Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Dono
Vahco Sardono (30 sentyabr 1951, Surakarta, Mərkəzi Yava – 30 dekabr 2001, Cakarta) — Dono və ya Dono Warkop adı ilə tanınan İndoneziya aktyoru və komediyaçı. O, "Warkop" komediya qrupunun üzvü idi. Dono karyerasına İndoneziya Universitetində təhsil aldığı illərdə başlamışdır. Təhsilini başa vurduqdan sonra Dono 1980–1995-ci illərdə "Warkop" qrupu ilə birlikdə 34 komediya filmində rol aldıqdan sonra məşhurlaşmışdır. O, ömrünün sonunadək kütləvi informasiya vasitələrində sosial mövzularda məqalələr və bir neçə roman yazmaqla məşğul olmuşdur. Dono 2001-ci ildə ağciyər xərçəngindən vəfat etmişdir.
Dno
Dno — Rusiya Federasiyasında yerləşən şəhər Pskov vilayətinə daxildir
Odano Naotake
Odano Naotake (小田野直武, 18 yanvar 1750, Kakunodate[d] – 19 iyun 1780, Kakunodate[d]) – Akita məktəbinin nümayəndəsi olmuş Yaponiya rəssamı və samuray. 1749-cu ildə Kakunodate qəsəbəsində samuray ailəsində doğulmuşdur. Naotake əvvəlcə rəssamlığın Kano məktəbi üzrə biliklərə yiyələnmişdir. 1773-cü ildə Hiraqa Qennay ilə tanış olmuş, ondan Qərb rəssamlığının nəzəriyyələri və texnikaları haqqında biliklər əldə etmişdir. 1773-cü ilin dekabrında metallurgiya öyrənmək üçün Edo şəhərinə köçmüş və Qennayın evində qalmışdır. Naotake tezliklə rəssam kimi məşhurlaşmış və 1774-cü ildə Suqita Qenpakunun "Yeni anatomiya kitabı" əsərini illüstrasiya etmək üçün seçilmişdir. O, Qennayın "Müxtəlif materialların klassifikasiyası" (1763) adlı əsərini illüstrasiya etmiş rəssam So Şisekidən dərslər alaraq Şen Nanpin üslubunda quş və çiçək rəssamlığını öyrənmişdir. Naotakenin əsərləri çiçəklər, quşlar, heyvanlar, fiqurlar, mənzərələr kimi müxtəlif mövzuları əhatə edir və Qərb dünyasının naturalist texnikaları ilə çəkilmişdir. O, Akita məktəbinin tanınmış nümayəndəsi olmuş, Akita daymyosu Satake Şozana rəssamlığı öyrətmiş və 1778-ci ildə onu Edo şəhərinə dəvət etmişdir. Lakin onun bu əlaqələri Qennayın xoşuna gəlməmişdir.
Ondo ştatı
Ondo ştatı (ing. Ondo State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat.
Masao Ono
Masao Ono (2 mart 1923, Kanaqava prefekturası – 11 fevral 2001, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Seyci Ono
Seyci Ono (小野 誠治, Ono Seyci, 18 iyun 1956) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Seyci Ono Yaponiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Takeşi Ono
Takeşi Ono (d. 22 noyabr 1944) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Yoko Ono
Yoko Ono Lennon (18 fevral 1933[…], Tokio[d]) daha çox Yoko Ono(小野 洋子) kimi tanınır; — Avanqard stildə işləyən rəssam, müğənni, sülh aktivisti və kinoşünas, eyni zamanda Con Lennonun keçmiş həyat yoldaşı. Nyu-Yorkda yaşayır, ABŞ vətəndaşıdır.
Şinci Ono
Şinci Ono (d. 27 sentyabr 1979) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 56 oyun keçirib, 6 qol vurub.
Şinobu Ono
Şinobu Ono (d. 23 yanvar 1984) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 139 oyun keçirib, 40 qol vurub.
