Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nurnus
Nurnus - İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzası, sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Nornus formasında da qeyd edilir. Toponim monqol dilində «göl» mənasında işlənən nur//nor sözündən və ərəb dilində «ucu şiş minarəli tikinti» mənasnda işlənən naus (>nus), sözündən əmələ gəlib «göl, arx, kənarında tikinti» mənasını bildirir. Toponim tərkibindən nur / nor sözü Azərbaycan dilində nohur (arx, gölməçə) formasında işlənir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 372 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 550 nəfər, 1904 - cü ildə 457 nəfər, 1914 - cü ildə 512 nəfər, 1916-cı ildə 642 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və Türkiyədən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir.
Nürgüt
Nürgüt — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna daxil olan bir kənd. Rayonun mərkəzinin şimal-qərbində, Ordubad düzündədir. [Nürgüt] bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Gilan çayının hər iki sahilində Zəngəzur silsiləsinin cənub şərq yamaclarında yerləşən və tarixən çox qədim olan kənd. Dağlıq ərazidə yerləşdiyinə görə Nürgüt ((nou qut)yeni qala ) adlanır. Tədqiqatçıların fikrinə görə kəndin adı Nouqut sözünün təhrif olunmuş variantıdır.Oykonim fars dilindəki nou (təzə, yeni) və qut "kənd, şəhər və qala" komponentlərindən düzəlib "yeni kənd" mənasındadır.Hələ qədim dövrlərdən Nürgütdə Türk tayfaları olan kəngərlilərin məskunlaşdığı məlum olmuşdur Həmçinin Nürgüt sözünün digər bir mənası da "nur" işıq "qut" qutlamaq,bayram etmək mənasını veririr . Yəni Günəşin doğuşun qutlayıb bayram etmək == Əhalisi == Əhalisi 176 nəfərdir (2009). Əhalisi arıçılıq,əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi ,kitabxanası ,tib məntəqəsi , kənd mərkəzi və klubu var.
Valter Nernst
Valter Nernst(alm. Walther Hermann Nernst‎, 25 iyun 1864, Brizen — 18 noyabr 1941, Ober-Sibelle) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1920). == Həyatı == Brizendə (indiki Bomcezno, Polşa) (1864–1941) anadan olmuş, Alman fiziki və fiziki- kimyaçısı, Nernst Valter Fridrix 1883–1887-ci illərdə Sürix, Qrats, Berlin və Vürsburq Universitetlərində oxumuşdur. 1890–1905-ci illərdə Gettingen Universitetində işləmiş, 1891-ci ildə professor elmi adı almışdır. Termokimya sahəsində həyata keçirdiyimühüm tədqiqat işlərinə görə 1920-ci ildə alim Nobel mükafatına layiq görülmüşdür. Valter Nernst 18 noyabr 1941-ci ildə vəfat edib.
Maykl Dirnt
Maykl Rayan Pritçard (Michael Ryan Pritchard),yəni Mike Dirnt 1972-ci ilin 4 may tarixində anadan olmuşdur. Onun anası narkoman olduğundan o, uşaqlığını uşaq evində keçirmişdi. Amma Mayklın cəmi 7 yaşı olanda onun analığı və atalığı boşanmışdı. Əvvəllər Maykl atası ilə qalsa da, sonradan anası ilə yaşamağa məcbur oldu. "Həyatda hər şey baş verə bilər" Maykl deyir, " Mən 4-cü ya da 5-ci sinifdə oxuyanda anam bütün gecə evə gəlmirdi. Səhərisi gün isə o, hansısa kişi ilə evə qayıtdı və həmin kişi bizim evimizə köçdü. Mən də bununla barışa bilmirdim. Lakin mən məktəbi bitirəndən sonra onunla dostlaşdım. O, mənə hər şeyi verdi. O, mənim daxilimdə işçi ruhunu möhkəmləndirdi.
