Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Olivia Fuller
Nikole Oliva
Oliva donanma müharibəsi
Oliva donanma müharibəsi — Polşa-İsveç müharibəsi zamanı 28 noyabr 1627-ci ildə Oliva kəndinin yaxınlığında Qdansk limanının şimalında baş vermişdi. Bu Polşa kral donanmasının ən böyük dəniz döyüşü idi və kiçik İsveç donanmasının məğlubiyyəti ilə nəticələndi.
Oblivia
Oblivia (lat. Oblivia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Oblivia mikanioides (Britton) Strother Oblivia simplex (V.M.Badillo) H.Rob.
Olivaea
Olivaea (lat. Olivaea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Olivaea leptocarpa DeJong & Beaman Olivaea tricuspis Sch.Bip.
Olivin
Olivin - mineral, forsterit-fayalit fasiləsiz izomorf seriyanın üzvü, ümumi formulu - (Mg, Fe)2[SiO4]. Rombik Habitus izometrik, qısa prizmatik, yastılaşmış. İkiləşmə {100}, {011}, {012} üzrə. Ayrrılma {010}, {100} üzrə qeyri-mükəmməl. Aqreqat dənəvər. Müxtəlif çalarlı yaşıl. Sərtliyi 6,5. Xüsusi çəki ~4. Olivin tərkibində az miqdarda Mn, Ni və daha az - Co, Ca, Zn, Ti olur. Hidrotermal və aşınma proseslərində asanlıqla dəyişilir, serpentinə, xloridə və b.
Olxovka
Göyşaban (əvvəlki adı: Oxlovka) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Lənkəran rayonunun Olxovka kəndi Göyşaban kəndi adlandırılmışdır. == Toponimiyası == Keçmiş adı Gomuşavan olmuşdur. Yerli əhali arasında kəndin adı indi de belə adlandırılır. XIX əsrə aid mənbələrdə Gomuşavan haqqında məlumat verilir. Keçmişdə kəndin ərazisi geniş sucaqlıq və qamışlıq olduğundan burada çoxlu camış saxlanılırdı. Odur ki, kəndin adı da "camış saxlanılan yer" mənasında olan bu adla adlandırılmışdı. XIX əsrin ikinci yarısında Suxumidən gəlmiş Novo Afon monastırının keşişləri yaşayış məntəqəsinə Olxovka adı verdilər. Olxov bu ərazidə bitən qızılı rəngli cil bitkisinin bir növünün adıdır. İcarədar keşişlər quru balığı istehsal etmək üçün həmin bitkini yığıb yandırırdılar.
Orlovka
Orlovka (Arxangel) —
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Qorlivka
Qorlivka (ukr. Горлівка; (rus. Горловка (Gorlovka)) — Donetsk vilayətində şəhər.
Soliva
Soliva (lat. Soliva) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
İlinka
İlinka Beçile (rum. Ilinca Băcilă; 17 avqust 1998, Tırqu-Mureş[d]) — Rumıniya müğənnisi və yodelçi. O, Aleks Florea ilə birlikdə Rumıniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == 2012-ci ildə İlinka Rumıniyanın Românii au talent məharət yarışmasında iştirak etmişdir. 2013-cü ildə gənc müğənni Quattro qrupunun üzvü olaraq Rumıniyanın The X Factor musiqi yarışmasında iştirak etmişdir. Eyni zamanda İlinka 2014-cü ildə Rumıniyanın The Voice səs yarışmasında iştirak etmiş və yarışmanın yarımfinal mərhələsinədək yüksəlmişdir. Rumıniyanın TVR telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi milli seçim turunda qalib gələn İlinka "Yodel It!" mahnısı ilə Rumıniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Avroviziya səhnəsində İlinkanı Aleks Florea müşayiət etmişdir. Uzun məşqlərdən sonra İlinka və Aleks 11 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 5-ci nömrə altında səhnə almışdır. Nəticədə 174 xalla 6-cı yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdırlar.
Olivera
Olivera — ad. Olivera Despina Xatun — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Serbiya knyazı Lazar Xrebelyanoviçin qızı. Olivera Yevtiç — Serbiyanı təmsil edən marafonçu. Matias Olivera — Uruqvaylı peşəkar futbolçu.
