İnsan skeleti — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır.
Skelet | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır.
Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, ölçüyə, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olmayàraqsümük toxumasından təşkil olunmuşdur.[1] Bundan əlavə sümükdə başqa toxumalardan təşkil olunmuş törəmələr: sümüküstlüyü, sümük iliyi, damarlar və sinirlər də vardır. Sümüküstlüyü sümüyü xaricdən örtür, sümük iliyi isə onun daxilində yerləşir. Sümüyün oynaq səthləri qığırdaqla örtülü olur. Sümüklər bir-biri ilə birləşdirici toxuma ilə birləşib skeleti əmələ gətirirlər.
Canlı sümüyün rəngi çəhrayı, maserasiya edilmiş, cansız sümüyün rəngi isə ağ olur. Sümük uzun müddət torpaqda qalarsa kül, qumsal yerdə qalarsa kərpici, bataqlıqda qalarsa yaşıl və ya qara rəng alar. Sümüklərin zahiri forması irsi xüsusiyyətdən başqa daşıdığı[2] funksiyadan və əzələ fəaliyyətindən də asılıdır. Əzələlərin dartma qüvvəsi nəticəsində sümüklərin üzərində əzələ bağlanan yerdə hündürlüklər (çıxıntılar, qabarlar və s.) və ya çuxurcuqlar əmələ gəlir. Əzələ nə qədər çox inkişaf edərsə sümük hündürlükləri bir o qədər çox nəzərə çarpar. Sümüklərin formasına əzələ amillərindən başqa xarici orqanların (damar, sinir kötükləri, vəzilər) təzyiqi də təsir edir. Bu zaman onların üzərində şırım, oyma, dəlik və s. əmələ gəlir.
Forma cəhətcə sümüklər dörd qrupa bölünür:
Borulu sümüklər uzun borulu və qısa borulu sümüklərə bölünür
Belə sümüklər sürətlə hərəkət edilən yerdə olub, böyük ölçülərə malik olurlar və ling funksiyası daşıyırlar. Hər bir uzun sümüyün iki ucu – epifizi və diafizi[3] (orta hissəsi) var. Diafizin daxilində sümük iliyinə məxsus kanal vardır. Kanalın olması belə sümüklərə boru şəkli verdiyi üçün onlar borulu sümüklər də adlanırlar. Epifizlərin biri kürəyə bənzəyib baş – caput, digəri hündürlük təşkil edib kondilus adlanır və üzəri oynaq qığırdağı ilə örtülüdür. Epifiz üzərində əzələ və vətərə məxsus hündürlüyə apofiz, epifizin diafizinə keçən yerinə isə metafiz deyilir. Sümüklər metafizin hesabına uzununa böyüyürlər.
Bunların bütün ölçüləri təxminən bərabərdir və az dərəcədə hərəkət, elastiklik, möhkəmlik tələb olunan yerdə olurlar (fəqərələr, bilək və ayaq daraqarxası sümüklər).
xarijdən sıx maddənin nazik qatı ilə örtülmüş süngəri maddədən təşkil olunmuşdur. Bu sümüklərə vətərlərin içərisinə olan sesamoid (noxudabənzər, diz qapağı) sümüklər aiddir. Süngəri sümüklər ağır yükün sürətli hərəkətlərlə üzləşdiyi nahiyələrdə yerləşir. Onlar vətərlərin arasında yerləşərək hərəkət zamanı onların üstündən keçən vətərlər üçün blok rolunu oynayır və əzələnin tətbiq qüvvəsini artırır.
Bu sümüklərin nazik, boylama və köndələn ölçüləri böyük olur. Gah divar rolu oynayıb qoruyucu funksiya yerinə yetirir (kəllənin beyin hissəsini təşkil edən sümüklər), gah da əzələlərin bağlanması üçün istinad təşkil edirlər.
Belə sümüklər yuxarıda deyilən əlamətlərin bəzilərinə malik olurlarş Məs, gicgah və üz sümükləri.
Boşluq sümüyə yüngüllük verir və onun möhkəmliyini azaltmır. Bu sümüklərə nümunə olaraq alın, ənsə, gijgah, xəlbir və əng sümüklərini göstərmək olar.
Privesə görə sümüklər quruluş, funksiya və inkişafına görə dörd qrupa bölünür:
Yuxarıda təsvir olunmuş sümüklərdən başqa skelet boşluqlarında hava olan havalı sümüklər də vardır. Bu boşluqlara cib – sinus deyilir. Bunlara alın, əsas, gicgah, xəlbir və əng sümükləri aiddir.