Mike Dirnt
Maykl Rayan Pritçard (Michael Ryan Pritchard),yəni Mike Dirnt 1972-ci ilin 4 may tarixində anadan olmuşdur. Onun anası narkoman olduğundan o, uşaqlığını uşaq evində keçirmişdi. Amma Mayklın cəmi 7 yaşı olanda onun analığı və atalığı boşanmışdı. Əvvəllər Maykl atası ilə qalsa da, sonradan anası ilə yaşamağa məcbur oldu. "Həyatda hər şey baş verə bilər" Maykl deyir, " Mən 4-cü ya da 5-ci sinifdə oxuyanda anam bütün gecə evə gəlmirdi. Səhərisi gün isə o, hansısa kişi ilə evə qayıtdı və həmin kişi bizim evimizə köçdü. Mən də bununla barışa bilmirdim. Lakin mən məktəbi bitirəndən sonra onunla dostlaşdım. O, mənə hər şeyi verdi. O, mənim daxilimdə işçi ruhunu möhkəmləndirdi.
Pirnur Məhəmmədşah Cilani
Pirnur Məhəmmədşah Cilani (15 sentyabr 1951, Pakistan – 24 dekabr 2020, Pakistan) — Pakistan siyasətçisi, Pakistan Milli Məclisinin deputatı. == Həyatı və siyasi karyerası == Pirnur Məhəmmədşah Cilani 15 sentyabr 1951-ci ildə Pakistanda anadan olmuşdur. Pakistan Milli Məclisə ilk addımlarını 2008 Pakistan ümumi seçkilərində NA-228 Umerkot seçki dairəsindən namizəd olmaqla atmağa çalışdı, lakin, seçilə bilmədi. 24 min 210 səs topladı və Navab Məhəmməd Yusifə uduzdu. Lakin, növbəti seçki prosesini gözləyən Cilani böyük ümidlərlə 2013 Pakistan ümumi seçkilərində NA-230 Tarparkar seçki dairəsindən deputatlığa namizəd oldu və qalib gəldi. 61 min 903 səs toplayaraq bununla da Məkdum Şah Mahmud Hüseyn Qureyşini məğlub etdi. Eyni seçkilərdə PS-62 Tarparkar seçki dairəsindən bitərəf olaraq Sindh Əyalət Məclisinin deputatlığına namizəd oldu və heç bir səs toplamayaraq Məkdum Xəlilüzzamana uduzdu. Sonuncu dəfə 2018 Pakistan ümumi seçkilərində NA-221 Tarparkar seçki dairəsindən deputatlığa namizəd olan Cilani yenidən Milli Məclisə deputat olaraq seçildi və ömrünün sonuna qədər bu vəzifəni icra etdi. == Ölümü == Böyük insan itkisinə səbəb olan koronavirus pandemiyasına yoluxan Pirnur Məhəmmədşah Cilaninin yoluxduğundan bir müddət sonra vəziyyəti daha da ağırlaşdı. Müalicə olunsa da, pandemiyadan xilas ola bilmədi və Pirnur Məhəmmədşah Cilani 24 dekabr 2020-ci ildə Pakistanda müalicə aldığı xəstəxanada vəfat etdi.
Irkut MS-21
İrkut MS-21 (rus. МС‑21 "Магистральный Самолёт 21 века", MS-21 "Magistralni Samolyot 21 veka" - 21. Əsrin sərnişin təyyarəsini), United Aircraft Corporation (UAC) bağlı "Иркут" və Yakovlev tərəfindən hazırlanmış və istehsalı həyata keçirilməsi plananan 150-212 nəfərlik qısa və orta-uzaq mənzilli, iki mühərrikli sərnişin təyyarəsidir. Tupolev Tu-154 və Tu-204/214 təyyartələrini əvəz etmək üçün , MC-21-in sertifikatlaşdırmasının və təslimatının 2016-cı ildə həyata keçirilməsi planlaşdırılmışdır, lakin təslimat 2017-ci ilə ertələnir.
Nernst-Ettinqshauzen eninə effekti
1886-ci ildə maqnit sahəsində yerləşən, temperatur qradienti olan keçiricidə maqnit sahəsinə və istilik axına perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranması kəşf olunub. == Nernst - Ettingshauzen eninə effektin elementar nəzəriyəsi == Boyunca sabit istilik axını olan paralelepiped formalı keçiriciyə baxaq. Əgər keçiricini B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə, Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar Şək.1 göstərilmiş C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensə edir, C və D səthlərin arasında potensial fərqi yaranır.