Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəqusa
Nəqusa (ərəb. النقوسة‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Eyniadı dairənin inzibati mərkəzidir və buradakı yeganə kommunadır. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 540 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 125 metr yüksəkdir.Ngusa kommunası Uarqla, Əl-Aliyə, Əl-Həcirə, Hassi-Ben-Abdullah və Sidi-Xuiled kommunaları ilə həmsərhəddir. Sahəsi 2907 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,3 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,7 °C, ən isti ay (iyul) 34,3 °C-dir.
Ana Koloviç Lesoska
Ana Koloviç Lesoska (1980, Skopye) — 2011-ci ildən bəri nəsli kəsilməkdə olan Balkan vaşaqı da daxil olmaqla, nəsli kəsilməkdə olan növlərin qorunması üçün Mavrovski Milli Parkında hidroelektrik enerjisi üçün bəndlərin inşasına qarşı çıxan bir makedoniyalı bioloq. O, Şimali Makedoniya hökumətini milli parkda daha bənd tikintisini dayandırmağa razı salmağı bacarmış, bu da Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) kreditlərin vereilməsinin dayandırılmasına səbəb olmuşdur. Biyoloq Ana Koloviç Lesoska 2010-cu ildə Mavrovoda su elektrik stansiyalarının inşası planlarını öyrənir. Bunlara 33 metr hündürlüyündə Başkov-Most və 70 metr hündürlüyündə Lukovo-Polyus bəndinin inşası daxil olduğunu müəyyən edir. "Eko-Svest" Makedoniya Ətraf Tədqiqat Mərkəzinin icraçı direktoru olaraq, digər qeyri-hökumət təşkilatları və fəalları ilə əməkdaşlıq edərək "Mavrovonu Xilas et" kampaniyasını başladır. 2011-ci ilin noyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankına, Başkov-Most layihəsi üçün lazımi ekoloji qiymətləndirmədən borc təsdiq etdiklərini izah edərək şikayət verdir. AYİB-ın direktorlar şurasında təmsilçiləri olan ölkələrin səfirlərini maliyyələşməyə son qoymağa çağırır. Lesoska, hökuməti AYİB və Dünya Bankını layihələri bağlamağa çağıran bir vəsatət qaldırır və təxminən 100.000 imza toplayır. 2013-cü ildə Ana Kolovic, Avropadakı vəhşi yaşamın və təbii yaşayış yerlərinin qorunması haqqında Bern Konvensiyasına şikayət edərək, Boskov-Most hidroelektrik layihəsinin "vaşaqın varlığına mənfi təsir göstərə biləcəyini" izah edir. 2015-ci ilin dekabrında Bern Konvensiyası AYİB və Dünya Bankını maliyyələşdirməni dayandırması haqqınnda təzyiq edir.
Ya devuşka vostoçnaya (konsert)
== Konsert haqqında == Xalq Artisti Aygün Kazımovanın 20 oktyabr 2000-ci ildə "Heydər Əliyev Sarayı"nda keçirilən canlı solo konserti.