə şəhərə yaxınlaşmışdırlar. Tomas Edvard Lourens Auda ibn Tayi Akabaya hücum etməyə inandıra bilir.
Nefud-Dahi
Nefud-Dahi — Yaxın Şərqdə, Ərəbistan yarımadasının mərkəzində yerləşən qumlu səhra. İnzibati cəhətdən Səudiyyə Ərəbistanı ərazisinə daxildir. Uzunluğu 500 km, eni 100 km təşkil edir. Əsasən qum barxanlarından təşkil olunmuşdur.
İlya Vekua
İlya Vekua (gürcü: ილია ვეკუა, rus. Илья́ Не́сторович Ве́куа; 23 aprel (6 may) 1907, Şeşeleti[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 2 dekabr 1977, Tbilisi, SSRİ) tənliklər, tək inteqral tənliklər, ümumiləşdirilmiş analitik funksiyalar, elastik qabıqların riyazi nəzəriyyəsi və qismən differensial üzrə ixtisaslaşmış görkəmli gürcü riyaziyyatçısı olmuşdur. . İlia Vekua 1907-ci ildə Gürcüstanın Sheshelety kəndində anadan olub. Zuqdididə məktəbi bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin fizika-riyaziyyat şöbəsinə daxil olmuşdur. Vekua 1930-cu ildə universiteti bitirmiş və 1940-cı ildə orada professor olmuşdur. Eyni zamanda Steklov Riyaziyyat İnstitutunun direktor müavini (1954 – 1959), Novosibirsk Dövlət Universitetinin ilk rektoru (1959 – 1964), Gürcüstan Elmlər Akademiyasının prezidenti müavini (1964 – 1965) və GMEA-nın prezidenti olmuşdur (1972 – 1977). 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. Vekua Stalin mükafatına (1950), Lenin mükafatına (1963), SSRİ Dövlət mükafatına (1984), üç Lenin ordeni və " Şərəf nişanı" ordeni ilə təltif edilmişdir . Əvvəllər Sovet İttifaqının nüvə silahı proqramında iştirak edən Suxumi ( Abxaziya ) yaxınlığında, indi Tbilisidə / Gürcüstanda yerləşən Suxumi Fizika və Texnologiya İnstitutu da onun adını daşıyır. == Həmçinin bax == Gürcüstan Milli Elmlər Akademiyası Süleyman Mixlin Rusiya İmperiyası Tbilisi Dövlət Universiteti == Xarici keçidlər == Gürcüstan Milli Elmlər Akademiyası == Qeydlər == == İstinadlar == Mgaloblishvili, L. I., Три президента Академии Наук Грудзии.