Labudovo okno qoruğu
Labudovo okno (serb. Labudovo okno) — Serbiyada xüsusi qorunan qoruq ərazi. Qoruq Ramsar konvensiyasının su-bataqlıq hövzəsi kateqoriyasına daxildir. == Yerləşməsi == Labudovo okno Belqrad şəhərindən 75 km şərqdə yerləşir. Qoruq Dunay çayının Jilave adasından serb-rumın sərhəddinə qədər uzanır. Dunayın sağ sahilində yerləşən kiçik sahə istisna olmaq şərti ilə bütün qoruq Voyevodina muxtar vilayətinin ərazisinə aiddir. Ərazi həm də şimaldan Banatom və cənubdan Braniçevo ilə sərhəd funksiyasını daşıyır. Serb dilində qoruğun adı qu quşlarının toplaşdığı məkan mənasını verir. == Coğrafiyası == Qoruq Ortadunay düzənliyinin cənub silsiləsində, şimaldan Deliblatsk qumluğu ilə cənubdan Dunayın bir hissəsi olan — Ram gölü arasında yerləşir. Serdap I SES tikildikdən sonra Dunayın suyu yaxın düzənlik əraziləri tutmuşdur.
ADNA
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Beno
Beno (fr. Beynost) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Miribel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01043. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 4475 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 2849 nəfər arasında (15-64 yaş) 2141 nəfər İqtisadi fəal, 708 hərəkətsiz (fəaliyyət göstərici 75.1%, 1999-cu ildə 70.1%) olmuşdur. Fəal 2141 sakindən 2016 nəfər (1067 kişi və 949 qadın), 125 nəfər işsizdir (67 kişi və 58 qadın). Fəal olmayan 708 nəfər arasında 293 nəfər şagird və ya tələbə, 252 nəfər pensiyaçı, 163 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Brno
Brno (çex dili: Brno, almanca: Brünn) — Çex Respublikasının ikinci böyük şəhəri. Svitava və Svratka çaylarının birləşdiyi yerdə yerləşir. Cənubi Moraviya diyarının inzibati mərkəzi, keçmiş Böyük Moraviya dövlətinin paytaxtı olub. == Tarix == Brno şəhərinin adı ilk dəfə XI əsrdə rast gəlinir. Şəhərin adının yaranması ilə başğlı bir neçə mülahizə vardır. Birincisinə görə "Brno" sözü - "brniti" - müdafiə, ikinci mənbəyə görə - "təpə", üçüncü mənbəyə görə isə - bu dəyişdirilmiş kelt sözüdür ("Eburodunon" sözündən). 1243-cü ildə Brno azad şəhər statusunu aldı, XIII əsrdə isə Morav krallığının mərkəzi oldu. 1454-cü ildə kral Ladislav Poqrobek şəhərdə yaşayan bütün yəhudiləri qovur. Habsburqlar sülaləsinin Çexiyada hökmdarlığı zamanı, Brno bütün Moraviyanın mədəniyyət mərkəzi hesab edilirdi. Otuz illik müharibə zamanı şəhər iki dəfə İsveç ordusu tərəfindən işğal edilir.
Cuno
Cuno (Alyaska)
Dodo
Dodo (lat. Raphus cucullatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin raphus cinsinə aid heyvan növü.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Donor
Donor (lat. donor, donodan — "bağışlayıram") — aksepter və resipient adlanan obyektə nə isə verən obyekt . Məsələn, kimyada elektronların donoru atomlardır. Tibbdə bir nəfərin digər nəfər öz qanının bir hissəsini və ya orqanlarından birini verən şəxs donor adlanır. Donor (fizika) — qarışıq tipi.
