Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nərədüz
Nərədüz abidələri — Göyçə mahalının Kəvər (13 aprel 1959-cu ildən etibarən Kamo) rayonunun Nərədüz (ermənilər bu adı Noradus kimi qeyd edirlər) kəndində alban memarlıq abidələri kompleksi. Kompleksə erkən orta əsrlərə aid monastır və orta əsrlərdən XVII–XVIII əsrlərə qədər dövrü əhatə edən müsəlman və xristian məzarları daxildir. Nərədüz məbədi IX yüzildə inşa edilmiş, sonra zamanla məbədin şimal tərəfində böyük qəbiristanlıq yaranmışdır. Buradakı qəbiristanlıqda XIII yüzilə aid alban xaç daşları ilə XIV yüzilin əvvəllərinə aid müsəlman qəbirüstü sənduqələrinin və daş stelalarının yanaşı mövcud olması bölgədə yerli alban əhalinin xristianlıqdan müsəlmanlığa keçidinin məhz XIII yüzilin sonu, XIV yüzilin əvvəllərinə təsadüf etdiyini təsdiqləyir. Nərədüz qəbirsanlığındakı sənduqə formalı qəbirüstü abidənin bir tərəfində qarşı-qarşıya dayanmış iki əjdaha təsvir edilmiş, digər tərəfində isə ərəb dilində aşağıdakı yazı həkk edilmişdir: "Bu məzar Allahın mərhəmətinə yüksəlmiş mərhum şəhid…dir. Yeddi yüz dördüncü il" Hicri 704-cü il isə miladi təqvimlə 1304–1305-ci ilə təsadüf edir. Nərədüz kəndi qədimdən türk-oğuz boylarının, qafqaz albanlarının vətəni olmuş, əraziyə ilk ermənilər 105 ailədə 605 nəfər olmaqla Türkiyədən köçürülmüşdür. Nərədüz məzarlığında olan ən qədim xaç daşın tarixi X əsrə aiddir. Lakin bədii tərtibat və zənginlik baxımından dəyərli sənət əsəri kimi qiymətləndirilən məzar daşları XIV–XVI əsrlərə aid olan məzar daşlarıdır. Həmin daşlarda islam və xristian elementələri, eyni zamanda sırf Azərbaycan türklərinin tarixi gələnəkləri ilə bağlı olan və erməni bədii oyma nümunələri olan tarixi xaçkarlarda heç vaxt rast gəlinməyən səkkizguşəli ulduz kimi müxtəlif elementlər, o cümlədən ərəb əlifbası ilə yazılar, islam motivli naxışlar və azərbaycanlı ad və soyadları qeyd olunmuşdur.
Alvaro Neqredo
Alvaro Neqredo Sançez (20 avqust 1985[…], Madrid) — "Kadiz" klubunun ispaniyalı hücumçusu.
Anna Netrebko
Netrebko Anna Yuriyevna (rus. Анна Юрьевна Нетребко; d. 18 sentyabr 1971, Rusiya, Krasnodar) — rus əsilli Avstriya opera müğənnisi, soprano ifaçı, 2008 ci ildən Rusiyanın xalq artisti. Müğənni ikili vətəndaşlığa malikdir. 2006-cı ildən Avstriya vətəndaşlığı almışdır. == Bioqrafiyası == Anna Netrebko 18 sentyabr 1971-ci ildə Rusiyanın Krasnadar şəhərində dünyaya gəlmişdir. Atası, Yuriy Netrebko geoloq anası isə mühəndisdir. Krasnadarda musiqi ilə məşqul olan Anna “Kuban pionerləri” xorunda solist olmuşdur. Ali musiqi təhsilini Sankt-Peterburq konservatoriyasında, professor Tamara Nobiçenkonun sinifində almışdır. 1993-cü ildə Qlinka adına müsabiqənin qalibi olan Anna Marininskiy teatrına dəvət olunur.
