Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neftyanoye delo (jurnal)
Neftyanoye delo (rus. Нефтяное дело) — Bakıda ayda iki dəfə rus dilində nəşr olunan jurnal, Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının orqanı. == Tarixi == İlk nömrəsi 1899-cu ilin yanvarında, sonuncusu 1920-ci ilin aprelində çıxmışdır. Neft sənayeçilərinin mənafeyini müdafiə etmişdir. "Neftyanoye delo" Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tarixini öyrənmək üçün də qiymətli mənbədir. Jurnalın 1918-20-ci illərdə buraxılmış saylarında neft sənayeçiləri qurultayı şurasının dövlət hakimiyyətinin həyata keçirdiyi tədbirlərə münasibəti ifadə edilmişdir. Rusiyada bolşeviklərin mərkəzi hakimiyyəti ələ keçirməsi jurnalda kəskin pislənirdi. Rusiya burjuaziyası kimi, Bakı burjuaziyası da Sovet hakimiyyətinin yeritdiyi siyasətdən narazı idi. Bakı Xalq Komissarları Sovetinin neft müəssisələrini və Xəzər ticarət donanmasını milliləşdirmək haqqında dekretlərindon sonra jurnal sovet hakimiyyətinə qarşı açıq çıxış etməyə başladı. == Fəaliyyəti == "Sentrokaspi diktaturası" dövründə çıxan nömrəsində isə (9 sentyabr) bolşeviklər 1918-ci ilin martında hakimiyyəti qəsb etməkdə günahlandırılırdılar.