Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konan Oziriş
Tiago Miranda (port. Tiaqo Miranda; d. 5 yanvar 1989, Lissabon, Portuqaliya) və ya səhnə adı ilə Konan Oziriş (port. Conan Osíris) — Portuqaliya müğənnisi və bəstəkarı. O, 2019-cu ildə "Telemóveis" mahnısı ilə Portuqaliyanın RTP telekanalının Avroviziya üçün təşkil etdiyi Festival da Canção müsabiqəsinə qatılmış və ifa etdiyi mahnı ilə Portuqaliyada şöhrət qazanmışdır. Nəticədə Konan festivalda qalib gələrək həmin mahnı ilə Portuqaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir. == Musiqi karyerası == 2011-ci ildə ifaçı Cathedral adlı debüt albomu ilə musiqi karyerasını başlatmışdır. Bundan başqa isə Konanın 2014-cü ildə Silk mini-albomu, 2016-cı ildə Música, Normal və 2017-ci ildə isə Adoro Bolos albomları işıq üzü görmüşdür. 2019-cu ilin mart ayında keçirilən Portuqaliyanın Avroviziya milli seçim turunda "Telemóveis" mahnısı ilə qələbə qazanmışdır. O, həmin mahnı ilə ölkəsini Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil etmişdir.
Orimif adası
Orimif — Oxot dənizində yerləşən Amur çayının məsəbində yerləşən, materikdəki Orimif burnundan 2,3 km aralıda yerləşir. Ada 2,2 km uzunluğa malikdir. Üzərini qamış və kolluqlar örtmüşdür. İnzibati cəhətdən Xabarovsk diyarının Oremif kəndi inzibati ərazisinə daxildir.
Ozmış Teqin xan
Ozmış Teqin xaqan — İkinci Göytürk xaqanlığının VII xaqanı. Bilgə Qutluq xanın devrilməsindən sonra hərc-mərclik dövrü başlamış, Basmıllar, Karluklar və Uyğurlar tərəfindən dəstəklənən İrtəriş xaqan taxta çıxmışdı. Göytürklərin bir hissəsi isə Pan Kül Teginin oğlu Ozmışı xaqan elan etmişdilər. Xaqan Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və bir ilə Çin tərəfindən məğlub edilərək qovulmuş, İrtəriş xaqan tərəfindən isə öldürülmüşdür.
Nukada no Okimi
Şahzadə Nukata (額田王, təq. 630 – təq. 690) və ya Nukata no Okimi – Asuka dövründə yaşamış Yaponiya şairəsi. Şahzadə Kaqaminin qızı və İmperator Tenmunun həyat yoldaşı olmuşdur. Yamato əyalətində yerləşən Nukata kəndində doğulduğu və Fucivara no Kamatarinin həyat yoldaşının bacısı olduğu güman olunur. Ana tərəfdən ailəsi İzumo qrupunun üzvü olmuş güclü bir klana mənsub olmuşdur. Ailəsi miflər və şifahi ənənələrlə zəngin olduğu üçün sarayda ədəbi bacarıqlarına görə fərqlənmişdir. Əvvəlcə Şahzadə Oama (gələcək imperator Tenmu) ilə evlənsə də, təxminən 658-ci ildə Şahzadə Naka no Oe (gələcək imperator Tenci) ilə evlənmişdir. Heç vaxt rəsmi saray imperatriçası statusu daşımamasının səbəbi yüksək rütbəli şinto rahibəsi olması ilə əlaqələndirilir. İmperator Tenmu üçün bir qız doğmuşdur.
Nukata no Okimi