Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikkolo Makiavelli
Niccolò di Bernardo dei Machiavelli (3 may 1469[…], Florensiya – 21 iyun 1527[…], Florensiya) — İntibah dövründə yaşamış italyan diplomat, yazıçı, filosof və tarixçi. O, daha çox təxminən 1513-cü ildə yazılmış, lakin 1532-ci ilə qədər nəşr olunmayan "Hökmdar" adlı siyasi traktatı ilə tanınır. Makiavellini siyasi fəlsəfənin və siyasi elmin atası adlandırırlar. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına (72-ci) daxil edilib. == Həyatı == Nikkolo Makiavelli 1469-cu il may ayının 3-də İtaliyanın Florensiya şəhərində, hüquqşünas ailəsində anadan olub. İtaliyada humanizm hərəkatının yol açdığı təhsil proqramına uyğun olaraq, qrammatika, ritorika, Latın dili və mədəniyyəti təhsili alıb. O zamanlar Florensiyanın yunan mədəniyyətinin Avropadakı mərkəzi hesap edilməsinə baxmayaraq, Makiavelli yunanca bilmirdi. Atasından qalan mülk işləmədən yaşamasına yetmədiyi üçün, o işləmək məcburiyyətində qalır. 1484-cü ildə Makiavelli katib və səfir kimi Florensiya hökumət xidmətinə daxil olmuşdu. 1494-cü ildə Florensiyanı 60 il idarə edən Medici ailəsi devrilirək sürgünə göndərilir və Florensiyada respublika üsul idarəsi qurulur.
Nikkolo Paqanini
Nikkolo Paqanini (it. Niccolò Paganini: 27 oktyabr 1782[…], Genuya, Genuya Respublikası[…] – 27 may 1840[…], Nitsa, İyul monarxiyası[…]) – italyan bəstəkar, bütün dövrlərin ən mahir skripka ifaçılarından biri. Baxmayaraq ki, onun yaşadığı XIX əsr bir neçə dahi skripkaçının şahidi olmuşdu, Paqaninin ustalığı həmkarlarının ustalığını üstələyirdi. Müasirləri onun bu istedadını qəlbini Şeytana satması müqabilində aldığı haqqında şayələr yayırdılar. == Həyatı == Nikkolo Paqanini Genuya şəhərində 6 uşağı olan Antonio Paqanini (1757–1817) və Tereza Boççardo ailəsinin üçüncü uşağı olmuşdur. Paqanininin atası müvəffəqiyyətsiz ticarətçi olmuş, lakin mandolinada musiqi ifa edərək öz gəlirini artırmağın öhdəsindən gəlmişdir. Paqanini, 5 yaşında olarkən atasından mandolinada, 7 yaşında isə skripkada ifa etməyi öyrənir. Musiqiçinin xatırladığına görə kifayət qədər məşğul olmadıqda atası onu ciddi şəkildə cəzalandırır və bu öz növbəsində onun sağlamlığına pis təsir göstərirdi. Sonralar Nikkolo özü musiqi aləti ilə maraqlanır və yeni musiqi növləri tapıb dinləyiciləri təəccübləndirməyi ümid edirdi. Uşaqlığında skripka üçün bir neçə əsərlər yazmış və məharətlə ifa etmişdir.
Nikkolo Tartalya
Nikkolo Tartalya (ing. Niccolò Fontana Tartaglia; təq. 1499, Breşiya əyaləti[…] – 13 dekabr 1557, Venesiya) — İtaliyalı alim. kub tənliyin həll üsulunu tapmışdır.
Nikkolo və Maffeo Polo
Nikkolo (1230 — 1294) və Maffeo (1230 — 1309) Polo — Marko Polonun, müvafiq olaraq, atası və əmisi, venesiyalı tacir və səyyahlar. == Fəaliyyətləri == XIII əsrin sonlarında yazılan "Marko Polonun səyahəti" və yaxud "Dünyanın rəngarəngliyi barədə kitab" dünya tarixində əsas yazılı mənbələrdən biri sayılır. Bu əsər Böyük coğrafi səyahətlərin ilham mənbəyi sayılırdı. Deyilənə görə, hətta Xristofor Kolumb Hindistana yeni dəniz yolu axtararkən gəmisində bu kitabı saxlayırmış. Lakin bu dəfə alimlər italyan səyyahı yalanda ittiham etdilər. XIII əsrin ikinci yarısında Markonun vətəni Venesiya Avropanın ən inkişaf etmiş, ən zəngin və ən mədəni şəhəri idi. Markonun dünyaya gəlməsindən yarım əsir öncə, 1204-cü ildə Venesiya Respublikasının qəddar və hiyləgər doju Enriko Dandolo səlibçilərin əli ilə öz rəqibi – Bizansı məğlub etmiş və Şərqə yeni ticarət marşrutları açmışdı. Bu zaman iki tacir qardaş Nikkolo və Maffeo Pololar Konstantinopola yollanır və bir müddət burada qalırlar. Lakin 1261-ci ildə pravoslav bizanslılar birləşərək öz paytaxtlarını işğalçı katoliklərin əlindən qurtardılar və Polo qardaşları Qızıl Ordaya, oradan isə Orta Asiya vasitəsilə Çinə yola düşdülər. Monqol xanı Qubilay xanın sarayına səfir kimi gələn qardaşlar xan tərəfindən hörmətlə qarşılanırlar.
Niokolo-Koba Milli parkı
Niokolo-Koba Milli Parkı (fr. Parc National du Niokolo Koba, PNNK) — Seneqalın cənub şərqində, Qvineya-Bisau sərhədi yaxınlığındakı təbii qorunan ərazi və Ümumdünya irsi ərazisi. == Milli park == 1925-ci ildə bir qoruq olaraq qurulan Niokolo-Koba 1 yanvar 1954-cü ildə Seneqal Milli parkı elan edildi. 1969-cu ildə genişləndirilərək 1981-ci ildə UNESCO-MAB Biosfer Qoruğu olaraq Ümumdünya irsi siyahısına daxil edilmişdir. 2007-ci ildə YUNESKO-nun Təhlükədə olan Dünya İrsi siyahısına əlavə edilmişdir. 2005-ci ildən etibarən qorunan ərazi Qərbi Afrika aslanlarının qorunduğu ərazi hesab olunur. == Coğrafiya == Park, Qambiya çayının yuxarı axınının keçdiyi dağlıq bölgədə, Qvineyanın şimal-qərb sərhəddinə doğru yerləşir. Biosfer parkı Seneqalın cənub-şərq küncündəki Qvineya sərhədindən yüz kilometr məsafədə, Qvineya-Bisau sərhədindəki 9.130 kvadrat kilometr ərazini əhatə edir. Ərazinin yüksəkliyi 16 metrdən 311 metrədək dəyişir. == Flora == Parkın çox hissəsi meşəli bataqlıq və mövsümi bataqlıq ərazilərinin geniş olduğu meşəlik savanna və yarı quraq sudan meşəsidir.