Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Noşi
Noşi (熨斗) – Yaponiya mədəniyyətində hədiyyələrə yapışdırılan oriqami ornamenti. Uğur diləmək üçün istifadə olunur və abalonu təmsil edir. Yaponiya mətbəxində qida məhsulu istifadə olunan abalonlar keçmiş dövrlərdə dini əhəmiyyətə malik idi və qızardılaraq dini qida kimi kamilərə təqdim olunurdu. Belə ki, yapon dilində abalon tikəsini bildirmək üçün "noşiavabi" sözündən istifadə olunur. Yapon dilində "noşi" sözü "uzanmaq" mənasına gəldiyi üçün abalonlar uzunömürlülük diləmək üçün təqdim olunan qida məhsulu kimi tanınmışdır və əhəmiyyətli tədbirlər üçün göndərilmiş hədiyyələrin üstünə əlavə olunurdu. Tədricən noşi adəti sadələşmiş və uğur dilmək üçün kağızdan hazırlanmış noşilər hazırlanmağa başlanmışdır. Müasir dövrdə noşilər toy, ad günü kimi tədbirlər üçün göndərilmiş hədiyyələrə yapışdırılan oriqami ornamentidir. Bəzən kağızdan hazırlanmış noşi yerinə noşi simvolundan istifadə olunur. Noşi hoşoqami adlı bərk kağızdan hazırlanır və mizuhiki adlı xüsusi iplə bağlanır. Hazırlanması zamanı ağ və qırmızı kağızdan, eləcə də, sarı zolaqdan istifadə olunur.
Novik adası
Novik — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şimal-şərq qurtaracağında yerləşən Qvardeysev burnundan 600 m şimalda yerləşir. Dairəvi formaya malikdir. Diametri 250 m təşkil edir. Sahillərində dərinlik 43 metrdir. Ada 1962-ci ildə II panq kreyseri olan «Novikin» şərəfinə adlandırılmışdır.
Robert Nozik
Robert Nozik (16 noyabr 1938[…], Bruklin, Nyu-York ştatı – 23 yanvar 2002[…], Kembric, Massaçusets) — Amerikalı filosof, "Anarxiya, Dövlət və Ütopiya" kitabı ilə tanınır. Robert Nozik, miqrant bir ailənin övladı olaraq Bruklində doğulmuşdur. Nozik 1959-cu ildə Kolumbiya Universitetindən məzun olarkən sosialist görüşlü və solçu qruplaşmalarından birinin üzvü idi. Daha sonra siyasi fikirləri Prinston,Oksford və Rokfeller universitetlərində işlədikdən sonra 1965-ci ildə Harvard universitetinə qəbul olmuşdur.1969-da fəlsəfə professoru olmuş və ömrünün sonuna kimi orada işləmişdir.
Torben Vosik
Torben Vosik (8 oktyabr 1973) — Almaniyanı təmsil edən stolüstü tennisçi. Torben Vosik Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Mato Kosık
Mato Kosık (a.sorb Mato Kosyk alm. Matthäus Kossick‎) — sorb şairi və jurnalist. == Bioqrafiya == Mato Kosık 18 iyun 1853-cü ildə kəndli ailəsində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra gimnaziyaya daxil olur, lakin 1873-cü ildə onu yarımçıq qoyaraq Leypsiq dəmir yolunda işə başlayır. Kosikin ilk şeirləri də məhz bu dövrdə yazılmışdır. 1877-ci ildə Verbenaya qayıdır, burada sorb jurnallarının redaksiyaları ilə əməkdaşlıq edərək ədəbi işlə məşğul olur. 1880-ci ildə "Bramborske Nowiny" jurnalının redaktoru olur, lakin bu iş ona özünü dolandırmaq üçün kifayət qədər gəlir gətirmir. Bu səbəblə, həm də orta məktəb diplomunun olmaması və istədiyi ilahiyyat işlərini aparmağa mane olması səbəbindən 1883-cü ildə ABŞ-yə mühacirət etmək qərarına gəlir. Amerikada əvvəlcə Sprinqfild (İllinoys), sonra Çikaqoda yevangelist teologiyanı öyrənir. Bitirdikdən sonra Vellsburq şəhərinin kilsəsinə pastor təyin edilir.
Atsik
Atsik — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Beşik
Beşik — körpə uşaqlar üçün nəzərdə tutlmuş kiçik yataq - kiçik çarpayı və ya zənbil. Bəzən "Beşik" sözünü məcazi məna da da işlədirlər. Məsələn, "Azərbaycan muğam sənətinin beşiyidir" və ya "Qarabağ Azərbaycan musiqisinin beşiyidir".
