Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Obione
Sirkən (lat. Atriplex) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Atriplex amnicola Atriplex argentea Atriplex bunburyana Atriplex californica Atriplex canescens Mərkəzi Asiya sirkəni (Atriplex centralasiatica Iljin) Atriplex cinerea Atriplex confertifolia Atriplex cordulata Atriplex coronata Atriplex coulteri Atriplex depressa Atriplex elegans Yabanı sirkən (Atriplex fera (L.) Bunge) Atriplex fruticulosa Şoranlıq sirkəni (Atriplex halimus L.) Atriplex hortensis Atriplex hymenelytra Atriplex joaquiniana Atriplex lentiformis Atriplex leucophylla Atriplex lindleyi Atriplex littoralis Atriplex nummularia Atriplex pacifica Atriplex paludosa Atriplex paludosa subsp. baudinii Atriplex parishii Atriplex parryi Atriplex patula Atriplex phyllostegia Atriplex plebeja Atriplex polycarpa Atriplex pusilla Atriplex rosea Atriplex semibaccata Atriplex serenana Atriplex spinifera Atriplex suberecta Atriplex subspicata Atriplex truncata Atriplex tularensis Atriplex vesicaria Atriplex vesicaria subsp. variabilis Atriplex watsonii == Sinonimləri == Armola (Kirschl.) Montandon Blackiella Aellen Halimus Wallr. Haloxanthium Ulbr. Morrisiella Aellen Neopreissia Ulbr. Obione Gaertn. Pachypharynx Aellen Senniella Aellen Theleophyton (Hook.f.) Moq.
Bilnə
Bilnə (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Bilnə (Lerik) — Azərbaycan Respublikasıınn Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Bilyo
Bilyö (fr. Bilieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38043. Kommunanın 2006-cı il üçün əhalisi 931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 488 ilə 810 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 33 km şimal-qərbdə yerləşir.
Abilio Fernandes
Abilio Fernandes (port. Abílio Fernandes; 19 oktyabr 1906 – 16 oktyabr 1994, Koimbra) — Portuqaliya botaniki. == Əsərləri == == Şəfərinə adlandırılmış taksonlar == Anthericum fernandesii Poelln., 1943 Kalanchoe fernandesii Raym.-Hamet, 1950 Narcissus fernandesii Pedro, 1947 [= Narcissus flavus Lag., 1816] Convolvulus fernandesii P.Silva & Teles, 1980 Udora fernandesii M.R.Almeida & S.M.Almeida, 2009 == İstinadlar == == Ədəbiyyat == Maria Salomé Soares Pais, J. A. Esperança Pina. Elogio Histórico de Abílio Fernandes. — Lisboa, 2014. — ISBN 978-972-623-169-1.
Armando Obispo
Armando Obispo (5 mart 1999) — Erediviziya təmsilçilərindən olan PSV Eyndhoven klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === PSV === Obispo PSV Eyndhoven akademiyası vasitəsilə inkişaf etmişdir. Obispo öz peşəkar karyerasında debütünü 16 sentyabr 2016-cı ildə Dordrext klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq PSV rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir.
Miloş Obiliç
Miloş Obiliç (serb. Милош Обилић, ?-29.6.1389) —Serbiya knyazı. == Həyatı == 28 iyun 1389-cu ildə Xaçlı ordusu ilə Osmanlı ordusu Skopyenin şimalında Kosovo düzənliyində böyük bir meydan müharibəsində girişdilər. I Kosovo döyüşü olaraq adlandırılan bu müharibədə Osmanlı ordusu ilə Xristian Serb, Bosniya, Əflak (Valaxiya), Macar və Xorvat birləşmiş ordusu səkkiz saat davam edən bir vuruşmağa başladılar. Xristian ordusu sonunda böyük bir təxribata uğradı. Müharibə bitdikdən sonra və ya müharibə zamanı Sultan I Murad, Serb Miloš Obilić tərəfindən xəncərlənərək şəhid edildi. Beləcə I Murat hərb zamanı öldürülən tək Osmanlı sultanı oldu. Bir ölüm-dirim mübarizəsi halına girmiş olan vuruşma və hökmdara sui-qəsd hadisəsi Türk / Osmanlı və xarici qaynaqlarda çox fərqli şəkillərdə izah edilər: Bir çox Türkcə qaynaqda I Murad ənənəvi olaraq döyüş sahəsinin gəzərkən Serb despotu Lazar Xrebelyanoviçin kürəkəni olan yaralı Milosun xəncərinə hədəf olmuş; otağına aparılmış; amma qurtarıla bilməmiş ölmüşdür. Feridun bəy "Münşəat" adlı əsərində Miloşun müsəlman olmaq istədiyi səbəbiylə I Murada yaxınlaşıb yanında saxladığı xəncərlə onu ürəyindən vurduğunu bildirir. Dmitri Kantemir isə tarixində I Muradın Kosovo döyüş meydanını gəzərkən yerdəki ölülərin çoxunun tüksüz cavanlar olmasının səbəbini soruşduğunu; vəzirin özünə Padşahım, onsuz da zəfər bundan ötəri bizim olmuşdur dediyini; I Muradın isə bu hərb meydanında öldürüldüyü haqqında əvvəlki gecə gördüyü bir yuxunu izah etməyə başladığını; bu sırada ətrafda yaralı olan bir Xristian əsgərin bu danışanlar kəslərin padşah və vəziri olduğunu anlayıb onlara hücum edib I Muradın qarınına xəncərini sapladığını nəql edir.
