Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oqustin Jerar
Oqüsten Jerar (fr. Augustin Gérard; 2 noyabr 1857, Dünkerk – 2 noyabr 1926) — Fransa baş diviziyasının generalı. == Həyatı == İlk vacib təyinatı Madaqaskarda general Jozef Qallieni baş qərargahının rəhbəri olmaq idi. 1912-ci ilin may ayında 41-ci piyada diviziyasının komandiri oldu və Birinci Dünya müharibəsinin başlamasından sonra II hərbi korpusa rəhbərlik etdi. Bu korpusa rəhbərlik etdiyi müddətdə Arden əməliyyatında və Marna döyüşündə iştirak etdi. 24 iyul 1915-ci ildə daha sonsralar Səkkizinci ordu adlandırılan Lotaringiya ordusunun komandiri oldu. 31 mart və 31 dekabr 1916-cı il tarixləri arasında Birinci ordunun vəzifəsini icra edirdi, sonra isə müharibənin sonuna qədər Səkkizinci orduya rəhbərlik etdi. 21 oktyabr 1919-cu ildə təqaüdə çıxmasına qədər Reynlandın müttəfiq qüvvələr tərəfindən işğalının ilk dövründə Səkkizinci orduya komandirlik etdi. Bu dövrdə separatçı hərəkatını dəstəklədi və müstəqil Pfalç respublikasının meydana gəlməsini müdafiə etdi.1926-cı ildə vəfat etdi və Parisdə Əlillər Evi məzarlığında dəfn edildi.
Jan-Kevin Oqustin
Jan-Kevin Oqustin (16 iyun 1997-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Pari Sen-Jermen === Oqustin öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 8 aprel 2015-ci ildə etmişdir. O, 88-ci dəqiqədə Sent-Etyen klubu ilə qarşılaşmada Xavyer Pastoreni əvəz etmişdir. Park des Prinsesdə keçirilən görüşdə Pari-Sen Jermen Fransa Kubokunun yarımfinal mərhələsində Sent-Etyenə 4-1 hesabı ilə qalib gəlmişdir.O, Monrealın Stad Saputo stadionunda keçirilən 2015 Fransa Superkuboku görüşündə 63-cü dəqiqədə Edinson Kavanini əvəz etmişdir. Həmin görüşdə PSJ Olimpik Lion klubuna 2-0 hesabı ilə qalib gəlmişdir.19 noyabr 2016-cı ildə Oqustin Liqa 1-də Nant klubu ilə oyunda mövsümdə ilk dəfə olaraq qol ötürməsi vermişdir. O bu ötürməni 13-cü dəqiqədə Anxel Di Mariyaya vermişdir. Həmin görüşdə klubu 2-0 hesabı ilə qələbə qazanmışdır. === RB Leypziq === 6 iyul 2017-ci ildə Jan-Kevin Oqustin Pari Sen-Jermen klubundan ayrılaraq €13 milyon qarşılığında RB Leypziq klubu ilə beş illik müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 21 Dekabr 2016 tarixində yenilənib1 Fransa Superkuboku görüşləri daxildir. == Şəxsi həyatı == Oqustinin valideynləri Haiti vətəndaşıdır.