Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəsit (Həştrud)
Bəsit (fars. بسيط‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 508 nəfər yaşayır (78 ailə).
Bəsit (Miyanə)
Bəsit (fars. بسيط‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (5 ailə).
Bəsit (islam)
Əl-Bəsit (ər. الباسط) — Allahın adlarından biri. Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə Surəsi, 245) Allah, Özünə iman edən, ürəkdən itaət edən kəslərə dünyada maddi və mənəvi bolluq, genişlik verər. Onların qarşılarındakı çətinlikləri açar. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıqda və xəstəlikdə yalnız Allaha sığınarlar və Onu vəkil əldə edərlər. Bunun bir qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırar. Bu mövzuda Quranda verilmiş bir çox nümunə vardır.
Bəsit maddə
Bəsit maddə — eyni element atomlarından təşkil olunur. dəmir, mis, alüminium, civə, qalay, qurğuşun, qızıl, gümüş, kükürd, fosfor, yod, hidrogen, oksigen, almaz, qrafit və s. bəsit maddələrdir. Onlar bərk halda həm molekulyar (kükürd, ağ fosfor, yod və s.), həm də qeyri-molekulyar (dəmir, mis, almaz, qrafit və s.) quruluşa malik olduğundan müxtəlif xassəlidir. Xassələrinə görə bəsit maddələri 2 qrupa bölürlər: metallar və qeyri-metallar. Metallar: adi şəraitdə bərk (civədən başqa) halda olur, elektrik cərəyanını və istiliyi yaxşı keçirir, plastik xassəlidir - döyülüb yastılana bilir. Fe, Cu, Al, Pb, Sn, Ag, Au, Zn, Na, К və s. elementlərin əmələ gətirdiyi bəsit maddələr metal xassəlidir. Onların adları elementlərin adı ilə eynidir. Qeyri-metallar: adi şəraitdə qaz, maye və bərk halda olur, istiliyi pis keçirir, elektriki isə əsasən, keçirmirlər, Adi şəraitdə bərk halda olan qeyri-metallar (almaz, qrafit, yod, kükürd, fosfor və s.) kövrək xassəlidir — döyüldükdə asanlıqla qırılır.
Əl-Bəsit