Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamen Opasnosti adası
Kamen Opasnosti adası — Saxalin adasının cənub-şərqində yerləşən Krilon burnundan 14 aralıda yerləşir. Ada Oxot dənizində Laperuz boğazında yerləşir. Öz növbəsində qayalıqdan ibarət olan adadır. Adanın uzunluğu 150 m, eni isə 50 m təşkil edir. Hündürlüyü 7,9 metrdir. Avropalılar ilk dəfə bu ada ilə 1787-ci ilin avqustunda Jan Fransua de Laperuzun ekspedisiyası zamanı tanış olmuşdur. Fransızlar adanı Təhlükəli (fr. La Dangereuse) olaraq adlandırmışlar. Laperuza boğazını xüsusi ilə yay ayları duman basdığından gəmilər üçün böyük təhlükə yaranır. Buradan keçmək məqsədilə dənizçilər dəniz şirlərinin səslərinə qulaq asmalı olurdular.
Qlasnost
Qlasnost (rus. гла́сность) və ya Aşkarlıq — SSRİ-nin son dövründə Mixail Qorbaçovun liderliyində ölkədə xüsusilə iqtisadi problemlərə son vermək məqsədiylə tətbiq siyasətlərin hamısına verilən addır. 1985-ci ildə tətbiq olunmağa başlamış, SSRİ-nin dağılmasıyla sona çatmışdır.