Sergey Petroviç Obnorski (rus. Серге́й Петро́вич Обно́рский; 14 (26) iyun 1888[1][2][…] və ya 26 iyun 1888[1][3], Sankt-Peterburq[4] – 13 noyabr 1962[4][1][…], Moskva[4]) — SSRİ dilçisi.
Sergey Obnorski | |
---|---|
rus. Сергей Петрович Обнорский | |
Doğum tarixi | 14 (26) iyun 1888[1][2][…] və ya 26 iyun 1888[1][3] |
Doğum yeri | |
Vəfat tarixi | 13 noyabr 1962[4][1][…] (74 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | dilçilik |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Aleksey Şahmatov |
Üzvlüyü | |
Mükafatları |
|
Sergey Petroviç Obnorski 26 iyun 1888-ci il tarixində Rusiya imperiyasının Peterburq şəhərində anadan olmuşdur. O, 1939-cu ildən SSRİ Elmlər Akademiyası, daha sonra isə Bolqarıstan Elmlər Akademiyası və Çexiya Elmlər Akademiyası üzvü olmuşdur. Obnorski rus dilinə dair əsərlərin müəllifidir. O, qədim rus ədəbi dilinin xalq dili əsasında təşəkkülü haqqında orijial nəzəriyyə irəli sürmüşdür. Obnorski 1950–1965-ci illərdə nəşr edilən "Müasir rus ədəbi dili lüğəti"nin (cild 1–17) redaktorlarındandır. O, SSRİ Elmlər Akademiyası Rus dili İnstitunun yaradıcısı və ilk direktoru olmuşdur (1944–1950). Obnorski 13 noyabr 1962-ci il tarixində, 74 yaşında SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.[5]
Obnorski 1970-ci ildə, ölümündən sonra Lenin mükafatı, 1947-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 3 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir.[5]