Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsmələr
Əsmələr — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Əsmələr kəndi Maşaver çayının sol sahilində, avtomobil yolunun kənarında, rayon mərkəzindən 7 km şərqdə, dəniz səviyyəsindən 445 m hündürlükdə yerləşir. 1870-ci ildə 6 ailədə 40 nəfər, 1918-ci ildə 66 nəfər, 1926-cı ildə 8 ailədə 43 nəfər, 2002-ci ildə 91 ailədə 286 nəfər, 2006-cı ildə 91 ailədə 268 nəfər.
Oselot
Oselot (lat. Leopardus pardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Oselotun başdan quyruğa qədər bədəninin uzunluğu 100–140 sm, hündürlüyü 50 sm-ə qədər, kütləsi 10-16 kq olur.
Skelet
Skelet (qəfəsə, ələngə) — canlı orqanizmlədə dayağı təmin edən bioloji sistem. Daha geniş mənada qeyri bioloji sistemlərin də əsas dayağı ola bilər. Məsələn, körpülərdə və binalarda da skelet mövcuddur. Skeletlər əsasən 3 qrupa bölünür: xarici (ekzoskelet), daxili (endoskelet) və maye (hidroskelet).
Omlet
Omlet (fr. omelette) — fransız yeməyi olub yüngül qarışdırılmış toyuq yumurtasından tavada qızardılmaqla hazırlanır. Fransız omleti heç bir əlavəsiz tavaya tökülmüş yumurta qarışığının bir üzü kərə yağında qızardıldıqdan sonra ortadan iki bölünərək ya da dürüm şəklində süfrəyə verilir. Bu cür yemək demək olar ki beynəlmiləl olub müxtəlif xalqların mətbəxində müxtəlif cür adlandırılır. Məsələn, italyanlarda "it. frittata", yaponlarda "omu-raysu" və "omu-soba", ruslarda süd, un və kartof qarışıqlı rus. дрoчёна, azərbaycanda "qayqanaq" və.s.
Ösbəleş (Auırqazı)
Üçbəleş (başq. Өсбәлеш, rus. Усть-Белишево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 36 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 4 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 6 km.
Dolabda skelet
Dolabda skelet - Şəxs haqda gün üzünə çıxması problemlər yarada biləcək faktları ifadə edən idiom. Məsələn, evdə gizli saxladığınız cəsəd o qədər müddət çürüməyə məruz qalıb ki artıq dolabı açdıqda onun sadəcə sümükləri ilə qarşılaşırsınız. Dolabda skelet ifadəsi ilk dəfə 1816-cı ildə aylıq olaraq nəşr edilən the eclectic review jurnalında işlədilmişdir.
Skelet (insan)
İnsan skeleti — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır. Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır. Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, ölçüyə, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olmayàraqsümük toxumasından təşkil olunmuşdur.
Şkafda skelet
Dolabda skelet - Şəxs haqda gün üzünə çıxması problemlər yarada biləcək faktları ifadə edən idiom. Məsələn, evdə gizli saxladığınız cəsəd o qədər müddət çürüməyə məruz qalıb ki artıq dolabı açdıqda onun sadəcə sümükləri ilə qarşılaşırsınız. Dolabda skelet ifadəsi ilk dəfə 1816-cı ildə aylıq olaraq nəşr edilən the eclectic review jurnalında işlədilmişdir.
Skelet gölü
Roopkund (yerlilər arasında Sirli göl və ya Skelet gölü kimi tanınır) — Hindistanın Uttarakhand əyalətinin Trisul massivində, yüksək hündürlükdə yerləşən buzlaq gölü. Himalay dağlarında yerləşən gölün ətrafında yaşayış yoxdur və təqribən 5020 metr (16,470 fut) hündürlükdə yerləşir. Buzlaqlarla örtülmüş qayalar və qarlı dağlarla əhatə olunmuşdur. Roopkund məşhur trekkinq yeridir. Gölün ölçüsü müxtəlif dövrlərdə əhəmiyyətli dərəcədə dəyişir, lakin onun diametri nadir hallarda 40 metrdən çox olur və həmçinin qışda donur. Təxminən üç metr dərinliyi olan Roopkund gölü kənarında tapılan yüzlərlə insan skeleti ilə məşhurdur. Qar əriyəndə insan skeletlətlərinin qalıqları gölün dibində görünür. 2015-ci ildə 82 skelet qalığında aparılan genetik və bioloji analizlərdən məlum olub ki, fərdlərin əksəriyyəti eramızın 8-ci əsrində, qalanları isə 9-cu əsrdə yaşamış kişilərdir. Qarşılaşdırılmış genetik analizlər göstərdi ki, 8-ci əsrdə ölən fərdlər genetik cəhətdən iki fərqli qrupda aiddirlər. Əksəriyyət müasir Avropa və Yaxın Şərq populyasiyalarına genetik yaxınlıq göstərsə də, digər qrup isə Şimali Hindistan Himalaylarından olan Avstroasiya əhalisi ilə yaxın haploqrupları bölüşürdü.
Skelet əkizlər
Skelet əkizlər (ing. The Skeleton Twins) — Kreyq Consonun 2014-cü ildə ekranlara çıxan komediya-dram janrındakı ABŞ filmi. Əkiz qardaşı Milonun intihara cəhdindən sonra Meqqi ona öz evində qalmaq təklifi edir. Onlar birlikdə daha çox vaxt keçirdikcə, qırılan bağları sağalmağa və güclənməyə başlayır. Bill Hader — Milo Dean Kristen Wiig — Maggie Dean Luke Wilson — Lance Ty Burrell — Rich Levitt skeletontwinsmovie.com — Skelet əkizlər rəsmi saytı Skelet əkizlər — Internet Movie Database saytında.
Əzələ-skelet sistemi
Dayaq və hərəkət sistemi — İnsan skeletinin sümükləri birləşdirici toxumanin bir növü olan sümük toxumasından təşkil olunmuşdur. Sümük toxumasından sinirlər və qan damarları keçir. Onun hüceyrələrinin çıxıntıları vardır. Sümük toxumasının 2/3 hissəsi hüceyrəarası maddədən ibarətdir. O bərk və sıx olub xassəsinə görə daşa oxşayır. Sümük hüceyrələri və bunların çıxıntıları içərisində hüceyrəarası maye ilə dolmuş çox xırda "kanalciqlarla" əhatə olunmuşdur. Sümük hüceyrələri kanalcıqların hüceyrəarsı mayesi vasitəsilə qidalanır və tənəffüs edir. Dayaq hərəkət sistemini sümüklər və əzələlər təşkil edir. Əzələlər bu sistemin fəal hissəsi olub sümükləri hərəkətə gətirir. Sümüklər isə nisbətən passiv hissəsi olub daha cox dayaq funksiyası yerinə yetirir.