Obiliç icması
Obiliç (serb. Обилић) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 105 km²-dır.İcmanın inzibati mərkəzi Obiliç şəhəridir. Obiliç icması 18 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 5,8 km²-dır.
Obione elegans
Atriplex elegans (lat. Atriplex elegans) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Yarımnövləri == Atriplex elegans var. fasciculata (S.Watson) M.E.Jones Atriplex elegans var. thornberi M.E.Jones == Sinonimləri == Atriplex elegans subsp. elegans Atriplex elegans var. elegans Obione elegans Moq.
Odilon Redon
Odilon Redon (fr. Odilon Redon; 20 aprel 1840[…], Bordo, İyul monarxiyası – 6 iyul 1916[…], Paris, Üçüncü Fransa Respublikası) — fransız rəssam, qrafikçi rəssam, dekorativ, simvolizm qurucularından biri və “Müstəqil Rəssamlar Birliyi” üzvü. Odilonun yaradıcılığı iki hissəyə bölünür: «qara» və «rəngli». == Bioqrafiyası == 1840-cı il aprelin 20-də Bordo şəhərində anadan olub. === Orta yaş dövrü === Gələcək rəssam, uşaqlıq illərini Bordodan bir neçə kilometr cənub-qərbdə yerləşən Peyerbald ailə əmlakında keçirdi. 11 yaşına qədər tibb bacısı qayğısına qaldı. Çox ehtimal ki, oğlan epileptik tutmalardan əziyyət çəkirdi və valideynləri onu yaxınları tərəfindən qəsdən gizlədirlər. Atasının təsiri altında o, memarlıq öyrənməyə çalışdı, lakin kiçik qardaşı Qastondan fərqli olaraq, bir memar oldu və Roma mükafatı uğursuz oldu. O, təbiət və ədəbiyyatla tanış olan, Darvin və Lamark haqqında bilikli olan botanikaçı Armand Klavo ilə dostluq edir, Lui Pasterin əsəri olan Pisliklərin gülü (fr. Les Fleurs du mal) oxuyur, və bir çox şeirlərlə təsvir edəcəyi, qəlib və heykəltəraşlıq üsulunda yaradır.
Aşağı Bilnə
Bilnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 329 nəfərdir. == Tarixi == Aşağı Bilnə Lerik rayonunun Noda inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Bilnə (indiki Yuxarı Bilnə) kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. "Bilnə kəndinin Aşağı hissəsi" deməkdir. Kənd öz adını ərazidəki Bilnəçayın adından almışdır. Türk dillərində bilan "dağ kecidi"; Azərbaycan dilinin dialektlərində bilin "runel, dağın altından açılan yol" mənalarında işlənməkdədir. Onu da qeyd etmək lazımdır ki, 1917-ci ildə Lənkəran qəzasında iki Bilnə və bir Bilinə kəndi qeydə alınmışdır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bilnə kəndi Bilnə kəndi adlandırılmışdır.
Bilnə (Lerik)
Bilnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 329 nəfərdir. == Tarixi == Aşağı Bilnə Lerik rayonunun Noda inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Bilnə (indiki Yuxarı Bilnə) kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. "Bilnə kəndinin Aşağı hissəsi" deməkdir. Kənd öz adını ərazidəki Bilnəçayın adından almışdır. Türk dillərində bilan "dağ kecidi"; Azərbaycan dilinin dialektlərində bilin "runel, dağın altından açılan yol" mənalarında işlənməkdədir. Onu da qeyd etmək lazımdır ki, 1917-ci ildə Lənkəran qəzasında iki Bilnə və bir Bilinə kəndi qeydə alınmışdır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bilnə kəndi Bilnə kəndi adlandırılmışdır.
