Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Liliya Qumerova
Liliya Qumerova (başq. Ғүмәрова Лилиә Салауат ҡыҙы 16 dekabr 1972, Uçalı, Başqırd MSSR) — Rusiya dövlət və ictimai xadimi. Pedaqoji elmlər namizədi. Başqırdıstan Respublikası dövlət hakimiyyətinin icra orqanından Federasiya Şurasının üzvü (2014-cü ildən), Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət komitəsinin sədri (2019-cu ildən). Başqırdların Federal Milli Mədəni Muxtariyyəti Şurasının sədri (2015-ci ildən). == Bioqrafiyası == Liliya Qumerova 16 dekabr 1972-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Uçalı rayonunun Uçalı şəhərində anadan olmuşdur. 1994-cü ildə Başqırd Dövlət Pedaqoji Universitetini pedaqogika və psixologiya ixtisası üzrə bitirir. 1994-cü ildən Başqırdıstan Respublikası Uçalı şəhərindəki 10 nömrəli orta məktəbdə müəllim-psixoloq, psixologiya müəllimi işləmişdir. 2001-ci ildən Uçalı Rayon İdarəsində I Kateqoriyalı mütəxəssis vəzifəsini tutur və daha sonra Sosial İşlər Rəhbərinin müavini təyin edilir. 2005-ci ildə Başqırdıstan Respublikasının Prezidenti yanında Başqırdıstan Dövlət İdarəetmə Akademiyasını hüquq ixtisasını üzrə bitirir.