Donos
Donos — cinayət haqqında dövlət səlahiyyətlilərinə ismarış. Müasir istifadəsində bu, qanuni olaraq cəzalandırılan, lakin müəyyən bir şəxsin baxış bucağından cinayət sayılmayan və ya xırda xarakter daşıyan hərəkətlər haqqında dövlət səlahiyyətlilərinə ismarışdır. Sözün müasir mənası sırf neqativdir, çünki hüquqi istifadədə yalnız "yalan olduğu bilinən" sifəti ilə işlənir. Monteskyö bildirir ki, bu söz cəmiyyətin mənafeyi ilə hakimiyyətin maraqları arasındakı uçurumu, qanunların xalqı korladığı zaman ikinci növ hakimiyyətin azğınlığını göstərir. Karl Marks bu mahiyyəti belə izah edirdi ki, xalq cəzanı görür, lakin cinayəti görmür və məhz cinayət olmayan yerdə cəzanı gördüyü üçün cəza olan yerdə cinayəti görməkdən əl çəkir. == İstinadlar == == Əlavə ədəbiyyat == Борис Бурда «Доносы: факты, страны, века» С. Васильев. О функциях «соков» в связи с проблемой древнерусских «ябетников» и «ябедничеством» Судебника 1497 г. Архивная копия от 10 декабря 2007 на Wayback Machine // Исследования по истории средневековой Руси. М.; СПб. 2006, с.
Fano
Fano — İtaliyanın Marke regionunda şəhər.
Endo Kinsuke
Endo Kinsuke (遠藤 謹助, Kinsuke Endo, 31 mart 1836, Çoşu hanı[d] – 13 sentyabr 1893) – Yaponiya bürokratı, Çoşu beşliyinin üzvü. O, "müasir Yaponiya sikkəçiliyinin atası" hesab olunur. == Həyatı == Endo Kinsuke 1836-cı ildə Çoşu hanında doğulmuşdur. 1863-cü ildə təhsil almaq məqsədilə İngiltərəyə göndərilmiş Çoşu beşliyinin tələbəsi olmuşdur. O, London Universitet Kollecində kimya, geologiya, mineralogiya təhsili almışdır. 1866-cı ildə Yaponiyaya qayıtmışdır. Meyci islahatından sonra 1870–1893-cü illərdə Yaponiya Sikkəçilik Bürosunda işləmişdir. 1874-cü ildə Sikkəçilik Bürosu yeni texnikalardan istifadə etmək üçün əcnəbilərlə razılaşanda Endo bürodan ayrılmışdır. Lakin büro 1875-ci ilin yanvarında doqquz əcnəbini işdən çıxardıqdan sonra qayıtmışdır. 1881-ci ildə Osaka Sikkəçilik Bürosunun direktoru olmuş, əcnəbi mütəxəssislərin köməyi olmadan Qərb üslubunda olan yapon sikkələrinin kəsilməsinə nail olmuşdur.
Enno Littmann
Enno Littmann (alm. Ludwig Richard Enno Littmann‎; 16 sentyabr 1875 – 4 may 1858) — Almaniya dilçisi və şərqşünası. == Həyatı == Enno Littmann 16 sentyabr 1875-ci ildə Şimali Almanyanın Oldenburq şəhərində doğuldu. Atasının yabançı dillərə ilgi duyan və evində dillə ilgili müxtəlif kitablar saxlayan bir mətbəəçi olmasının da təsiriylə hələ lisey şagirdi ikən Yunanca, Latınca, Fransızca, İngiliscə, İtalyanca, İspanca və Ortaşərq dillərinin əsaslarını öyrəndi; ayrıca yay tətillərində getdiyi qohumlarının yanında Şimali Almancası ilə fasih Almanca arasındakı fərqliliklər üzərinə çalışdı. 1895–1898-ci illərdə Berlin, Greifswald, Halle və Strasburq universitetlərində dilçilik oxudu; ən önəmli müəllimləri Sami dilləri və əruz mütəxəssisi Franz Praetorius, ilahiyatçı və tarixçi Emil Kautsch, tarixçi Eduard Meyer, Germanist Otto Bremer və Həbəş dilləri mütəxəssisi Avqust Dilmanndır. 