İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Əl-Bəsit (ər. الباسط) — Allahın adlarından biri.
Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə Surəsi, 245)
Allah, Özünə iman edən, ürəkdən itaət edən kəslərə dünyada maddi və mənəvi bolluq, genişlik verər. Onların qarşılarındakı çətinlikləri açar. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıqda və xəstəlikdə yalnız Allaha sığınarlar və Onu vəkil əldə edərlər. Bunun bir qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırar.
Bu mövzuda Quranda verilmiş bir çox nümunə vardır. Məsələn: Musa və ona tabe olan İsrailoğulları, Fironun zülmü səbəbiylə yurdlarından çıxmaq məcburiyyətində qalmışlar. Ancaq Firon arxalarını buraxmamış və tutmaq üçün ordusuyla birlikdə onları izləmişdir. Bu qaçış əsnasında Fironun ordusu ilə dəniz arasında qalan İsrailoğulları 'həqiqətən tutulduqlarını' sanmışlar. Lakin Allah Musanın duasına qarşılıq, bir möcüzə göstərərək dənizi yarmış və İsrailoğullarını Fironun zülmündən qurtarmışdır. Üstəlik bunun ardından Fironu və ordusunu yox etmiş, onların çıxdıqları yerlərə İsrailoğullarını varis etmişdir.
Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir! (Nisa Surəsi, 100) ayəsi də təcəlli etmişdir.
Şübhəsiz, Allahın vədi bütün inanan qulları üçün, hər dövrdə etibarlı olmuşdur və olacaq. Bir ayədə belə xəbər verilər:
Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir! (İsra Surəsi, 30)
"Bəndələrini sınağa çəkmək, çətinlikdən xilas etmək, rəhmət üçün xəzinələrinin qapısını açan, onların etdiklərinin qarşılığında qat-qat verən" mənasını daşıyır.
Bu iki ad birlikdə deyilməlidir. Çünki həyat həmişə düz xətt üzrə davam etmir. Onun yoxuşları olduğu kimi, enişləri də var. İnsan tez-tez problemlərlə rastlaşa bilər. Lakin Allaha inanan insan bilməlidir ki, Rəbbi nə çətin, nə də xoşbəxt anlarında onu tək qoymaz. Buna görə də çətinliklə üzləşdikdə səbirli olmalı, problemləri həllini tapdıqda şükür etməyi bacarmalıdır.
Həzrət Peyğəmbərdən (s) nəql edilən hədislərdən birində deyilir: "Mömin insanın vəziyyəti nə qədər təəccüblüdür. Hər işi onun üçün bir xeyirdir. Bu vəziyyət başqasına deyil, sadəcə möminə xasdır: ona məmnun olacağı bir şey gəlsə, şükür edər, bu isə xeyirdir; bir zərər gəlsə səbir edər, bu da xeyirdir"[1].
Allah-Təala sonsuz qüdrəti ilə hər şeyi əhatə etmişdir. Kasıb ikən zənginləşdirən, xəstə ikən sağaldan, güclü ikən zəiflədən, yüksək məqamda ikən mərtəbəsini aşağı salan Odur. Dünya imtahanının mənası da bundadır.
Qurani-Kərimdə buyurulur: "Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!"[2][3].