Nərədüz burnu
Nərədüz burnu — Ermənistanın şərqində, Göyçə gölünün mərkəzi hissəsində yerləşən burun. Burundan şərqdə Ardanış yarımadası yerləşir ki, birlikdə gölü iki hissəsə bölürlər:Böyük Göyçə və Kiçik Göyçə. Burunla Ardanış yarımadası arasında məsafə 8 km-dir. Burunda Noradüz kəndi yerləşir. Nərədüz qəbrstanlığında qədim alban qəbirləri vardırki, ermənilər bunu öz adlarına çıxartmağa səy göstərirlər. Külək tez-tez əsir. Gönəşsiz günlərin sayı isə ildə 19-dur.
Yelizaveta Mereşko
Yelizaveta Danilovna Mereşko (ukr. Єлизавета Данилівна Мерешко, 8 iyul 1992, Xerson) — Yay Paralimpiya Oyunlarının ukraynalı üzgüçüsü, çempionu və mükafatçısı. Beynəlxalq səviyyəli Ukrayna idman ustasıdır. Herson Regional Bədən Tərbiyəsi və İdman Əlaqələri İdman Mərkəzində "İnvasport" üzgüçülüklə məşğul olur. 2014-cü ildə Avropa çempionatının bir neçə dəfə çempionu və iki dəfə gümüş mükafatçısı olmuşdur. Dünya çempionatının üç dəfə çempionu və iki dəfə gümüş mükafatçısı olmuşdur. 2016-cı ildə Avropa Çempionatının bir neçə dəfə çempionu, ikiqat bürünc medalçı olmuşdur. Təkərli kürsüdən istifadə edir.
Yana Berezko-Marqqrander
Yana Berezko-Marqqrander (17 oktyabr 1995, Tolyatti, Samara vilayəti) — İtaliyanı təmsil edən bədii gimnast. Yana Berezko-Marqqrander 2012 və 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həm də 2010-cu ildə Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı. Yana Berezko-Marqqrander birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, 105.100 xalla 17-ci yeri tutdu. Yana Berezko-Marqqrander 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.249 xal topladı və 18-ci yeri tutaraq mübarizəni dayandırdı.
Nereo Rokko
Nereo Rokko (it. Nereo Rocco, 20 may 1912[…], Triest – 20 fevral 1979, Triest) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Nereo Rokko əsl katenaççio taktikasının ixtiraçısı sayılır. Onun məşqçi kimi ən məşhur uğurları "Milan" klubu ilə bağlıdır. O, italyan pərəstişkarları tərəfindən mətbuatla ünsiyyətdə italyan dilinin Triest ləhcəsindən geniş şəkildə istifadə etməsi ilədə xatırlanır. Nereo Rokko 20 may 1912-ci ildə Avstriya-Macarıstanın o vaxtkı hissəsi olan Triestdə anadan olub. Birinci Dünya Müharibəsindən sonra şəhər İtaliyanın tərkibinə keçir. Futbolçu yarımmüdafiəçi kimi əvvəlcə "Triestina" klubunda (A Seriyasında 235 oyun və 62 qol), sonra isə "Napoli" və "Padova" klublarında çıxış edib. İkinci Dünya Müharibəsindən dərhal sonra o, o vaxt C Seriyasında çıxış edən Triestin "Libertas" klubunda qısa müddət ərzində futbolçu-məşqçi olub. Bundan sonra Rokko butslarını asıb bütün diqqətini məşqçilik karyerasına yönəldri.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru. (男子高校生で売れっ子ライトノベル作家をしているけれど、年下のクラスメイトで声優の女の子に首を絞められている。, azərb. Mən liseydə oxuyan oğlanam və uğurlu ranobe müəllifiyəm, lakin seyyu və məndən yaşca kiçik olan bir qız sinif yoldaşım məni boğmağa çalışır.‎) — Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works nəşriyyatı tərəfindən 3 cildi buraxılmışdır. == Media == === Ranobe === Əsər Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 10 yanvar 2014-cü ildə ASCII Media Works nəşriyyatı tərəfindən buraxılmışdır. 10 iyun 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.