Bilnə (Yardımlı)
Bilnə — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Vərgədüz inzibati ərazi vahidində yerləşən qədim türk kəndlərindən biri də Bilnədir. Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. Bəzi tədqiqatçılar bilnə sözünü yanlış olaraq talış dilində bil (bataqlıq, sucaq yer) və nə komponenti ilə izah edirlər. Bu barədə yerli əhali arasında müxtəlif fikirlər vardır. Kəndin bəzi yaşlı sakinləri oykonimin adını (bil –bataqlıq, göl və ne/nə - inkar topoformantı) “su, göl olmayan yer” şəklində izah edir və bunu ərazidə su ehtiyatının çoz az olması ilə əlaqələndirir. Buradan aydın olur ki, toponimin “”bataqlıq, sucaq yer” mənasında olması inandırıcı deyil. Qeyd edək ki, yerli əhali arasında bilnə sözünün mənşəyini Azərbaycan türkcəsində “binə yeri” kimi izah edənlər daha çoxdur. Əhalisi türksoyludur və vaxtilə Ərdəbildən köçmə Şahsevən tayfaları ilə qaynayıb-qarışmışdır. Yerli tədqiqatçı M.Həsənov da Yardımlı ərazisindəki Bilnə yaşayış məntəqəsinin Lerikdəki eyniadlı oykonimlə bağlı olduğunu güman edir.
Bilon sikkə
Bilon sikkə — natamam qiymətli xırda metal pul. Bilon sikkənin nominal dəyəri ibarət olduğu metalın və kəsilməsinə xərclənən xərcin dəyərindən yüksək olur; bu fərq dövlət büdcəsinə sikkə gəliri kimi daxil edilir. Bilon sikkə qızılın əvəzedicisi və nəticə etibarilə dəyər nişanıdır.
Yuxarı Bilnə
Yuxarı Bilnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 142 nəfərdir. == Toponimiyası == Kəndin keçmiş adı Bilnə olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Bilnə, həmin kənd isə Yuxarı Bilnə adlandırılmışdır.
Artur de Qobino
Artür de Qobino (fr. Joseph Arthur Comte de Gobineau; 14 iyul 1816[…] – 13 oktyabr 1882[…], Turin) — Fransız yazıçı və diplomat. Qabino irqçiliklə bağlı teoriyalarını genişləndirməklə 1853-cü ildə yazmağa başladığı İnsan irqlərinin qeyri-bərabərliyi haqqında təcrübələr əsəri ilə məşhurlaşmışdır. Orjinalında (fr. Essai sur l'Inegalite de Races Humaine) olaraq adlanan əsər 1855-ci ildə tamamlanmışdır. == Həyatı == Artür de Qobino 1816-cı ildə Fransanın İl-de-Frans bölgəsində məmur ailəsində dünyaya gəlmişdir. Dövlət məmuru olan atası kral hökumətinə sədaqəti ilə tanınırdı. Anası (fr. Anne-Louise Magdeleine de Gercy) krallıqda vergi məmuru olan şəxsin qızı idi. Anası ilə bağlı xatirələrini bir necə əsərində canlandırmışdır.
Nikolas D'Oriano
Nikolas D'Oriano (5 may 1997, La-Seyn-syur-Mer[d]) — Fransalı üzgüçü. Nikolas D'Oriano Fransanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikolas D'Oriano birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:33.62 saniyəlik nəticəsi ilə 40-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Teodoro Obianq Nqema Mbasoqo
Teodoro Obianq Nqema Mbasoqo (fr. Teodoro Obiang Nguema Mbasogo; port. Teodoro Obiang Nguema Mbasogo; isp. Teodoro Obiang Nguema Mbasogo; 5 iyun 1942, Akoakan[d], Rio-Muni[d]) — 1979-cu ilin avqustundan etibarən Ekvatorial Qvineyanın Prezidenti vəzifəsini icra edən siyasətçi və keçmiş hərbi zabit.Hərbi məktəbi bitirdikdən sonra, 1979-cu ilin avqustunda baş verən hərbi çevrilişdə onu vəzifəsindən kənarlaşdırmadan öncə əmisi Fransisko Masias Nqumanın başçılığı altında çoxsaylı vəzifələrdə çalışdı. 1990-cı illərdən başlayaraq Ekvatorial Qvineyanın mühüm neft istehsalçısı kimi ortaya çıxmasına nəzarət etdi. Obiang 31 yanvar 2011-ci ildən 29 yanvar 2012-ci ilədək Afrika Birliyinin sədri oldu. Obianq geniş yayılmış insan haqları pozuntuları, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır. Ekvatorial Qvineya hal-hazırda Obianqın Ekvatorial Qvineya Demokratik Partiyasının bütün idarəetmə gücünə sahib olduğu hakim partiya tərəfindən idarə olunur. Konstitusiya hökümətini qanuni diktaturaya çevirərək fərmanla hökm vermək hüququ da daxil olmaqla, Obianqa geniş səlahiyyətlər verir. == Həyatı == === İlk illəri === Esanqu etnik qəbiləsindən olan bir ailədən, Kontinental Ekvatorial Qvineya daxilində, Qabonla sərhəddə, İspaniya Qvineyası koloniyasına aid olan Akoakan şəhərində anadan olmuşdur.
San-Luis-Obispo qraflığı (Kaliforniya)
San-Luis-Obispo (ing. San Luis Obispo) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 269,637 nəfər olmuşdur. Mərkəzi San-Luis-Obispo şəhəridir.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.