Sümük toxuması birləşdirici toxumanın bir növü olub histoloji cəhətdən ara maddədən və sümük hüceyrələrindən ibarətdir. Sümük toxuması iki cür olur:
Kobud lifli sümük toxuması dölün sümüklərində olur və uşaq anadan olandan sonra tədricən səfhəli sümük toxuması ilə əvəz olunur. Səfhəli sümük toxumasının ara maddəsi sümük səfhələrindən ibarətdir.[4] Bu səfhələr mineral duzlar, əsasən kalsium duzları hopmuş kollagen liflərdən – ossein adlanan üzvi maddədən təşkil olunmuşdur. Osseinlər müəyyən istiqamətlərdə sıralar təşkil edərək bir-biri ilə osseomukoidlə birləşirlər (yapışdırıcı maddə). Sümük səfhələrinin qalınlığı 4 – 13 mikron olur.
Bir neçə cür sümük səfhəsi fərqləndirilir. Konsentrik Havers sümük səfhələri, ara sümük səfhələri, daxili və xarici ümumi və ya general sümük səfhələri. Konsentrik Havers sümük səfhələriqan damarına məxsus Havers kanalını əhatə edərək sümük vahidi olanosteonu və ya Havers sistemini əmələ gətirir. Hər osteonu əmələ gətirən sümük səfhələrinin miqdarı 3 – 22, orta hesabla 8 – 15 ədəd olur. Xarici və daxili ümumi sümük səfhələri sümüyün xarici və daxili səthləri altında onlara paralel düzülürlər. Havers sistemi ilə ümumi səfhələr arasında qalan yerləri ara səfhələr tutur.[5]
Sümük hüceyrələri – osteositlər tam inkişaf etmiş, bölünməyən, çoxbucaq formalı törəmələrdir. Onlar üzərindən çıxıntılar buraxır ki, bu da hüceyrələrə tor şəklini verir. Sümükdə qan damarlarına məxsus iki cür kanal var: Havers və Folkman kanalları
Havers kanalı sümüyün xarici və daxili səthindən başlayıb, boylama istiqamətdə gedir və xaricdən konsentrik Havers səfhələri ilə əhatə olunmuşdur. Folkman kanalları ya sümüküstlüyü, ya sümük iliyi kanalı tərəfdən, ya da bilavasitə Havers kanalından başlayaraq köndələn istiqamətdə gedir və Havers sistemlərini bir-biri ilə birləşdirirlər. Bunların Havers səfhələri olmur. Kanallarda sinir, artireya, vena olur. Adlarını çəkdiyimiz hissələr arasında qalan mikroskopik boşluqlarda toxuma mayesi cərəyan edərək sümüyü qidalandırır.[6] Sümük toxumasının daxilində, xüsusən xarici ümumi səfhələrində birləşdirici toxuma liflərinə – Şarpey liflərinə rast gəlinir. Bunlar sümüküstlüyünü sümüyə əlaqələndirirlər…
Sümük xaricdən kompakt maddə – substantia compacta, daxildən süngəri maddə – substantia spongiosa ilə əhatə olunub. Bunların hər ikisi sümük səfhələrindən əmələ gəlib. Kompakt maddədə səfhələr sıx yerləşir, süngəri maddədə isə aralı olub bir-birini çarpazlayır.[7] Ara sahələr sümük iliyi ilə tutulmuş olur. Süngəri maddə sümüyə yüngüllük və möhkəmlik verir. Uzun və qısa sümüklərdə kompakt maddə xaricdə, süngəri maddə daxildə yerləşir. Diafizdə kompakt maddə qalın, süngəri maddə isə nazik olur. Epifizlərdə isə bu əksinə olur. Yastı sümüklər iki qat kompakt maddədən və onların arasında yerləşən süngəri maddədən ibarətdir. Havalı sümüklər də xaricdən kompakt, daxildən süngəri maddədən təşkil olunmuşdur.
