Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Dojdevoy adası
Dojdevoy adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Materikdən 1,5 km aralıda yerləşir və ondan Şlyopoçnı boğazı ilə ayrılır. Şimal qutaracağı ilə cənubu (Perekatnı burnu) arasında məsafə 3,2 km-dir. Şərqdən qərbə uzunluğu 3 km təşkil edir. Adanın ən hündür nöqtəsi 8 metrdir. Pyotr adaları qrupunun tərkibinə daxildir. Üzəri mamırla örtülmüşdür.