Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəcis
Nəcis — heyvanların həzm artıqlarından yaranan və anal dəlik yolu ilə bədəndən atılan maddələr. Gün ərzində yeyilən qidalar uzun həzm prosesindən keçir. Bu proses əsnasında orqanizm özünə lazım olan maddələri alır. Lazımsız maddələr isə nəciz şəklində ifraz edilir. Həzm prosesi bir çox heyvanda bənzər şəkildə gedir. Bununla belə növlərin bir-birindən fərqli bir çox xüsusiyyəti də vardır. Zibil qurutma kabızlık adlanan stop dövrü bozukluklarına səbəb ola bilər. Məməlilər nəcislərini və sidiklərini ayrı-ayrı dəliklərdən ifraz edirlər. Bu canlıların həm anal dəliyi, həm də sidik kanalları vardır. Skeleti olan bütün digər hayvanlarınsa, quşlarda olduğu kimi (kloaka adı verilən) tək bir nəcis və sidik ifraz edən dəlikləri vardır.
Femisto (peyk)
Femisto (yun. Θεμιστώ) və ya Yupiter XVIII — Yupiterin kiçik peyklərindən biri. 1975-ci ildə kəşf edilsə də, itmiş və 2000-ci ildə yenidən kəşf edilmişdir. == Kəşf və adlandırma == Femisto birinci dəfə 30 sentyabr 1975-ci ildə Elizabet Romer və Çarlz Koval tərəfindən kəşf edilmiş və bu kəşf 3 oktyabrda açıqlanmışdır. Peyk ilk olaraq S/1975 J 1 adlandırılmışdır. Amma bu peykin ətraflı öyrənilməməsi səbəbi ilə peyk astronomların gözündən itmişdir. 1980-ci illərdə Femisto ancaq astronomiya kitablarının qeyd bölməsində yer alırdı. Daha sonra 2000-ci ildə bu peykə çox bənzər bir peyk Skott Steppard, Devid Cevit, Yevqen Maqner və Yanqa Fernandes tərəfindən kəşf edilmişdir. Bu peyk S/2000 J 1 adlandırılmışdır. Amma sonra bunun 1975-ci ildə kəşf edilən peyk olduğu təsdiqlənmişdir.
Əl-Məcisti
Əl-Məcisti (ərəb. المجسطي‎) — Ptolemeyin kitablarından biri. 140-cı ildə yazılmışdır. "Əl-Məcisti" kitabının yalnız ərəbcə tərcüməsi bizə gəlib-çatmışdır.
Recinto Ferial de Tenerife
Tererife Beynəlxalq Ticarət Sərgiləri və Konqresləri Mərkəzi (isp. Centro Internacional de Ferias y Congresos de Tenerife) və ya Tenerife sərgi sahəsi (isp. Recinto Ferial de Tenerife) — İspaniyanın Santa Kruz de Tenerife şəhərində yerləşən bina. 1996-cı ilin mayında açılmış bina ispan memarı Santiaqo Kalatrava tərəfindən tikilmişdir. Santa Kruz de Tenerife karnavalıda bu binada keçirilir.
Bakı nəcis nəqliyyatı
Bakı nəcis nəqliyyatı — Bakıda kanalizasiya düzələnədək həyətlərin nəcislərinin daşınması ilə məşğul olmuş xüsusi müəssisələr Həmin dövrdə həyətlərdən nəcis adətən gecələr daşınırdı. Bu iş boçkalı arabalar vasitəsilə görülürdü. Şəhərdə xüsusi müəssisələr vardı ki, bu işlə məşğul idilər. Belə müəssisələr - "Bakı nəcis nəqliyyatı" adlanırdı. 1914-cü ildə Bakıda cəmi üç belə müəssisə vardı. Şəhərin nəcisi əvvəllər daşınıb, Qanlı təpənin ətəyindəki dərəyə tökülürdü. Bu dərə əhali içərisində "Poxlu dərə" adlanırdı. Həmin dövrlərdə bu yerlər şəhərin kənarı idi. Lakin sonralar şəhər böyüdükcə nəcis daha uzağa daşınırdı.