Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daniel Opritsa
Daniel Opritsa (10 avqust 1981) – Rumıniya futbolçusu. == Həyatı == Daniel Opritsa 1981-ci il avqustun 10-da Dregeneşti-Olt şəhərində anadan olub. == Karyerası == Daniel Orpitsa karyerasına Reşitsa klubunda başlayıb. 2002-ci ilə qədər bu klubun şərəfini qoruyub, 33 matçda 7 qol vurub. Daha sonra Styaua Buxarest klubuna transfer olunan hücumçu karyerasının ən parlaq dövlərini məhz burada keçirib. Buxarest klubunda keçirdiyi 5 mövsümdə 107 matçda forma geyib və 15 qola imza atıb. Daha sonra Dinamo Buxarest klubuna yollanan forvard burada yalnız 5 matçda meydana çıxıb. 2008-ci ildə UTA Arad klubunun heyətində çıxış edib. Burada da çox qalmayan (6 oyun) futbolçu ardınca İspaniyada legioner həyatı yaşayıb. Amma onun İspaniya macərası çox çəkməyib.