Ceymi Oliver
Ceyms Trevor "Ceymi" Oliver (ing. James Trevor 'Jamie' Oliver; 27.05.1975, Klavering, Esseks) — ingilis aşpaz, restorator, teleaparıcı, məşhur kulinariya kitablarının müəllifi.
Columba oliviae
Columba oliviae (lat. Columba oliviae) — göyərçin cinsinə aid heyvan növü.
Konstantin Qlinka
Konstantin Dmitriyeviç Qlinka (1867–1927) — rus və sovet torpaqşünası, geoloq, professor və SSRİ EA-nın üzvü. == Elmi fəaliyyəti == Bu dövrdə torpaqşünaslığın inkişafında K. D. Qlinkanın mühüm rolu (1867–1927) olmuşdur. O, Baş Köçürmə İdarəsinin rəhbəri, Dokuçayev torpaq komitəsinin aparıcı torpaqşünası olmuşdur. Onun tərəfindən dağ süxurlarının aşınması, torpaqların genezisi, coğrafiyası və təsnifatı ilə bağlı bir sıra dəyərli işlər görülmüşdür. K. D. Qlinka torpaqşünaslığa dair 1908-ci ildə nəşrdən çıxmış və altı dəfə təkrar nəşr olunmuş fundamental dərsliyin müəllifi olmuşdur. K. D. Qlinka Novo-Aleksandriyski, Voronej və Leninqrad (indiki Sankt-Peterburq) kənd təsərrüfatı institutlarının torpaqşünaslıq kafedralarının müdiri vəzifəsində çalışmışdır. O, V. V. Dokuçayev adına Torpaqşünaslıq İnstitutunun təşkilatçılarından biri olmuşdur. K. D. Qlinka rus və sovet torpaqşünaslıq elminin ideya və metodlarının xarici ölkələrdə populyarlaşdırılmasında görkəmli rol oynamışdır. == Xarici keçidlər == Глинка Константин Дмитриевич.
Lourens Olivye
Lourens Kerr Olivye, baron Olivye (ing. Laurence Kerr Olivier, Baron Olivier; 22 may 1907[…] – 11 iyul 1989[…], Uest Sasseks[d]) — Böyük Britaniya rejissoru, prodüseri, ssenaristi və aktyorudur.
Mixail Qlinka
Mixail İvanoviç Qlinka (rus. Глинка, Михаил Иванович; 20 may (1 iyun) 1804 – 15 fevral 1857[…], Berlin[…]) — tanınmış Rusiya bəstəkarı. == Həyatı == Mixail İvanoviç Qlinka 1804-cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. Uşaqlıq illərini orada keçirmiş, Rus təbiətini müşahidə etmiş və Rus kəndlilərinin həyatı ilə yaxından tanış olmuşdur. Kiçik yaşlarından müstəqil olaraq fortepiano, skripka və fleytada çalmağı öyrənir. O, yüksək mədəniyyəti və hərtərəfli inkişafı ilə fərqlənirdi. İspan,italyan,fars və s. kimi 8 xarici dil bilirdi. 1817-ci ildə Mixail Peterburqda olan "Nəcib pansiona" daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır.
