TƏKYƏ

1
сущ. устар.
1. опора, подставка
2. перила. Eyvanın təkyəsi перила балкона; təkyə etmək:
1) облокачиваться, облокотиться
2) подпирать, подпереть. Əlilə üzünü təkyə etmək подпереть рукой лицо
3) основываться на ч ём-л., ссылаться на что-л. ; опираться на что-л. Məlumatlara təkyə etmək основываться на сведениях (ссылаться, опираться на сведения), faktlara təkyə etmək ссылаться, опираться на факты
2
сущ.
1. моление дервишей и мюридов
2. траур. Təkyə saxlamaq:
1) держать траур
2) соблюдать траурные обряды
TƏKYEYİ-KƏLAM
TƏKYƏDAR
OBASTAN VİKİ
Təkyə
Təkyə (bina)
Təkyə (Komican)
Təkyə (fars. تكيه‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 18 ailədə 27 nəfəri kişilər və 28 nəfəri qadınlar olmaqla cəmi 55 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Təkyə (bina)
Təkyə (əsli fars dilində تَکْیه təkyə sözündəndir; osman. تَكْیه tekye; türk. tekke; urdu تَکْیہ təkyə; ərəb. تَكِيَّة‎ takiyya) — təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. XVI əsrdə İranda Səfəvilərin əhalini şiələşdirməsindən sonra təkyələr hüseyniyyələr kimi istifadə edilmişlər.
Təkyə (Şabran)
Təkyə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Təkyə kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu) — Azərbaycan rəssamı.
Dizac-i Təkyə (Urmiya)
Dizac-i Təkyə (fars. ديزج تكيه‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 737 nəfər yaşayır (204 ailə).
Təkyə-ye Süfla (Qürvə)
Təkyə-ye Süfla (fars. تكيه سفلي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 102 nəfər yaşayır (24 ailə). Əhalisini kürdlər təşkil edir.
Təkyə-ye Ülya (Qürvə)
Təkyə-ye Ülya (fars. تكيه عليا‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Süleymaniyyə təkyəsi
Süleymaniyyə təkyəsi (ərəb. التكيّة السليمانيّة‎ ət-təkiyyə s-süleymaniyyə; türk. Süleymaniye Külliyesi) — Dəməşqdə yerləşən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Süleymaniyyə təkyəsi məscid, imarət, Səlimiyyə mədrəsəsi adlı mədrəsə və qəbiristanlıqdan ibarətdir. Məscid və imarət Sultan Süleyman Qanuninin tərəfindən 1554–1559-cu illərdə Memar Sinanın layihəsi əsasında inşa etdirilmişdir. Səlimiyyə mədrəsəsi 1566-1567-ci illərdə (II Səlimin dövründə) inşa edilmişdir. Süleymaniyyə təkyəsi klassik Osmanlı memarlığının örnəklərindən biridir. Sultan VI Mehmed Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunmuşdur.
Səlimiyyə təkyəsi
Səlimiyyə təkyəsi (ərəb. التكيّة السليميّة‎ ət-təkiyyə s-səlimiyyə) — I Səlimin tərəfindən 1518-ci ildə Dəməşqdə inşa etdirilən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Səlimiyyə təkyəsi məscid və imarətdən ibarətdir. Məscid İbn Ərəbi türbəsinin yerində inşa edilmişdir. Səlimiyyə təkyəsi Süleymaniyyə təkyəsindən daha qədimdir.
Dövlət təkyəsi
Dövlət təkyəsi vəya Təkyeyi-dövlət (farsca: تَکْیهٔ دَوْلَت takye-ye dowlat) Tehranda yerləşən İran təkyələrindən biri idi. 1873-cü ildə Nasirəddin şah Qacar tərəfindən tikilmişdir. 1873-cü ildə tikilən və 1946-cı ildə məhv edilən bu təkyə vaxtilə İranın ən böyük təkyəsi olmuşdur. Təkyənin memarı Hüseynəli Mehrin idi. 1946-cı ildə hökumət təkyəni sökmək qərarına gəlmişdir.
İran təkyələri
İranda çoxlu təkyələr (fars. تَکْیه‌ها‎) mövcud olsalar da, lakin onlar dərvişlər tərəfindən istifadə olunmurlar. Onlar daha çox hüseyniyyələr kimi istifadə olunurlar. XVI əsrdə Səfəvilərin əhalini şiələşdirməsindən sonra İran təkyələri hüseyniyyələr kimi istifadə edilmişlər. Yəzd Mir Çaxmaq təkyəsi, Kirmanşah Müavinülmülk və Bəylərbəyi təkyələri İranda tanınmış təkyələr sırasındadırlar. Dövlət təkyəsi 1870-ci illərdə Nasirəddin şah Qacar tərəfindən tikdirilmişdir. Bu bina 1946-cı ildə sökülmüşdür. XIX əsrin ikinci yarısında isə İstanbuldakı İranlı şiələr "Hüseyniyyə təkyəsi" adlı "Azadari məbədi" tikməyə çalışmışdırlar.

Значение слова в других словарях