Fosil
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Kasik
Kasike — Latın Amerikası ölkələrində Hindu əhalisinin başında duran ağsaqqal. Kolumböncəsi Bahama, Antil adaları yerli qəbilələrinin başçılarının qəbul etdikləri titul. İspanların bölgəyə gəlməsi ilə bütün Amerika yerlilərinin başçılarına bu ad deyilməyə başlandı. Titulun qadın forması "kasika"dır. Müasir dövrdə, Latın Amerikası və İberiya ölkələrində siyasətdə gücdən istifadə edənlərə "kasikeçi" deyirlər.
Keşik
Keşik (monq. хишигтэн; — «hökmdarın yaxın və sadiq qulları») — Çingiz xan tərəfindən yaradılmış Böyük Monqol imperiyasında xanın şəxsi qvardiyası. == Tarixi == Böyük Monqol imperiyasında ayrıca cangüdənlər dəstəsi- keşik yaradıldı. Keşik iki hissədən ibarət idi. Kebtaul- axşam qoruyucuları və turxaud-gündüz qoruyucuları. Keşik monqol qvardiyasını təşkil edirdi. Temuçinin yaratdığı bu idarəetmə aparatı köhnə qəbilə institutlarından fərqlənirdi. Bu aparat xanın iradəsi ilə yaradılmışdı, onun nökərləri, sadə xalqın- aratların üzərində ağalığını təmin edirdi. Bu dövlət qurumuna bənzəyən aparat xanın maraqlarını müdafiə edirdi. Qvardiyaçı-keşikçilər nizam-intizamın pozulmasına görə çox ağır cəzaya məhkum edilirdilər.
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Komik
Komediyaçı — insanları mimika, hərəkətlərlə və danışıqla güldürən şəxslərdir. O bunu müxtəlif zarafatlarla, komik hallar və "axmaqlıqlarla" əldə edir. Buna oxşar olan yumorist anlayışı da mövcuddur. İkincisi daha çox ədəbiyyat janrına və yumoristik esselərə aid eidlir. Komediyaçı isə bundan fərqli olaraq kino janrına, filmlərə, televiziyaya və dramaturgiyaya aiddir.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Kosid
Kozis — alban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı.
Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsik (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Nashik
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
Neşid
Naşid yaxud İlahi Sinxron insan səslərindən ibarət daha çox dinə aid olan mahnı. Naşid (Ərəbcə: نشيد nashīd,), Bir vəya birdən artıq insan tərəfindən səsləndirilən dini mahnıdır. Naşiddə çalğı alətləri iştirak etmir.
Nəsil
Nəsil— başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. Nəsil (qəbilə) icması "ağıllı insan"ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi. Nəsil — (ing. generation, ru. поколение) — Verilənlərin saxlanması sistemlərində: bir-biri ilə qarşılıqlı əlaqəli olan fayllar toplusunun ayrılması (xüsusiləşməsi) sxemi; ən əski variant "baba", sonrakı "ata", ən yeni isə "oğul" adlanır. 2. Proqramlaşdırmada: proqramın çalışması gedişində yaranan proseslərin (məsələlərin) "nəsil" proseslərini təsvir etmək üçün istifadə olunan analoji terminlər çoxluğu (ulubaba, ata, övlad). 3. Aparat təminatında: kompüterlərin, onlarda istifadə olunan texnoloji yeniliklərin növləri üzrə təsnifatı.
Qotik
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
İosif
İosif — ad. I Frans İosif İosif Stalin İosif Yesman — Hidravlika sahəsində görkəmli sovet alimi.
Forik
Forik ( q.yun. Θορικός) — qədim Yunanıstanda, Attikanın cənub hissəsində şəhər və daha sonra dem. Bu, Afinanın yaradılması üçün Teseyə aid edilən sinoykizmlərdə birləşən on iki orijinal yaşayış məntəqəsindən biri idi. Daha sonra bu, Akamantida filasının bir demi idi. Onun yaxınlığında Neolit dövründən qurğuşun və gümüşün çıxarıldığı və qəsəbənin sənaye məhəlləsində işlədiyi Laurion mədənləri yerləşir.
E-nəsil
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
Elektron nəsil
Forik əlaqələr
Forik əlaqələr — bioloji aləmdə bir növün digər növün yayılmasında iştirakı. Hər hansı bioloji növün toxumlarının daşınması rolunda heyvanlar çıxış edir. Heyvanların bitki toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması zooxoriy, digər daha xırda heyvanları daşıması foreziya adlanır. Bitki növlərinin daşınması adətən xüsusi və müxtəlif uyğunlaşmalar vasitəsilə baş verir. Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla daşıyırlar. Passiv üsul — heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. Bitkinin toxumu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq, pıtrax, fıstıq) heyvanın bədəninə (tükünə) ilişərək aparılır. Aktiv üsul – heyvanların (ən çox məməlilər və quşlar) bitkilərin meyvə və giləmeyvəsini yeməklə baş verir. Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə müxtəlif yerlərə daşıyırlar. Bu üsulla bitki növləri 100 kilometrlərlə uzağa yayıla bilirlər.