Nikolay Qlinka
Qlinka Nikolay Leonidovic == Həyatı == Polyak mənşəli qədim zadəgan nəslindən olan N.L.Qlinka Smolensk quberniyasının Poreçensk qəzasının Kovşır kəndində podporuçik Leonid Alekseyeviç Qlinkanın ailəsində 7 may 1887-ci ildə anadan olmuşdur. 1893-1900-cı illərdə Nikolay Qlinka Smolenskin Aleksandrovski qimnaziyasında təhsil almışdır. 1900-1902-ci illərdə Moskva universitetinin təbiət şöbəsinin fizika-riyaziyyat fakultəsində təhsilini davam etmişdir. Lakin 19 may 1902-ci ildə tələbələrin siyasi çıxışlarının iştirakçısı kimi universitetdən xaric edilmiş və 3 ay həbs olunmuşdu. Almaniyaya qetdikdə, Nikolay Hottinq universitetinə daxil olmuş və orada 1905-ci ildə kimya üzrə ibtidai elm dərəcəsi almışdır. Həmin ildə o M.D.U.-nə bərpa olundu və 1908-cu ildə I dərəcəli diplom ilə universiteti bitirdikdən sonra kimya kafedrasında saxlanılırmışdır. 1911-ci ildə öz rəhbəri N.D.Zelinski və 3 müəllim yoldaşları ilə istefa verərək universiteti tərk etdilər. Bu, onların xalq təhsili naziri L.A.Kassonun özbaşınalığına qarşı etiraz idi. 1912-1924-cü illərdə N.L.Qlinka Podolskda real kollecdə müəllimlik etmiş, orada kimya laboratoriyasını təşkil etmişdir, məktəbdə kimyanın öyrənilməsinin yeni metodikalarını inkişaf etdirmişdir və onların tətbiqi ilə çox ciddi məşqul olmuşdur. 1918-ci ildə kollec məktəb kimi fəaliyyətə başlamışdır (hal-hazırda Podolsk Bələdiyyə ümummitəhsil təşkilatı ̶ “Lisey №1”) və N.L.Qlinka onun direktoru olmuşdur.
Oliver Bias
Oliver Bias (15 iyun 2001-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Leypziq === Bias Erzgebirge Aue akademiyası vasitəsilə inkişaf etmişdir. Bias öz peşəkar karyerasında debütünü 2 avqust 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 64-cü dəqiqədə İbrahima Konateni əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 2 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Oliver Birhoff
OliverBirhoff (alm. Oliver Bierhoff‎; 1 may 1968[…], Karlsrue, Baden-Vürtemberq) — Karyerasını bitirmiş Alman futbolçu. Hücumçu mövqeyində çıxış edib. Hal hazırda Almaniya milli komandasının meneceridir. 1996-cı ildə keçirilmiş Avropa çempionatında ulduzu parlayıb. Klub karyerasında daha çox İtaliyanın Udineze və Milan klubundakı çıxışları ilə tanınıb.
Oliver Hart
Oliver Hart (ing. Oliver Simon D'Arcy Hart; 9 oktyabr 1948, London) — amerikan iqtisadçı. 2016-cı ildə Benqt Holmströmlə birlikdə Müqavilə nəzəriyyəsi ilə bağlı apardığı tədqiqatlara görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == İlk illəri == == Təhsili və Karyerası == == Mükafatları == === İqtisadiyyat üzrə Nobel mükafatı === == Həmçinin bax == İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı == Xarici keçidlər == Oliver Hart's home page at Harvard Oliver Hart - Facts == Ədəbiyyat siyahısı == === Kitabları === Firms, Contracts, and Financial Structure (Oxford University Press, 1995). === Seçilmiş məqalələri === "On the Optimality of Equilibrium when the Market Structure is Incomplete", Journal of Economic Theory, December 1975, 418–443 "Takeover Bids, the Free-rider problem, and the Theory of the Corporation" (with Sanford J. Grossman), Bell Journal of Economics, Spring 1980, 42–64 "An Analysis of the principal–agent problem" (with Sanford J. Grossman), Econometrica (January 1983) 7–46. "The Market Mechanism as an Incentive Scheme," Bell Journal of Economics, 14 (Autumn 1983) 366-82. "The Costs and Benefits of Ownership: A Theory of Vertical and Lateral Integration" (with Sanford J. Grossman), Journal of Political Economy, August 1986, 691–719. "One Share-One vote and the Market for Corporate Control" (with Sanford J. Grossman), Journal of Financial Economics, 1988 "Incomplete Contracts and Renegotiation" (with John Hardman Moore), Econometrica 56(4) (July 1988). "Property Rights and the Nature of the Firm" (with John Hardman Moore), Journal of Political Economy 98(6) (1990). " A Theory of Debt Based on the Inalienability of Human Capital " (with John Hardman Moore), Quarterly Journal of Economics, November 1994, 841–879 "The Proper Scope of Government: Theory and an Application to Prisons" (with Andrei Shleifer and Robert W. Vishny), Quarterly Journal of Economics 112(4) (1997) 1126–61.
