Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sergey Obnorski
Sergey Petroviç Obnorski (rus. Серге́й Петро́вич Обно́рский; 14 (26) iyun 1888 və ya 26 iyun 1888, Sankt-Peterburq – 13 noyabr 1962[…], Moskva) — SSRİ dilçisi. == Həyatı == Sergey Petroviç Obnorski 26 iyun 1888-ci il tarixində Rusiya imperiyasının Peterburq şəhərində anadan olmuşdur. O, 1939-cu ildən SSRİ Elmlər Akademiyası, daha sonra isə Bolqarıstan Elmlər Akademiyası və Çexiya Elmlər Akademiyası üzvü olmuşdur. Obnorski rus dilinə dair əsərlərin müəllifidir. O, qədim rus ədəbi dilinin xalq dili əsasında təşəkkülü haqqında orijial nəzəriyyə irəli sürmüşdür. Obnorski 1950–1965-ci illərdə nəşr edilən "Müasir rus ədəbi dili lüğəti"nin (cild 1–17) redaktorlarındandır. O, SSRİ Elmlər Akademiyası Rus dili İnstitunun yaradıcısı və ilk direktoru olmuşdur (1944–1950). Obnorski 13 noyabr 1962-ci il tarixində, 74 yaşında SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. == Təltif və mükafatlar == Obnorski 1970-ci ildə, ölümündən sonra Lenin mükafatı, 1947-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Viktor Obnorski
Viktor Pavloviç Obnorski (rus. Ви́ктор Па́влович Обно́рский; 11 (23) noyabr 1851, Qryazovets[d], Voloqda quberniyası[d] – 17 aprel 1919, Tomsk) — Rusiya inqilabçısı. == Həyatı == Viktor Pavloviç Obnorski 23 noyabr 1851-ci il tarixində Rusiya imperiyasının Voloqda quberniyasındakı Qryazovetsdə anadan olmuşdur. O, 1871–1872-ci illərdə Peterburqda fəhlə dərnəklərinin yaradılmasında iştirak etmişdir. Obnorski 1873-cü ildən gizli fəaliyyətə keçmiş, bir müddət London, Paris və Cenevrə şəhərlərində yaşamışdır. O, "Rus fəhlələrinin Şimal ittifaqı"nın təşkilatçılarından və proqramın müəlliflərindən idi. Obnorski 1879-cu ildə olunmuş, 10 il katorqa cəzasına məhkum edilmişdir. O, 1909-cu ildən Kuznetsk şəhərində (indiki Novokuzentsk) polisin nəzarəti altında yaşamışdır. Oktyabr inqilabına şahid olan Obnorski 17 aprel 1919-cu il tarixində, 67 yaşında, müvəqqəti Rusiya dövlətinin Tomsk şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Невский В. И. История РКП(б).
Katsumi Oenoki
Katsumi Oenoki (d. 3 aprel 1965) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.