Yetkin şəxsin canlı sümüyü kimyəvi tərkibcə 50%-i su, 28%-i üzvi və 22%-i qeyri-üzvi maddədən ibarətdir. Maserasiya olmuş (yağı alınmış, yumşaq toxumalardan ayrılmış qurudulmuş) sümük 33,3%-i üzvi və 66,7%-i qeyri-üzvi maddədən ibarətdir. Sümüyün üzvi maddələrinə ossein, osseomukoid, yağlar, qeyri-üzvi maddələrinə isə mineral duzlar, əsasən kalsium duzları aiddir. Sümüyün tərkibində bir də A, D və C vitaminləri var. Üzvi maddələr sümüyə elastiklik, qeyri-üzvi maddələri isə möhkəmlik verir. Sümükdən turşu vasitəsilə qeyri-üzvi maddələrin çıxarılması prosesi dekalsinasiya, yandırılmaqla üzvi maddələrin çıxarılması kalsinasiya adlanır.[8] Qeyri-üzvi və üzvi maddələrin nisbəti sabit qalmayıb yaşdan asılı olaraq dəyişir. Bu nisbətə qidalanma təsir edir. Yaşa dolduqca üzvi maddələr azaldığı, qeyri-üzvi maddələr isə çoxaldığı üçün sümük elastikliyini itirir və kövrək olur.
Sümüküstlüyü sümükləri xaricdən örtən, birləşdirici toxumadan təşkil olunmuş, çəhrayı rəngli nazik qişadır. Histoloji cəhətdən sümüküstlüyü iki qatdan ibarətdir.
Daxili qatda çoxlu osteoblastlar – sümükyaradan hüceyrələr var.[9] Onlar sümüyün inkişafında, böyüməsində və regenerasiyasında iştirak edirlər. Sümüküstlüyünün xarici qatında olan qan damarları sümüyün daxilinə yayılır və onu qidalandırır. Sümüküstlüyünün zədələndiyi və ya soyulduğu nahiyə qidasız qalıb çürüyür. Bundan başqa sümüküstlüyünün xarici qatı sinir elementlərinin hesabına sümüyün ağrıya qarşı həssaslığını təmin edir. Sümüklərdə qığırdaq olan yerlərdə sümüküstlüyü qığırdaqüstlüyü ilə əvəz olunur. Orqanizmdə müstəsna olaraq yalnız oynaq səthləri və kəllənin beyin hissəsinin sümüklərinin daxili səthi sümüküstlüyündən məhrumdur.[9] Sümüküstlüyünün bəzi nahiyələrdə xüsusi adı var: kəllədə – pericranium, diş alveollarını örtən yerdə periodonteum, göz yuvasını örtən hissədə – periorbita, onurğa kanalını örtən yerdə – endorachis.
Sümüküstlüyü sümükəri xaricdən örtüb oynaqlara çatarkən oynaq kisəsinin xarici lifli qatı ilə birləşir. Bundan başqa sümüküstlüyü qida dəliklərindən və kanalından sümük iliyi kanalına daxil olur və onun divarlarını örtərək daxili sümüküstlüyü adlanır:endosteum.
Sümüküstlüyünün funksiyaları:
Sümükiliyi iki cür olur:
Qırmızı sümük iliyi qan damarları ilə çox zəngindir. Bu toxumanın ilgəkləri daxilində eritroblastlar, eritrositlər, limfositlər, leykositlər, az miqdarda piy hüceyrələri, bir qədər sümükyaradan (osteoblast) və sümükpozan (osteoklast) hüceyrələr olur. Qırmızı sümük iliyi yeni doğulmuşun və 2 – 3 yaşadək uşaqların bütün sümüklərində olur.[10] Sonra tədricən piy hüceyrələrinin toplanması, qan damarlarının azalması nəticəsində tədricən sarı sümükiliyinə çevrilir. 15 yaşından sonra qırmızı ilik yastı və qısa sümüklərdə və uzun sümüklərin epifizində olur. Uzun sümüklərin diafizində isə sarı ilik olur. Sarı sümük iliyi piy toxumasından təşkil olub. Burada qanyaradıcı elementlər, qan damarları az, piy hüceyrələri çoxdur.
Sümüklər fasiləsiz (sinartroz-synarthrosis) və fasiləli (diartroz-diarthrosis) birləşirlər. Fasiləsiz birləşmələrdə birləşən sümüklərin arasında fasilə olmur. Bunlar bir-birilə birləşdirici toxuma vasitəsilə (sıx lifli birləşdirici toxuma, qığırdaq və sümük toxuması) birləşirlər, az hərəkətli və ya hərəkətsiz olurlar. Fasiləli birləşmələrdə isə əksinə, sümüklər arasında fasilə olur və onlar hərəkətli olurlar[11].
