Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dnepropetrovsk Oblastı
Dnepropetrovsk vilayəti, (ukr. Дніпропетровська область / Dnepropetrovska oblast) Ukraynada ərazi vahidi (vilayət). Dnepr çayı vilayəti iki yerə bölür. Vilayət mərkəzi Dnipro şəhəridir.
Qiymətlər oblastı
Funksiyanın qiymətlər oblastı — onun ala biləcəyi qiymətlər çoxluqdur. Tutaq ki, F {\displaystyle F} funksiyası X {\displaystyle X} çoxluğunu Y {\displaystyle Y} çoxluğuna qarşı qoyur. Bu zaman Y {\displaystyle Y} çoxluğu F {\displaystyle F} funksiyasının qiymətlər oblastı adlanır.
Təyin oblastı
Funksiyanın təyin oblastı — onun təyin olunduğu çoxluqdur. Funksiyanın təyin oblastı x-in ala biləcəyi qiymətlər çoxluğudur. Tutaq ki, F {\displaystyle F} funksiyası X {\displaystyle X} çoxluğunu Y {\displaystyle Y} çoxluğuna qarşı qoyur. Bu zaman X {\displaystyle X} çoxluğu F {\displaystyle F} funksiyasının təyin oblastı adlanır.
Oleski qəsri
Oleski qəsri (ukr. Олеський замок, pol. Zamek w Olesku) — XIV-XVII əsrlərə aid Lvov vilayətinin (Ukrayna) Olesko Busskoqo rayonu yaxınlığında memarlıq abidəsi. Podqoretsi və Zoloçev qəsrləri ilə birlikdə, o, "Lvov bölgəsinin qızıl nalı"nı təşkil edir. Həmçinin burada Reç Pospolita kralı - Yan III Sobieski anadan olub. == Tarixi == Olesk qəsrinə yaxın ilk məskunlaşma yeri e.ə. 700-600-ci illərdə mövcud olmuşdur. X-XII əsrlərdə qədim rus qəsri qala altında qalmışdır. Oleski qəsri Qalisiyanın ən qədim binalarından biridir. O, Valaxiyadan Macarıstanıstana gedən Volın şəhəridə köhnə ticarət yollarının kəsişməsində tikilmişdir və bu ərazinin açarı kimi xidmət etmişdir.
Plessi döyüşü
Plessi döyüşü, 23 iyun 1757-ci ildə baş vermişdir. Döyüş Yeddi İllik Müharibənin bir hissəsi kimi baş vermişdir. Döyüşün sonunda Robert Klayvın başçılıq etdiyi ingilislər Benqal navabını və onların fransız müttəfiqlərini məğlub etmiş və beləliklə də Şərqi Hindistan şirkətinə Benqal üzərində nəzarəti ələ keçirməyə və Hindistanda mühüm hərbi və siyasi gücə çevrilməyə nail olmuşdurlar. Benqal ərazisi Şərqi Hindistan şirkəti tərəfindən ilhaq edilmişdir. Beləliklə, Hindistanda şirkət idarəçiliyi 1757-ci ildə Plessi döyüşü ilə effektiv şəkildə başlamış və 1858-ci ilə qədər davam etmişdir. Sipahilər üsyanının gedişatı zamanı, yəni 1858-ci ildə qəbul edilən "Hindistan Hökumət Aktı" ilə administrasiya Müstəmləkə Hindistanına keçmişdir.
Üz-üzə (povesti)
"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti. == Mövzusu == "Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insan və cəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur. == İdeyası == Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır.
Ləşti-Nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Le-Plessi-Buşar
Le-Plessi-Buşar (fr. Le Plessis-Bouchard) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Boşam. Əhalisi — 7.666 nəfər (2008). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimal-qərbdə, Serji belediyyənin 14 km şərqdə yerləşir.
Le-Plessi-Qasso
Le-Plessi-Qasso (fr. Le Plessis-Gassot) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Ekuan. Əhalisi — 75 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 21 km şimalda, Serji belediyyənin 26 km şərqdə yerləşir.
Şəhzadə və Dilənçi (povesti)
== Haqqında == “Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir. “Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır. == Qısa məzmun == Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? == Yazıçı haqqında == Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-nin Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.Oxuculara daha çox "Şahzadə və dilənçi" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır.