Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksey Pisemski
Aleksey Feofilaktoviç Pisemski (rus. Алексе́й Феофила́ктович Пи́семский , 23.3.1821)-2.2.1881) — Rusiya yazıçısı. == Həyatı == 1856-cı ildə Bakıda olmuş məşhur rus yazıçısı A. F. Pisemski də azərbaycanlılar haqqında xoş sözlər yazmışdı: "Onlar (bakılılar) Həştərxan tatarlarına oxşamadıqları halda mənə dedilər ki, tatardırlar. Dağlı, ləzgi xarakteri onların geyimlərində, bədən quruluşlarında və sifətlərinin nəcib hərbçi cizgilərində ifadə olunurdu". == Əsərləri == "Min can" "Qırxıncı illərin adamları" "Kənd məişəti oçerkləri" "O qadın müqəssirdirmi?" == İstinadlar == == Xarici keçidlər == Писемский А. Ф. Автобиографические заметки. Извлечения / Публ. П. Н. Полевого // Исторический вестник, 1889. — Т. 38. — №. 11.
Andrey Vışinski
Andrey Vışinski (28 noyabr (10 dekabr) 1883, Odessa, Rusiya imperiyası – 22 noyabr 1954[…], Nyu-York, ABŞ) — SSRİ dövlət və partiya xadimi. Andrey Vışinski 10 dekabr 1883-cü ildə Odessada anadan olmuşdur. Onun uşaqlığının və gəncliyinin böyük hissəsi Bakıda keçmişdir. Hələ körpə ikən ailəsi Bakıya köçür. 17 yaşınadək Bakıda yaşamışdır. 1900-cü ildə Bakıda gimnaziyanı bitirmişdir. Bundan sonra universitetdə oxumaq üçün Kiyevə yollanır. Lakin universitetdən qovularaq, 1903-cü ildə Bakıya dönür və yerli menşeviklərə qoşulur. Həmin illərdə Bakıda 2 dəfə həbs olunur, 1 il Bayıl türməsində qalır, bir müddət isə Stalinlə eyni kamerada saxlanılır. Azadlığa çıxdıqdan sonra yenidən Kiyevə qayıdır.
Vasili Lişinski
Vasili Lişinski (18 mart 1964 – 29 noyabr 2015, Brovari[d], Kiyev vilayəti) — Ukraynanı təmsil edən yüngül atlet. Vasili Lişinski, 1996 Atlanta Paralimpiadasında bir qızıl və bir gümüş medal, 2008 Pekin Paralimpiadasında bir qızıl və bir bürünc medal, 2012 London Paralimpiadasında isə bir gümüş medal qazanıb. Vasili Lişinski, 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan X Yay Paralimpiya Oyunlarına qatıldı. O, F11 tipində nüvə itələmə yarışlarında qızıl medala, F11 tipində lövhə atma yarışlarında isə gümüş medala qazandı.
Yakub Bart-Çişinski
Yakub Bart-Çişinski (y.sorb Jakub Bart-Ćišinski; 20 avqust 1856, Kukau[d] – 16 oktyabr 1909, Panşitz[d]) — Sorb şairi, dramaturq, romançı və katolik keşişi idi. Xalq poeziyasının obrazlarını özündə cəmləşdirən “Bəy” poemasında (1876, 1926-cı ildə çap olunub), şeirlərində (“Sonetlər kitabı”, 1884, “Formalar”, 1888-ci il məcmuələri) Lusat ədəbiyyatında realist cərəyanı təsdiqləyir. Bundan əlavə, bir çox sonetlərin, balladaların, lirik şeirlərin müəllifidir. Milli-vətənpərvərlik problematikasını onun “Vətənpərvər və Reneqat” (1878-1879) romanında qaldırmışdır. Onun sənəti vətəninin gözəlliyini tərənnüm edir, vətənpərvərlik hissləri ilə doludur. Yakub Bart-Çişinski Lusatian dram və teatrının əsasını qoydu (“Qalada faciə”, 1880). Ədəbi təxəllüsü - Çişinski. O, çex, italyan, polyak və alman ədəbiyyatının əsərlərini yuxarı lusatian dilinə tərcümə etmişdir. Moje serbske wuznaće Narodowc a wotrodźenc (1879) Na hrodźišću (1880) Slubowanje ze zadźěwkami (1881) Słowjanam (1884) Kniha sonetow (1884) Formy (1888) Гугнин А. А. Введение в историю серболужицкой словесности и литературы от истоков до наших дней, Российская академия наук, Институт славяноведения и балканистики, научный центр славяно-германских отношений. — М., 1997.
Şuşenski bor Milli Parkı
Şuşenski bor Milli Parkı - Rusiyanın Krasnoyarsk diyarının Şuşen rayonu ərazisindəki milli park. Milli park Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyi tərəfindən idarə olunur. Altay-Sayan ekoregion qoruqları və milli parkları birliyinin bir hissəsidir. Şuşenski bor Milli Parkı 3 noyabr 1995-ci ildə təşkil edilir. Lakin 1927-ci ildən bəri milli parka yaxın yerlərdə vəhşi təbiətin mühafizəsi uzun bir tarixə malikdir. 1940-cı ildə ərazi artıq V.İ.Lenin adına bir qoruğa çevrilmiş və 1956-cı ildə sərhədləri genişlənmişdir. 1968-ci ildə "Şuşenski bor" landşaft memorial meşə parkı, 1970-ci ildə xüsusi "Şuşenski bor" meşə təsərrüfatı, 1987-ci ildə 4,4 min hektar ərazisi olan "Şuşenski bor" eksperimental meşə təsərrüfatı və nəhayət 1995-ci ildən milli park statusu alır. Sahəsi isə artıq 39,2 min ha əraziyə sahibdir. Krasnoyarsk ərazisinin cənubunda bir milli parkın təşkili bölgənin bənzərsiz təbiətini qorumaq, insan fəaliyyəti və təbiəti idarəetmə arasında bir uzlaşma tapmaq ehtiyacından qaynaqlandı. Parkın ümumi sahəsi 39200 ha-dır.