BENTONİT

I
сущ. геол. бентонит:
1. разновидность отбеливающей глины, применяемая в нефтяной, химической и других отраслях промышленности
2. раствор, приготовленный из такой глины
II
прил. бентонитовый. Bentonit gili бентонитовая глина
BENTOGEN
BENUAR
OBASTAN VİKİ
Bentonit
Bentonit (ABŞ-dəki Benton yatağına görə belə adlandırılmışdır) — kolloidal, o cümlədən sorbsion xassəli montmorillonit gili (bəzən argillit). Qələvi bentonit üçün yüksək plastiklik və şişmə səciyyəvidir. Montmorillonitdən başqa, bentonit tez-tez hidromikalar, qarışıq təbəqəli minerallar, kaolinit, sepiolit, palıqorskit, kristobalit, seolitlər və b. rəst gəlir. Bentonit vulkanik şüşələri və külün su hövzələrində diagenetik dəyişmələri nəticəsində, sualtı və subaeral aşınmada və hidrotermal proseslərdə, habelə hövzədə SiO2 və kalsium karbonatların çökməsi zamanı əmələ gəlir. Bentonit gillərinin bütün iri yataqları vulkan külləri və tuflarının sualtı pozulması yolu ilə əmələ gəlmişdir (Blek-Xils, Sanders-Defayans, ABŞ, Qumbri-Gürcüstan; Keles-Qazaxıstan və b.). Bentonit yerli adları: askanit, gilabı, qumbrin, gil. Sinonim: Bentonit gili. == Təbiətdə tapılması == Təbii bentonitin yatağı Qafqazda, Qazaxıstanda və Çerkask vilayətindədir. Bentonitin əsas istehsalçıları: Rusiya, Yunanıstan, Azərbaycan, Yaponiya, İtaliya, Argentina, İspaniya və Türkiyədir.
Bentonit gilləri
Bentonit gilləri − əsas tərkibini montmorillonitdən təşkil olunmuş mineral. Montmorillonit mineralı eyni tipli profilat qəfəsindən ibarətdir və ikiqatlı təbəqəyə malikdir. Gil mineral adsorbsiya prosesi üçün adsorbent kimi istifadə edilə bilər ki, bu da kation mübadiləsi və ion-mubadilə adsorbsiya qabiliyyəti ilə xarakterizə olunan minerallar şəklində tapılır. Bentonit gilləri əsasında səmərəli adsorbentlerin hazırlanması, onların tullantı sularının təmizlənməsində, lak –boya sənayesi üçün koaqulyantların alınmasında istifadə olunur. Xüsusiyyətlər- Təbii bentonit gilləri ağır metal ionlara qarşı seçici sorbsiya tutumuna və ağır metal ionlarının ionogen və qeyri-ionogen üzvi boyalarının tullantı sularının tərkibindən çıxarılmasına malikdirlər. Təbii bentonit gilləri əsasında alınmış kation formaları sorbentlər Pb+2, Mn+2, Co+2, Cd+2 ionlarina qarşı seçici sorbsiya qabiliyyətinə malikdirlər. Təbii bentonitdən fərqli olaraq Na-bentonit həmin ionlara qarşı yüksək sorbsiya tutumuna malikdir. Bentonitin orqanofil təbəqələrində hissəciklər arasında formalaşmaya və orqanofil təbəqənin yaranmasında səthi aktiv maddələr mühüm rol oynayır. Qeyri-üzvi kationlarla mübadilə apardıqda kationun yükündən və ölçüsündən asılı olaraq məsamələrin ölçüsü 9,6Ǻ-dən 13,5 Ǻ-ə qədər dəyişmiş olur. Üzvi kationla işlədikdə isə (SAM) bu məsafə 25 Ǻ-ə qədər böyüyür.
Daş Salahlı bentonit gili yatağı

Значение слова в других словарях