Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ehud Olmert
Ehud Olmert (ivr. ‏אֶהוּד אוֹלְמֶרְט‏‎; 30 sentyabr 1945[…]) — İsrailli siyasətçi və vəkildir. 2006–2009-cu illərdə və bundan əvvəl 1988-ci ildən 1992-ci ilə 2003-cü ildən 2006-cı ilə qədər İsrailin 12-ci Baş naziri vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin üzvü kimi birinci və ikinci vəzifələri arasında 1993-cü ildən Qüds bələdiyyə başçısı vəzifəsində çalışmışdır.Baş nazir vəzifəsində işlədikdən sonra Qüds meri və ticarət naziri vəzifəsində olduğu müddətdə rüşvət aldığına və ədalət mühakiməsinə mane olduğuna görə həbs cəzasına məhkum edilmişdi.
Oberin Martell
Oberin Martell (ing. Oberin Martell) və ya Qırmızı Vipera (zəhərli ilan növü) (ing. Red Viper) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələr Oberin Martellin baxış bucağından verilmir. Buna görə də onun hərəkətləri digər roman qəhrəmanları tərəfindən izah edilir.
Herman Obert
Herman Yuli Obert (alm. Hermann Julius Oberth‎; 25 iyun 1894[…], Sibiu – 28 dekabr 1989, Nürnberq, Bavariya) — Almaniya mühəndisi və alimi. Raket texnikası pionerlərindən biridir. == Həyatı == Herman Yuli Obert 25 iyun 1894-cü ildə o vaxtlar Avstriya-Macarıstan imperiyasının bir parçası olan Rumıniyanın Sibiu şəhərində anadan olmuşdur. 1938–1940-cı illərdə Avstriyada, 1940–1945-ci illərdə Almaniyada raket texnikası sahəsində tədqiqatlar aparmışdır. 1950–1953-cü illərdə İtaliyada, 1955–1958-ci illərdə ABŞ-də raketlərin hazırlanması ilə bağlı işlərdə iştirak etmişdir. Raket mühərrikləri, raketlərin uçuş nəzəriyyəsi və atmosferin tədqiqi üçün raketlərdən istifadə sahəsində çalışmışdır. O, Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyətinin təşkilatçılarından biridir. Herman Yuli Obert 28 dekabr 1989-cu il tarixində, 95 yaşında Qərbi Almaniyanın Nürnberq şəhərində vəfat etmişdir. == İrsi == 1951-ci ildə Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyəti raket texnikası və kosmonavtika sahəsində əsaslı tədqiqatlar və görkəmli xidmətlər üçün Obert medalı təsis etmişdir.
Tom Merit
Tomas Andrey Merit (28 iyun 1970) texnologiya jurnalisti, yazıçı və tanınan yayımçı. O, TWiT şəbəkəsinin köhnə tərəfdaşıdır, əvvəllər CNET-in icraçı redaktoru idi. Hal-hazırda Gündəlik Xəbər aparıcısı və digər nümayəndəliklər arasında ev sahibliyi edir. == Gənclik illəri == Merit Qrinvil şəhərində, Qəhvə sahəsində çalışan bir qida aliminin ailəsində doğuldu. Merit, Urbana-Kampaiqn şəhərindəki İlinoys Universitetində jurnalistika sahəsində təhsil alıb və Austin Universitetində ünsiyyət üzrə magistr işlərini davam etdirdi. === Karyera === Meritin karyerası 1986-cı ildə Qrinvil şəhərində yerləşən bir ölkə musiqi stansiyası olan WGEL üçün DJ olaraq başlamışdır. 1993-cü ildə Milli İctimai Radioda stajçı vəzifəsində çalışdı. 1999-dan 2004-cü ilədək Merit San-Fransiskoda TechTV-də icraçı istehsalçı kimi çalışmış və 2003-cü ilədək radio aparıcısı olmuşdur. === Digər layihələr === 4 fevral 2008-ci ildən Merit, köhnə həmkarı Veranika Belmont ilə birgə Kristal və Lazer fantastik əsaslı kitab klubuna ev sahibliyi etdi. 22 iyun 2010-cu ildə Top 5 adlı üçün yeni bir şou layihə başlatdı.
Öməri mədəniyyəti
Öməri mədəniyyəti — Aşağı Misirdə, Həluan şəhərindən 3 kilometr (1.9 mil) şimal-şərqdə Neolit dövrünə, e.ə. VI minillik aid yaşayış yeri. Misir arxeoloqu Əmin Ömərinin şərəfinə adlandırılmışdır. Yüngül materiallardan hörülmüş komaların heyvan sümüklərinin və dəniz ilbizinin qalıqları aşkar edilmişdir. Komalar arasında taxil quyuları və qəbirlər tapılmışdır. Əmək alətləri çaxmaqdaşıdan düzəldilmiş bıçaqlar, bıçaqvarı lövhələr, oraq dişləri, toxalar və dən dən daşlarından, saxsı məmulatı isə tərkibinə saman qatılmış qırmızı və qara rəngli gildən əldə düzəldilmiş qablardan ibarət idi. Bazaltdan hazırlanmış daş qablar gətirilmə hesab edilir. Öməri mədəniyyətinin yayıldığı ərazidə yaşayan əhali əkinçilik (buğda, arpa, çəlnoxud və s.) və ehtimal ki, maldarlıqla (keçi və iribuynuzlu mal-qara) məşğul olmuşdur.
Əbdüləziz əl-Öməri
Əbdüləziz əl-Öməri (ərəb. عبد العزيز العمري‎; 28 may 1979, Əsir bölgəsi[d] – 11 sentyabr 2001) — Səudiyyə hava limanının təhlükəsizlik işçisi və 11 sentyabr terror aktları çərçivəsində Amerika Hava Yolları reys 11 təyyarəsini qaçıran beş nəfərdən biri olan imam. əl-Öməri ABŞ-yə 2001-ci ilin iyun ayında Visa Express proqramı ilə alınan turizm vizası ilə gəldi. 11 sentyabr 2001-ci ildə Öməri Amerika Hava Yolları reys 11-ə mindi və koordinasiyalı hücumlar çərçivəsində Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə çırpılan təyyarənin qaçırılmasına kömək etdi. == Öncəki həyatı və təhsili == Əl-Ömərinin həyatı haqqında az şey bilinir və bəzi məlumatların Öməri ya da bu adla başqa bir şəxsə aid olub olmadığı aydın deyil. O, 28 May 1979-cu il təvəllüd tarixindən istifadə edirdi. Qeyd olunur ki, orta məktəbi fərqlənmə diplomu ilə bitirmiş, İmam Məhəmməd ibn Səud İslam Universitetindən dərəcə almış, evli olmuş və hücumlardan qısa müddət əvvəl qızı doğulmuşdur.