Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oberna
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Oberon
Oberon — Günəş sistemində Uran planetinin peykidir.
Anastasiya Boroda
Anastasiya Boroda (2 yanvar 1976, Cambul vilayəti) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Anastasiya Boroda, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Lev Oborin
Lev Nikolayeviç Oborin (rus. Лев Николаевич Оборин; 11 sentyabr 1907, Moskva – 5 yanvar 1974[…], Moskva) — SSRİ pianisti. == Həyatı == Lev Nikolayeviç Oborin 11 sentyabr 1907-ci il tarixində Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1926-cı ildə Moskva konservatoriyasını bitirmişdir. Orobin 1930-cu ildən burada fortepianodan fərs demiş, 1935-ci ildən professor olmuşdur. Oborin 5 yanvar 1974-cü il tarixində, 66 yaşında, SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. == Təltif və mükafatlar == Lev Oborin 1927-ci ildə Varşavada keçirilən pianoçuların F. Şopen adına birinci beynəlxalq müsabiqəsinin laureatı olmuşdur. O, 1943-cü ildə SSRİ Dövlət mükafatına, 1964-cü ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür. Oborin 2 dəfə Lenin ordeni, 2 başqa orden və medallarla təltif edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Рабинович Д. А. Портреты пианистов.
Oberon (Proqramlaşdırma dili)
Oberon – ümumi təyinatlı, obyekt-yönlü proqramlaşdırma dili. 1986-cı ildə N.Virt (Niklaus Wirth) tərəfindən işlənib hazırlanıb. Oberon dili ALGOL-bənzər dillərin Virt ailəsinin (Wirthian family) ən son üzvüdür (EULER, ALGOL-W, PASCAL, MODULA VƏ MODULA-2). Bu dildə Модуле-2 dilində olan konstruksiyaların bir hissəsi yoxdur. İşlənib hazırlanmasında başlıca məqsəd eyni zamanda bir neçə üsulla reallaşdırılmış mənaca yaxın vəziyyətlərin uzaqlaşdırılması ilə dilin sadələşdirilməsi olub. Oberon dilinin inkişafı nəticəsində Oberon-2 dili yaranıb. Proqramlaşdırma dili ilə yanaşı Oberon adlı əməliyyat sistemi də vardır. Bax: GO, MODULA-2, OBJECT-ORIENTED PROGRAMMING. Oberon dilində proqram nümunəsiMODULE Hello; IMPORT Oberon, Texts; VAR W: Texts.Writer; PROCEDURE World*; BEGIN Texts.WriteString(W, "Hello World!"); Texts.WriteLn(W); Texts.Append(Oberon.Log, W.buf) END World; BEGIN Texts.OpenWriter(W) END Hello. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Oberon Programlama Dili nedir?
Oberon (Uranın peyki)
Oberon — Günəş sistemində Uran planetinin peykidir.
Thymus herba-barona
Thymus herba-barona (lat. Thymus herba-barona) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü.
Oloron-Sent-Mari (rayon)
Oloron-Sent-Mari (fr. Oloron-Sainte-Marie) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Atlantik Pireney. Suprefektura — Oloron-Sent-Mari. Rayon əhalisi 2006-cı ildə 73 692 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 26 nəf / km². Rayon ərazisi — 2885 km².