Oliver Kan
Oliver Rolf Kan (Almanca tələffüz: [ˈɔlɪvɐ ˈkaːn]; d. 15 iyun 1969) — alman futbol qapıçısı, dörd dəfə dünya və Avropanın ən yaxşı qapıçısı (1999, 2000, 2001, 2002), iki dəfə Almaniyanın ən yaxşı qapıçısı (2000, 2001), beş dəfə Bundesliqanın ən yaxşı qapıçısı (1994, 1997, 1998, 1999, 2001), 2002 FİFA Dünya Kubokunun ən yaxşı qapıçısı və futbolçusu. O, karyerasına "Karlsrue" komandası ilə başlamışdır. İlk peşəkar qarşılaşması 1987-ci ildə olmuşdur. 1994-cü ildə 4,600,000 alman markı qarşılığında karyerasına sona qədər davam edəcəyi "Bayern Münhen"-ə transfer olmuşdur. Səkkiz Bundesliqa, altı Almaniya kuboku, bir UEFA Kuboku (1996), UEFA Çempionlar Liqası (2001), Qitələrarası kubok (2001) çempionluğu yaşayan Kan, Almaniya futbolunun tez bir zamanda yetişdirdiyi ən yaxşı futbolçularından biri olmuşdur. Fərdi oyunda göstərdiyi səylər ona ardıcıl dörd UEFA Avropanın ən yaxşı qapıçısı, üç dəfə İFFHS Dünyanın ən yaxşı qapıçısı, iki dəfə də Almaniyada ilin futbolçusu mükafatını qazandırdı. 2002 FİFA Dünya Kubokunda Qızıl Top mükafatını qazandı. Bu mükafatın ilk və tək laureatı qapıçı Oliver Kandır. 1994-cü ildən 2006-cı ilə qədər Almaniya milli futbol komandasında oynayan Kan, Andreas Köpkenin milli komandanı buraxmasından sonra sahəyə ilk 11-də çıxmağa başladı.
Oliver Kromvel
Oliver Kromvel (ing. Oliver Cromwell; 25 aprel (5 may) 1599[…] – 3 (13) sentyabr 1658[…]) — İngiltərə burjua inqilabının başçısı. 1643-1650-ci illərdə Parlament ordusunun general-leytenantı. 1650-1653-ci illərdə Lord-General, 1653-1658-ci illərdə İngiltərənin, İrlandiyanın və Şotlandiyanın Lord-Protektoru. 3 sentyabr 1658-ci ildə malyariyadan və ya zəhərlənmədən həlak olub. Ölümündən sonra qəbirindən çıxarılaraq asılıb daha sonra isə şaqqalanıb (İngiltərədə vətən xainləri üçün nəzərdə tutulmuş cəza). == Bioqrafiya == Oliver Kromvel 1599-cı ildə Kembricdə mülkədar Puritan ailəsində doğulub. Xatinqdondakı məktəbdə təhsil alır, 1616-1617-ci illərdə Sidney Sasseksa kollecində təhsilin davam etdirir. Vətəndaş müharibəsindən qabaq Oliver Kromvel adi Skvayr-Mülkədar idi. Hüquq fakultəsini tərk edəndən sonra Mülkədar qızı ilə evlənməyə məcbur oldu.
Oliver Ridel
Oliver 'Ollie' Riedel (d. 11 aprel 1971) — Rammstein adlı Alman metal musiqi qrupunun bas gitaristidir. == Həyatı == === İlk illəri === Ridel Almaniyanın Şverin şəhərində anadan olmuşdur. Uşaqlıqda Oliver bacarıqlı bir şagird deyildi. Xüsusilə gənclik illərində çok utancaq idi. Dostları tez-tez parti təşkil etsələr də, Oliver daha çox digərləri ilə vaxt keçirirdi. === Musiqi karyerası === 1990-cı ildə 19 yaşında The Inchtabokatables adlı qrupda bass gitara çalmağa başlayır. 1994-cü ildə Ridel, Till Lindeman, Rixard Kruspe və Kristof Şnayder, Berlin Senate Metro adlı musiqi yarışmasında qalib gəldilər. Mükafat olaraq peşəkar 4 demo musiqi parçası yazmağa haqq qazandılar. Paul Landers və Kristian Lorenz də qrupda qatıldıqdan sonra Rammstein adlı qrup yaradılır.