Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Orue
Orue (fr. Aurouër) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor (Alye) kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03011. 2008-ci ildə əhalinin sayı 375 nəfər təşkil edirdi. 2007-ci ildə 231 yaşda olan (15-64 yaş arasında) 180 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.9%, 1999-cu ildə 73.8%). Fəal 180 nəfərdən 173 nəfəri (93 kişi və 80 qadın), 7 nəfəri işsizdir (1 kişi və 6 qadın). Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Klod Jozef Ruje de Lil
Klod Jozef Ruje de Lil (fr. Claude Joseph Rouget de Lisle; 10 may 1760, Lon-le-Sonye, Yura departamenti — 26 iyun 1836, Şuazi-le-Rua, Sena və Uaza departamenti ) — fransız şairi və bəstəkarı, 1792-ci ildə "Marselyeza" inqilabi himninin sözlərini və musiqisini yazmışdır. == Həyatı == Klod Jozef Ruje de Lil 10 may 1760-cı ildə Yura departamentinin Lon-le-Sonye şəhərində anadan olmuşdur. Valideynləri burjua təbəqəsinin nümayəndələri idi. O, Klod-İqnati Ruje və Janna Madlen Qayandın səkkiz övladından yaşca böyüyü idi. Musiqiyə həvəsi hələ uşaqlıq illərindən özünü göstərmişdir: ailəsinin də yaşadığı Montegü kəndinin meydanında sərgərdan musiqiçilər konsert verməyə gəlmişdilər. Həmin konsertdən alınmış təəssürat o qədər böyük olur ki, balaca oğlan həmin musiqiçilərdən ayrıla bilmir və onları xeyli uzaqlara qədər ötürür. Hətta evdə onun itkin düşdüyünü fikirləşirlər. Atası onu hərbi məktəbə hazırlayırdı, elə bu məqsədlə də Klodu yerli kollecə göndərirlər. Valideynləri ona musiqi ilə yalnız – skripkada həvəskar səviyyədə ifa etmək hüdudunda məşğul olmağa icazə verirdi.