Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karles Puyol
Karles Puyol Saforkada 1978-ci il aprelin 13-də dünyaya göz açmışdır. Karles Puyol öz dövrünün ən yaxşı müdafiəçilərindən biri kimi hesab edilir. == Klub karyerası == Karles Puyol futbol karyerasına doğulduğu bölgənin La Pobla de Sequr adlı klubunda qapıçı olaraq başlamışdır. Lakin, çiynindəki zədə ilə bağlı olaraq sonradan hücumçu kimi çıxış etməyə başladı. 1995-ci ildə o Barselona'nın gənclərdən ibarət komandasına qoşuldu və orada müdafiəyə meylli yarımmüdafiəçi mövqeyində çıxış edirdi. 1997-ci ildə Barselona B-də çıxış etməyə başladı və burada o sağ cinah müdafiəçisi mövqeyində oynayırdı. 1999-cu ildə Barselona'nın baş məşqçisi onu əsas komandaya gətirdi. Puyol əsas komandada debütünü 1999-cu il oktyabrın 2 Real Valyadolid'ə qarşı oyunda edib. Daha sonralar o müdafiənin mərkəzində də çıxış edirdi. 2002-ci ildə o UEFA tərəfindən "Avropanın ən yaxşı sağ cinah müdafiəçisi" mükafatına layiq görüldü.
Pubol qəsri
Pubol qəsri və yaxud Qala-Dali qəsri (isp. Castillo de Púbol или Castillo Gala-Dalí, kat. Castell de Púbol или Castell Gala-Dalí) – İspaniyanın Jiron vilayətinin (Kataloniya) Pubol kəndində yerləşən XI əsrə aid qəsr. Orta əsrlərdə Pubol baronluğunun mərkəsi olsa da, XX əsrin 70-ci illərindən 1982-ci ildə markiz de Pubol titulu almış ispan rəssamı Salvador Dalinin, həyat yoldaşı Qalanın iqamətgahı olmuşdur. == Memarlığı == Pubol qəsri La-Pera bələdiyyəsinin mərkəzi bölgəsində ən hündür nöqtədə yerləşir. Pubol qəsrinin memarlıq ansamblına daxildir: bağ divarı ilə əhatələnmiş saray-malikanə, Pubollu Müqəddəs Pyotr kilsəsi. Ətrafda bir-birinə sıx yerləşmiş və qala divarının qalıqlarını qoruyan taxta evlər vardır.. İndiki görkəminin əsas xarakterləri – dar və yüksək daxili həyətin (patio) ətrafında üçqanadlı əsas tikililər və üç mərtəbə yerləşmişdir. XIV əsrin ikinci yarısı- XV əsrin əvvəllərində Pubol baronluğu dövründə çiçəkləmə dövrünü yaşamışdır. Daxili həyəti İntibah qotikası dövrünün orijinal elementlərinin çox hissəsini özündə qoruyub saxlayır..
Xuan Puyol
Xuan Puyol Qarsia (isp. Juan Pujol García; 14 fevral 1914, Barselona – 10 oktyabr 1988, Karakas) — II Dünya müharibəsi dövründə ikitərəfli agent. Ona görə də onun adı dünyanın məşhur casusları sırasına düşüb. == Həyatı == Xuan Puyol 1912-ci ildə Barselonada doğulub. O, uşaqlıq yaşlarından daha çox casus romanları, detektiv hekayələrlə maraqlanırdı. Xuan Puyol evdə oturaraq müxtəlif qeyri-adi casusluq hiylələri düşünüb hazırlayırdı. Bir gün o, casus olmaq qərarına gəlir və ingilis kəşfiyyatına bu istəyi ilə bağlı müraciət göndərir. İngilis kəşfiyyatı isə bu macəra həvəskarına bel bağlamır və onun bu təklifini rədd edir. Ancaq Xuan bu cavabdan təəssüflənmir və casusluq etmək üçün başqa yollar axtarmağa başlayır. Bir dəfə Xuan Puyol alman səfirliyinə müraciət edir və qatı nasist olduğunu, alman kəşfiyyatında işləmək istədiyini bildirir.