1898-ci ildə İbranicə və din dərsləri müəllimliyilə Almanca, Latınca və İngiliscə tələbə yardımçılığı imtahanlarını qazanan Littmann, bir neça ay sonra Həbəşistanın Tigre dilində feillər üzərinə hazırladığı dissertasiya ilə dilçilik doktoru oldu və Strasburq Universitetində Teodor Nöldeke ilə birlikdə çalışmağa başladı. 1899–1900-cü illərdə Amerika Princeton Universitetinin Orta Şərqə hazırladığı arkeoloji bir araşdırma gəzintisinə qatıldı. 1901-ci ildə bu universitetinin Şərq dilləri bölümünə müəllim təyin edildi və 1906-cı ilə qədər vəzifəsini sürdürdü; bu arada 1904–1905-ci illərdə ikinci dəfa Suriya və Fələstinə bir araşdırma gəzintisi etdi. 1906-cı ildə Strasburq Universitetində Nöldekedən boşalan Şərqşünaslıq Mərkəzinin müdirliyinə gətirildi və 1951-ci ildə buradan əməkliyə ayrıldı. Uzun akademik həyatı boyunca Göttingen, Bonn və Tübingen universitetlərində qısa müddətlərlə müəllim olaraq çalışdı; konfranslar vermək və Qahirə Akademiyasının toplantılarına qatılmak üzrə sıx-sıx Misirə getdi.
Erno Oşvat
Erno Oşvat (mac. Osvát Ernő; 7 aprel 1877, Oradea[d] – 28 oktyabr 1929, Budapeşt) — Macarıstan yazıçısı, redaktoru. == Həyatı == İlk əsəri 1897-ci ildə Esti Újság adlı macar qəzetində nəşr olundu. 1902-ci ildə Magyar Géniusz qəzetinin redaktoru oldu və onu bir milliyyətçi nəşrdən müasir macar ədəbiyyatının beşiyinə çevirdi. Daha sonra 20-ci əsrin əvvəllərində ən mühüm Macarıstan ədəbi jurnalının Nyuqat jurnalının təsisçi redaktoru oldu. 1929-cu ildə intihar etdi.
Eyno Rahya
Eyno Abramoviç Rahya (20 iyun 1885, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 26 aprel 1936, Leninqrad) — 1903-cü ildə Rusiya Sosial Demokrat İşçi Partiyasına üzv olmuş və onun Bolşevik fraksiyasına qoşulmuş fin kökənli rusiyalı inqilabçı. Rahya 1917-ci ilin yayında Leninin müvəqqəti olaraq Finlandiyaya qaçmasını təşkil etmişdir. Finlandiya vətəndaş müharibəsi ərzində Rahya qırmızıların ən bacarıqlı hərbi liderlərindən biri idi. Qırmızılar müharibəni uduzduqdan sonra o, ömrünün qalan hissəsini yaşayacağı Rusiya SFSR-yə qaçmış və Qızıl orduda korpus komandiri olaraq xidmət etmişdir. Eyno Rahya 1927-ci ildə Finlandiya Kommunist Partiyasının Mərkəzi Komitəsindən xaric edilmişdir. O, 1920-ci illərin əvvəllərində siyasi olaraq Qriqori Zinoviyevə yaxınlaşmışdı. Eyno Yukka Rahya və Yaakko Rahyanın qardaşı idi. Onun qardaşı Yaakko 1920 31 avqust tarixində baş verən Kuusinen Klub insidentində yaralanmışdı. Rahya 1935-ci ildə alkoqol aludəçiliyinə görə ordudan qovuldu və 1936-cı ildə haqqında ölüm hökmü çıxarıldı. Buna baxmayaraq o, edam edilmədən əvvəl, 1936-cı ilin aprelində vərəm və alkoqoldan sui-istifadəyə görə öldü.