Sinartorzlar onları təşkil edən toxumanın növündən asılı olaraq dörd cür olur:
Bu zaman sümüklər sıx lifli birləşdirici toxuma ilə birləşirlər. Sindesmozlar iki yerə bölünür:
Bu zaman sümüklər qığırdaq birləşdirici toxuma ilə birləşir. Sinxondrozlar da iki cür olur:
Qığırdaq birləşmələrinin bir növünü yarımoynaq – hemiarthrosis təşkil edir. Bu zaman sümükləri birləşdirən qığırdaqda yarıq olur. Bu forma keçid formadır (qasıq sümüklərin bir-birilə birləşməsi). Bu zaman oynağın əsas elementlərindən biri və ya ikisi olmur.
16 yaşdan sonra bəzi sümüklərdə olan sindesmoz və sinxondrozlar sümükləşirlər, yəni sinostoz birləşməyə keçirlər: oma və büzdüm fəqərələrinin, qocalarda kəllə sümüklərinin, uzun sümüklərdə diafizlə epifizin, qasıq, qalça, oturaq sümüklərinin sinostazlaşması buna misaldır[11].
Oynağın əsas elementləri aşağıdakılardır:
Oynaq səthlərinin biri çıxıq olub oynaq başı – caput articulare, o biri basıq olub oynaq çuxuru – fossa articularis adlanır. Oynaq səthi nə qədər böyük olarsa, istinad bir o qədər çox olar və oynaq möhkəm olar. Oynaq başı və oynaq çuxuru qığırdaqla örtülü olur. Oynaq qığırdağı əksərən gialin qığırdaqdan olur, bəzən lifli qığırdaqdan da əmələ gəlir: məs. gicgah – çənə, döş – körpücük oynağış Gialin qığırdaq elastik, lifli qığırdaq isə möhkəm olması ilə fərqlənir. Oynaq qığırdağı oynaq başında mərkəzi hissədə qalın, kənarlarda nazik, oynaq çuxurunda isə əksinə olur. Oynaq kapsulu birləşdirici toxumadan əmələ gəlib, iki sümük arasında uzanaraq oynaq səthləri ilə bərabər oynaq boşluğunu kip qapayır. O oynaq başı kənarından başlayıb oynaq çuxuru kənarına bağlanır.
Kapsul iki qatdan ibarətdir:[9]
Lifli zar lifli birləşdirici toxumadan əmələ gəlib vətərə bənzəyir, elastiki lif burda az olur. O, sinovial zardan qalın və möhkəm olur və sümüküstlüyü ilə birləşir. Sinovial zar isə çox incə və nazik olub, kövşək birləşdirici toxumadan əmələ gəlib, oynaq boşluğuna daxil olmuş sümüklərin qığırdaqla örtülmüş və örtülməmiş hissələrini örtür, qığırdaqüstlüyü ilə birləşir. Sinovial zar sinovia adlı şəffaf, yapışqan maye ifraz edir ki, o da oynağı sürtünmədən qoruyur. Bəzi yerlərdə oynaq kapsulunun lifli zarı çox nazikləşir və hətta itir. Belə yerdə təkcə sinovial zar qalır ki, buna da sinovial kisəcik deyilir. Bəzi yerlərdə isə oynaq kapsulu qalınlaşıb bağ əmələ gətirir. Bunlar yalançı bağlar adlanırlar. Oynaq boşluğu çox kiçik olub, sinovia mayesi ilə doludur. Bunun nəticəsində sümüklərin səthləri həmişə nəm və bir-birinə demək olar ki, yapışmış olur.[12]
Sinovia – yapışqan, şəffaf, sarımtıl mayedir; o kapsulun daxili səthini, sinovial kisəcikləri və oynaq səthlərini yağlayır. Oynağın əlavə və ya xüsusi elementlərinə yardımçı bağlar, oynaqdaxili bağlar, oynaqdaxili qığırdaqlar, oynaq dodaqları və sesamoid sümüklər aiddir. Bunların funksiyası oynağı möhkəmləndirməkdir.
Oynaqlar bir neçə prinsip üzrə təsnif olunurlar.
ya çoxoxlu oynaqlara kürəvi (bazu oynağı), kasayabənzər (bud-çanaq oynağı) və yastı oynaqlar (daraqarxası-ayaqdarağı oynaqları, baş barmaqdan başqa bilək-əldarağı oynaqları) aiddir.