Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Numéro
Numéro — aylıq beynəlxalq qadınlar üçün moda jurnalı. Birinci nömrəsi 1998-ci ildə Fransada təsis edilmişdi. Groupe Alain Ayache nəşriyyat evində buraxılır. == Numéro Homme == Numéro Homme kişilər üçün moda jurnalıdır. Numéro ailəsinə daxildir. == Tarix == Numéro 1998-ci ildə Elisabeth Djian tərəfindən təsis edilib. O indi jurnalın şef-redaktor vəzifəsində işləyir. Onun özünün dediyinə görə, "Mən əsl ağıllı qadınlar üçün moda junalı yaratmağı arzulayırdım. Ağıllı qadın, hansı ki, üz qırışlarını aparan kremlərdən yox, musiqi, dizayn və mədəniyyət haqda oxuyur."2010-cu ilin sentyabr ayında Numéro Çin jurnalı çap edilmişdi, bu isə bu ölkədə olan böyük tələbatla izah etmək olar.
Nəğməli inqilab
Nəğməli inqilab (est. laulev revolutsioon; latış. dziesmotā revolūcija‎; lit. dainuojanti revoliucija; rus. Поющая революция) — Soyuq müharibənin sonunda Baltikyanı ölkələrin – Estoniya, Latviya və Litvanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etmələri ilə nəticələnən hadisələri bildirmək üçün istifadə olunan ifadə. Bu termin Estoniyalı fəal və rəssam Hayns Valk tərəfindən 1988-ci ildə iyunun 10-dan 11-nə keçən gecə Tallin Mahnı Festivalı Meydanında kortəbii surətdə baş tutan və mahnılarla müşayiət olunan kütləvi nümayişlərdən bir həftə sonra nəşr olunmuş məqalədə irəli sürülmüşdür. Sonralar hər üç ölkə 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olur. == Zəmin == İkinci Dünya müharibəsindən sonra Baltikyanı ölkələr əvvəlcə 1940-cı ildə, daha sonra isə 1944-cü ildə işğal və ilhaqdan sonra tam şəkildə SSRİ-nin tərkibinə daxil edildi. Mixail Qorbaçov 1985-ci ildə uğursuz Sovet iqtisadiyyatını stimullaşdırmaq və xüsusilə də istehlak malları, kooperativ biznesin liberallaşdırılması və xidmət iqtisadiyyatının genişləndirilməsi sahələrində məhsuldarlığı təşviq etmək ümidi ilə "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasətini tətbiq etdi. Qlasnost islahatı Sovet İttifaqında siyasi azadlıqlara qoyulan məhdudiyyətləri ləğv etdi, hansı ki bu məhdudiyyətlər 1940-cı illərdə müharibə zamanı işğal edilən ərazilərdəki qeyri-rus xalqlarında problemlərə gətirib çıxarmışdı.
Sermelo aksiomu
Sermelo aksiomu - yaxud seçmə prinsipi təsdiq edir ki, istənilən boş olmayan çoxluqlardan ibarət sinif üçün hər bir çoxluğa özünün bir elementini qarşı qoyan funksiya var. Başqa sözlə, Sermelo aksiomu hökm edir ki, boş olmayan çoxluqlardan ibarət istənilən sistemin hər bir çoxluğundan bir element götürmək olar. Sermelo aksiomu 1904-cü ildə Sermelo tərəfindən ifadə edilmişdir. Sermelo bu aksioma, hər bir çoxluğun tam nizamlana bilməsi haqqında teoremi isbat edəndə əsaslanmışdır. Sermelo aksiomu riyaziyyatçılar arasında böyük mübahisəyə səbəb olmuşdur. Bir sıra riyazıyyatçılar onu qəbul etmirlər, buna görə də hər bir çoxluğun tam nizamlana bilməsini qəbul etmirlər. Bununla belə, klassik riyazi analizin çox teoremlərinin isbatı müəyyən mənada Sermelo aksiomuna əsaslanır. Hal-hazırda Sermelo aksiomunun əvəzinə onunla ekvivalent olan və tətbiqi daha münasib olan Sorn lemmasından istifadə edirlər. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti.